Ana səhifə
Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan
Vikipediyaya xoş gəlmisiniz!
Hal-hazırda Azərbaycanca Vikipediyada 203.089 məqalə mövcuddur.
![]() Məqbərənin tikiləcəyi yeri müəyyən etmək üçün hökumət tərəfindən komissiya yaradıldı. Hazırlanan hesabata uyğun olaraq Cümhuriyyət Xalq Partiyası parlamenti qrupunun 1939-cu il yanvarın 17-də keçirilən iclasında binanın Rasattəpədə tikilməsinə qərar verildi. Bu qərardan sonra, binanın dizaynını müəyyən etmək üçün 1941-ci il 1 martda beynəlxalq layihə müsabiqəsi elan edildi. 2 mart 1942-ci ildə başa çatan müsabiqənin qiymətləndirilməsi nəticəsində bəzi dəyişikliklərlə Emin Onat və Orhan Ardanın layihəsinin həyata keçirilməsinə qərar verildi. Təqdim olunan ikinci layihədə bir daha edilən dəyişikliklərdən sonra memarların yaratdığı üçüncü layihənin 4 iyul 1944-cü ildə İctimai İşlər Nazirliyi ilə memarlar arasında imzalanmış müqavilə ilə icra mərhələsinə keçildi. Anıtqəbrin tikintisinə 1944-cü il 9 oktyabrda təməlqoyma mərasimi ilə başlanıldı. |
![]() Hər bir tələffüz formasının istifadə edilmə tezliyi regionlara görə fərqli olsa da, aparılan sorğulara əsasən ümumi mənzərədə sərt "g" ilə edilən tələffüzün daha çox istifadə olunduğu müəyyən edilmişdir. Bundan əlavə, bəzi natiqlər akronimdəki hər hərfi tələffüz edərək ⓘ/dʒiː aɪ ɛf/ formasından istifadə edirlər. İngilis dilinin lüğətlərində ümumi olaraq hər iki əsas alternativi etibarlı qəbul edilir və linqvistik təhlillər ingilis dilində olan oxşar sözlərin tələffüz tezliklərinə əsaslanaraq hər ikisi üçün aydın üstünlük göstərmirlər. Akronimin tələffüz formaları ingilis dilindən başqa dillərdə də dəyişə bilir. |
![]() Bu mükafatlar kimya, fizika, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahələri üzrə əlamətdar töhfələr verənlərə təqdim olunur. Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və beş üzvdən ibarət bir komitə və Karolinska İnstitutu tərəfindən seçilmiş bir icra katibi tərəfindən verilir. Əsasən Tibb üzrə Nobel mükafatı olaraq adlandırılsa da, Nobel vəsiyyətində mükafatın xüsusi ilə "fiziologiya və ya tibb" üzrə veriləcəyini qeyd etmişdir. |


- Myanmada baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində Myanmada 2600-dən artıq insan, Tailandda isə 18 nəfər həlak olub.
- İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun (şəkildə) saxlanılmasının ardından ölkədə hökumət əleyhinə etirazlar başlayıb.
- Rumıniya Prezidenti Klaus Yohannis vəzifəsindən istefa verib və onun yerinə müvəqqəti olaraq senat sədri İlie Bolojan keçib.
Aktual hadisələr: Rusiya–Ukrayna müharibəsi • Sudanda vətəndaş müharibəsi


- Yaponiya qorxu yazıçısı Uketsunun (şəkildə) əsl kimliyini sadəcə 30 nəfər bilir.
- Animelərdə səsləndirdiyi rus personajlara görə tanınan Sumire Uesakanın rəsmi fanat klubu "Kolxoz soğan tarlası" adlanır.
- Heç vaxt papağını başından çıxarmamış Mahmud Esambayev SSRİ-də pasport şəklini papaqla çəkdirməsinə icazə verilən yeganə şəxs olmuşdur.
- Hindistanın Uttar-Pradeş ştatından olan aktivist Lal Bihari 1975–1994-cü illərdə rəsmi olaraq ölü kimi qeydiyyatda olmuş və 19 il boyunca Hindistan bürokratiyasına sağ olduğunu sübut etməyə çalışmışdır.
- Bakı şəhərində yerləşən Şanxay qəsəbəsi öz adını Hacı Salman adlı yerli sakinin Çinin Şanxay şəhərinə səyahət etməsi səbəbilə almışdır.

- 1808 — Finlandiya Rusiya imperiyasına birləşdirildi.
- 1955 — Kiprdə Türk Müqavimət Təşkilatı fəliyyətə başladı.
- 1970 — Riçard Nikson ABŞ-da televiziya və radioda tütün məhsullarının reklamını qadağan edən fərman imzaladı.
- 1976 — Stiv Cobs, Stiv Voznyak və Ronald Uayn tərəfindən "Apple" şirkəti yaradıldı.
- 1979 — Ayətullah Xomeyni İran İslam Respublikasının yaradıldığını elan etdi.
- 2004 — Google şirkəti Gmail elektron poçt xidmətini yaratdığını elan etdi.
- 2009 — Xorvatiya və Albaniya NATO-ya qəbul edildilər.
Vikimedia Fondunun digər layihələri
Vikilüğət Lüğət
Vikisitat Sitatlar
Vikikitab Azad dərsliklər və təlimat kitabları
Vikimənbə Azad əsər kitabxanası
Vikixəbər Azad xəbər mənbəyi
Vikiversitet Tədris materialları
Vikinövlər Bioloji növlərin sistematikası
Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
Vikidata Ortaq verilənlər bazası
Vikianbar Ortaq media anbarı
Vikisəyahət Azad səyahət təlimatçası
Meta-Viki Vikimedia koordinasiya mərkəzi