Ana səhifə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 201.104 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Milad — hər il İsanın doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayram. Xristian təqviminin mərkəzində dayanan bu bayram advent və ya milad orucu ilə başlayır və Milad mövsümünü başladır ki, bu da Qərbdə on iki gün davam etməklə On ikinci gecə ayinləri ilə tamamlanır. Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur, həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər. Baxmayaraq ki, müasir tarixçilər İsanın doğulması hadisəsinin e.ə. 7 və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir. Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Əbdülhəmid bəy QaytabaşıÇar ordusunun zabiti, Azərbaycan Cümhuriyyəti Ordusunun general-mayoru və qərargah rəisi. Birinci Dünya müharibəsində iştirak edib. Döyüşlərdə göstərdiyi rəşadətə görə III dərəcəli Müqəddəs Anna, IV dərəcəli Müqəddəs Vladimir, IV dərəcəli Müqəddəs Anna Ordenləri ilə təltif olunub. 1918-ci avqustun 20-də Qafqaz İslam Ordusu qərargahına təyinat alıb. Azərbaycanın bolşevik-daşnak işğalından azad olunması uğrunda bir neçə döyüşdə iştirak edib. Sovet işğalına qarşı baş tutmuş Gəncə üsyanına dəstək verməkdə ittiham olunaraq güllələnib.

(Davamı...)


Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
İstanbulun mühasirələrinin siyahısı — hazırda Türkiyə sərhədləri daxilində yerləşən İstanbul tarix boyu dəfələrlə mühasirələrə məruz qalıb. Mərmərə dənizi ilə Qara dəniz arasındakı boğaza nəzarət nöqtəsində olan, AsiyaAvropanın quru əlaqəsi üzərində yerləşən, həmçinin Böyük İpək yolunun da keçdiyi bu şəhər strateji mövqeyinə görə dəfələrlə müxtəlif xalqlar tərəfindən ələ keçirilməyə çalışılıb. Şəhərin qeydə alınmış ilk mühasirəsi e.ə.510-cu ildə Otanisin komandanlığı ilə Əhəmənilər imperiyası tərəfindən həyata keçirilmişdir. Bu uğurlu mühasirədən sonra şəhər farsların hökmranlığına girsə də, gələcəkdə azadlığını bərpa etdi. E.ə.70-ci illərdə Roma imperiyasının sərhədlərinə daxil olmasına baxmayaraq, 193–196-cı illərdə vətəndaş müharibəsi dövründə Lusi Septimi Sever tərəfindən mühasirəyə alınaraq, qismən talan edilənədək azad idi.

(Davamı...)


Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli