Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 202.171 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Nəcəf bəy Vəzirov — Azərbaycan yazıçısıdramaturqu. Azərbaycan dramaturgiyasının inkişafında, onun ideya-estetik məzmun bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu vardır. Bütün ictimai fəaliyyəti və ədəbi yaradıcılığı ilə milli azadlıq hərakatına yaxından kömək göstərən Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoymuş, Azərbaycanda feodal-patriarxal quruluşa qarşı çevrilmiş maarifçilik hərəkatının genişlənməsində yaxından iştirak etmişdir.

Moskvadan müəllimi Həsən bəy Zərdabi ilə məktublaşan, təzəcə işıq üzü görən "Əkinçi"yə publisist məqalələr göndərən tələbə Vəzirov "Ev tərbiyəsinin bir şəkli" (1875), "Gəmi lövbərsiz olmaz" (1876) məzhəkələri ilə dramaturji yaradıcılığa başlayıb.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Məhəmməd Biriya — şair, siyasətçi, Azərbaycan Demokrat Firqəsinin üzvü, Azərbaycan Milli Hökumətinin Mədəniyyət və Maarif naziri, Təbrizdə qurulmuş Azərbaycan Həmkarlar İttifaqının sədri, Azərbaycan Milli Məclisinin üzvü və Azərbaycan Şairlər və Yazıçılar Cəmiyyətinin idarə heyətinin üzvü, repressiya qurbanı.

Təbrizdə nəşr olunan bir çox qəzet və jurnallarda şeir və məqalələri ilə çıxış edib. 1943–1946-cı illərdə Təbrizdə nəşr olunan "Yumruq", "Ədəbiyyat səhifəsi" və "Qələbə" qəzetlərinin baş redaktoru olub. "Çətirbazlar", "Ruznamə idarəsində", "Stalinqrad", "Ərbab və əkinçi", "Mussolini", "Hitler və Mussolini" kimi pyeslərin müəllifidir.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Azərbaycan Premyer Liqasını qazanan baş məşqçilərin siyahısı — Aşağıda 1992-ci ildən təşkil olunan və Azərbaycan futbol liqası sisteminin ən yüksək divizionu hesab olunan Azərbaycan Premyer Liqasını qazanan baş məşqçilərin siyahısı təqdim edilmişdir.

31 mövsümdə 11 fərqli mütəxəssis çempionluq sevinci yaşayıb. Mütləq rekord 2008-ci ildən "Qarabağ"ı çalışdıran Qurban Qurbanova məxsusdur — 10 dəfə. Onu 5 çempionluqla Ağasəlim Mircavadov izləyir. Kazbek Tuayevin 4, Mehman AllahverdiyevBöyükağa Hacıyevin 3 qızıl medalı var. Əhməd Ələsgərov, Valentin Xodukin, Qyoko Hacıyevski, Kaxaber Tsxadadze, Arif ƏsədovSamir Abasov bir dəfə belə uğura imza atıb.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli