Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 202.915 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Nizami Gəncəvinin divanıNizami Gəncəvinin lirik əsərlərinin toplandığı divan. Mənbələrdə Nizami divanının 20.000 beytə yaxın olduğu göstərilsə də, onun çox kiçik bir hissəsi dövrümüzə çatmışdır. Bütün yaradıcılığı boyunca Nizami epik əsərlərində Divanını xatırlatmış, lirik şeirləri və qəzəlləri ilə fəxr etmişdir. Şair qəzəllərindən birinin sonunda, Şirvanşah I Axsitanı öz divanının sahibi adlandırır.

Nizaminin lirik irsindən əldə olan nümunələr klassik şərq şeirinin ancaq üç şəklini – qəsidə, qəzəlrübai şəkillərini əhatə edir. Bu nümunələr şairin zəngin lirik irsinin çox az bir hissəsini təşkil etsə də, onlar sənətkarın lirik yaradıcılığının ümumi ideya istiqaməti, bədii xüsusiyyətləri haqqında danışmağa, müəyyən elmi nəticələrə gəlməyə imkan vermişdir. Bu əsərlər göstərir ki, insan, onun həyatı, taleyi, arzu və istəkləri Nizami lirikasının əsas mövzusu olmuşdur.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Avgiqədim yunan mifologiyasında personaj, Elidada yaşayan epey tayfasının padşahı. Bir versiyaya görə, atası Günəş tanrısı Helios tərəfindən ona verilən çoxsaylı sürülərə sahib idi. Mikena padşahı Evrisfey Herakla Avgi tövlələrini uzun illər yığılan peyindən bir gündə təmizləməyi tapşırmışdı. Herakl Avgi ilə razılaşmışdı ki, o, pul müqabilində tövlələri bir gündə təmizləyəcək. Razılıq əldə ediləndən sonra Herakl ən yaxın çaylardan kanal qazmış və tövlələrin divarlarını sökmüşdü. Bundan sonra su tövlədəki bütün çirkləri yuyub aparmışdı. Avgi işin müqabilində razılaşdırılan məbləği ödəməkdən imtina etmiş, ardınca isə Herakl ona qarşı müharibəyə başlamışdı. Elida padşahı ilk hücumu dəf etmişdi, lakin sonra məğlub olmuşdur. Mifin bir versiyasına görə, o, Herakl tərəfindən öldürülmüş, digər bir versiyaya görə isə sağ qalmış və çox sonra təbii səbəblərdən vəfat etmişdir.

"Avgi tövlələri" ifadəsi ifrat dərəcədə kirli və diqqətdən kənarda qalmış bir şeyi təsvir etmək üçün istifadə olunan bir ifadədir.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Müzəffəri hökmdarlarının siyahısıMüzəffərilər xanədanlığını idarə edən hökmdarların siyahısı. Ərəb əsilli sülalə olan Müzəffərilər XIV əsrdə Ərəb fəthləri dövründə Xorasanda yerləşmişdilər. Sülalənin əsası Qiyasəddin Hacı tərəfindən qoyulmuşdur. Müzəffəri hakimiyyətinin əsası isə 1314-cü ildə Mübarizəddin Məhəmməd tərəfindən qoyulmuşdur.

Mübarizəddin Məhəmməd və Cəlaləddin Şah Şüca dövründə Müzəffərilər ən qüdrətli dövrünü yaşamışdır. Mübarizəddin Məhəmməd dövründə Müzəffərilər Yəzd, Kirman, Şiraz, İsfahan, LuristanFars bölgələrini ələ keçirərək Mərkəzi İranda və Əcəm İraqında hakimiyyət qurdular. Həmçinin Mübarizəddin Məhəmməd və Şah Şüca dövründə Azərbaycana yürüşlər təşkil edilsə də, burada ciddi uğur əldə edə bilmədilər və kiçik aralıqlarla hakimiyyətdə oldular.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli