Kendo

Vikipediya, azad ensiklopediya
İşçiBot (müzakirə | töhfələr) (Sursatlar və geyim: tənzimləmə) tərəfindən edilmiş 18:27, 10 avqust 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

KendoYaponiyada yaranmış qılınc ilə rəftar etmə sənəti. Yapon dilində ken qılınc, do isə yol deməkdir. Ümumiyyətlə do kəlməsi fəlsəfi məna daşıyır və bir çox döyüş növlərinin adları bu kəlmə ilə bitir (Karatedo, Aykido, Cüdo və s.).

Yaponiyada qılınc daşımanın qadağan edilməsi ilə bir çox qədim döyüş növləri və əsasən də qılıncla rəftaretmə məktəbləri süquta uğradı. Bəzi məktəblər itib-batdı, ənənələri davam etdirmədi, bəzi məktəblər qadağan edildi. Kencitsu texnikaları isə bir qədər yumşaq formaya gətirilməklə idman yarışı şəklinə çevrildi və beləliklə Kendo döyüş növü peyda oldu.

Kendo döyüş növü hazırda elitar döyüş növlərindən sayılır. Yaponiyada bir çox məktəblərdə və universitetlərdə əlavə dərs kimi keçilir və bu ölkədə çox məşhur bir idman növüdür.

Kendo döyüş növü Koreyada Kumdo adı ilə tanınır.

Bir çox Şərq döyüş növləri kimi Kendonun da müxtəlif fəlsəfi təməl prinsipləri vardır. Yaponiya Kendo Federasiyasının bəyanatında kendonun məqsədi aşağıdakı prinsipləri özündə cəmləşdirir:

  • Zeyni və bədəni mənəvi olaraq bütöv hala gətirmək
  • Güclü/dinc bir ruh yetişdirmek və doğru, daimi olaraq çalışmaqla Kendo sənətində mükəmməllik üçün zəhmət çəkmək.
  • İnsan nəzakəti və qüruruna hörmət bəsləmək
  • Digərləri ilə səmimiyyət içində bir araya gəlmək.
  • Fərdi inkişaf üçün daimi çalışmaq.

Bu prinsiplərə əməl edildikdə bir insan öz ölkəsini və xalqını sevər, mədəniyyətin inkişafına töhfə vermiş olar və insanlar arasında sülhin hökm sürməsini təmin etmək üçün çalışar.

Sursatlar və geyim

[redaktə | mənbəni redaktə et]

Kendo məşqləri [keiko-gi] və [hakama] adlı Yapon geyimləri, eyni zamanda qoruyucu zireh geyinərək aparılır. Katananı əməz edən shinai adlı və bambukdan düzəldilmiş təlim qılıncından istifadə edilir. Kata məşqlərini isə bokken adlanan taxta qılıncla yerinə yetirirlər. Yüksək dərəcələr əldə etdikdən sonra bəzi nümayişlər üçün həqiqi qılıncdan da istifadə edilir.

Zirehli geyim olan bōgu başı, qolları ve vücudu qorumaq üçün istifadə edilir. Başı qorumaq üçün geyilən dəbilqəyə men, biləkləri və əlləri qoruyan xüsusi əlcəyə kote, döş qəfəsi və sinəni qoruyan hissəyə , qasıq və ayağın üst qismini qoruyan hissəyə isə tare deyilir. Dəbilqəyə qılınc dəyərkən başın zədələnməməsi üçün, onu yümşaq etmək üçün dəbilqəni geyməmişdən əvvəl xüsusi tənziflə baş örtülür, daha sonra dəbilqə onun üzərindən geyinilir.

Bir çox digər müasir şərq döyüş növlərində olduğu kimi Kendoda da dərəcələndirmə sistemi vardır. Bunlar "kyū" (Koreyada "qıp", "dan" və "shogo" adı verilən üç sistemdir. "Kyū" aşağı dərəcə sayılır və 1'dən 6'ya qədər hesablanır. Dan isə üst səviyyə sayılır və 1'dən 10'a qədər dərəcələndirilir. Digər döyüş növlərində bu qara kəmər sayılır. Kyū sistemi yuxarıdan aşağıda doğru, Dan sistemi isə aşağıdan yuxarıya doğru hesablanır. 1. kyū ən yüksək kyū səviyyəsi 1. dan ən aşağı dan səviyyəsidir.

Shogo isə 6. dan'dan başlayaraq idmançının xüsusi təlim bacarıqlarını və Kendo'ya verdiyi töhfələrini mükafatlandırmaq üçün istifadə edilən bir sistemdir. Renshi, Kyoshi və Hanshi adlanan üç kategoriyadan ibarətdir.

AJKF bir qayda olaraq, 9. dan və 10. dan'ı hal-hazırda mukafatlandırmadığı üçün hazırda Kendo'da əldə oluna biləcək ən yüksək səviyyə 8. dan'dır.

Digər döyüşlərdən fərqli olaraq Kendoda dərəcələr xarici görünüşdə, geyimdə, kəmərdə və s. xüsusi işarələrlə fərqləndirilmir. Kendoda kəmər sistemi mövcud deyil.

Dan səviyələri Yaponca aşağıdakı adlandırmaya malikdir:

  • 1. Dan - Shodan
  • 2. Dan - Nidan
  • 3. Dan - Sandan
  • 4. Dan - Yondan
  • 5. Dan - Godan
  • 6. Dan - Rokudan
  • 7. Dan - Nanadan
  • 8. Dan - Hachi-Dan

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]