Yunan alovu

Vikipediya, azad ensiklopediya
Araz Yaquboglu (müzakirə | töhfələr) (HotCat vasitəsilə Kateqoriya:Odsaçanlar əlavə olundu) tərəfindən edilmiş 10:23, 18 mart 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Yunan alovu.

Yunan alovu (Yunan odu, Bizans alovu, Bizans odu, Roma odu, Roma alovu, Qrejua, Qrejua alovu, Qrejua odu, Rum alovu, Rum odu, Vəhşi od, Vəhşi alov, Maye alov, Maye od) — isti kömür, kükürdqır qarışığından hazırlanmış olan bu silahdan ilk dəfə Peloponnes müharibəsi zamanı istifadə edilmişdir.

Sonralar eramızın 660-cı illərində yunan odu qır, qatran, kükürd, naftalin, əhəngkalium nitrat ilə zənginləşdirilmişdir. Ona su əlavə olunduqca alovu artırdı. Eramızın VII əsrində onun effektiv təsirini inkişaf etdirmək və artırmaq işi Suriyalı bir mühacir olan Heliopollu Kallinik tərəfindən həyata keçirilmişdir.

Birinci dəfə istifadə edilməsi

[redaktə | mənbəni redaktə et]

Farslar Yunanıstanı işğal edərkən baş tutmuş olan dəniz döyüşü zamanı ilk dəfə istifadə edilmişdir. Öz dövrünün güclü ordularından biri hesab edilən fars ordusu gəmilərinin yanmasının qarşısını ala bilməmişdir.

Həm quruda, həm də suda asanlıqla yanmaq qabiliyyəti var. Onun üstünə su töküldükdə sönmür, əksinə, alovu artır. Dəniz müharibələrində gəmilərin keçməsinin qarşısını almaq məqsədi ilə onlardan istifadə olunmuşdur. Bu yanğına məruz qalan bütün insanlar ölümə məhkumdurlar, çünki bu alovu söndürmək mümkün deyildir.