Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 201.977 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
"Yaxşı ilahə" — Roma mifologiyasında məhsuldarlıq, sağlamlıq və məsumluq ilahəsi, qadınların himayədarı. Yaxşı ilahənin təsvirləri daha çox bir əlində bolluq buynuzu, digər əlində isə içində ilan olan kasa olan qadından ibarətdir. İlk növbədə, onun kultu e.ə. III əsrdə Tarentin fəthindən sonra Romaya nüfuz etmişdir. Onun adı tabu idi və buna görə də hətta qədim yazıçılar onun həqiqətən kim olduğuna dair müxtəlif fərziyyələrə malik idilər. Öz kultunun xüsusiyyətlərini nəzərə alaraq, Yaxşı ilahə əsasən Favnın qızı Favna ilə eyniləşdirilir.

Onun əsas məbədi Aventin təpəsinin yamacında yerləşirdi. Yaxşı ilahə qədim Roma cəmiyyətinin həm zadəganları, həm də aşağı təbəqələri tərəfindən ehtiramla qarşılanırdı.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Həmid bəy Yusifbəyli — azərbaycanlı siyasətçi, maarifçi, müəllim. Türk Sosial-Federativ İnqilabi Qeyrət Partiyası, Türk Ədəmi-Mərkəziyyət PartiyasınınDifai Partiyasının Gəncə komitəsinin yaradıcılarından biri. Qeyrət partiyasının sədri.

Həm Rusiya İmperiyası həm də Sovet İttifaqı dövründə siyasi fəaliyyətlərinə görə dəfələrlə həbs olunub, sürgün edilib. Son dəfə SSRİ XDİK-ı tərəfindən həbs olunub. 1942-ci ildə sürgün edilməsi qərarı çıxarılıb, lakin ondan sonra taleyi haqqında məlumat yoxdur.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
İstanbuldakı sinaqoqların siyahısıBizans imperiyası dövründə şəhərə ilk gələn yəhudilərin dini ehtiyacları üçün qurulan ibadət yerləri. Tarixi sənədlərdəki qeydlərə əsasən, İstanbulda ilk sinaqoq e.ə.318-ci ildə misgərliklə məşğul olan yəhudilərin yaşadığı Halkopratiya məhəlləsində tikilmişdir. Bu sinaqoq II Feodosi dövründə kilsəyə çevrilsə də, hər dövrdə şəhərin müxtəlif yerlərində yerləşən sinaqoqlar fəaliyyətini davam etdirmişdir. 1453-cü ildə İstanbulun türklər tərəfindən fəthindən sonra yəhudilər İstanbulda yaşamağa davam etdilər. Osmanlı imperiyası 1492-ci ildə İspaniyadan sürgün edilən yəhudilərə sığınacaq verdiyi üçün; Osmanlı torpaqlarında yəhudilərin sayı xeyli artdı. Türkiyədə cümhuriyyət elan edildikdən sonra ölkənin hər yerindən xeyli sayda yəhudi İstanbula gələrək burada məskunlaşdı.

Hazırda Türkiyədə 20 minə yaxın yəhudi olduğu düşünülür. Onların təxminən 18 mini İstanbulda yaşayır. İstanbuldakı yəhudilərin əksəriyyəti ispanəsilli Səfərad yəhudiləri, 500-ə yaxını isə Aşkenazi yəhudiləridir.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli