Məzmuna keç

Arıçılıq/Arı südü

Vikikitab, açıq dünya üçün açıq kitablar
Sağlam olmayan arı ailələrinə qulluq Arıçılıq

Arı mumu
Arı südünün içindəki arı sürfələri

Arı südü. Arı südü işçi arıların baş döş nahiyəsində yerləşən udlaq vəziləri tərəfindən hazırlanır. Arı südünün əmələ gəlməsi üçün arıların güləmlə yemlənməsi vacibdir.
Təzə halda arı südü qatı, qaymağabənzər ağ rənglə bir qədər acı, havada qaldıqda sarı və sonra tutqun qəhvəyi rəng alır. Onun tərkibində orqanizmaya lazım olan 20-yə qədər amin turşuları vardır. Bundan əlavə V qrupunda (o cümlədən bir) çoxlu vitaminlər və provitamin A-karotin vardır. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, arı südü ömrü uzadır, cinsiyyət vəzilərinin fəaliyyətini yüksəldir.
Arı südü bir sıra patogen mikroblara öldürücü təsir göstərir. Arı südü radioaktiv təsirə də malikdir.
İnsan arı südü qəbul etdikdə onun infeksion xəstəliklərə qarşı müqaviməti artır, maddələr mübadiləsinin səviyyəsi yüksəlir. İnsan gümrahlanır, onda şən əhvaliruhiyyə əmələ gəlir, böyrəküstü və başqa daxili sekresiya vəzilərinin fəaliyyəti qüvvətlənir.
Arı südü kosmetikada, ürək-damar sisteminin mədə bağırsaq traklımın, ağ ciyər xəsləliklərində geniş tətbiq olunur. Əqli iş qabiliyyətini yüksəldir.
Arı südünün alınması. Arı südünün alınması çətin və baha başa gələn əməliyyatdır. Arı südü sağlam və qüvvətli arı ailəsindən onların aktiv fəaliyyəti dövründə (may-iyun) alınır. 8 çərçivədən az olmayan sürətli çərçivəyə malik ailədən ana götürülür. 6-8 saatdan sonra ananın olmadığını hiss edən arılar yeni ana yetişdirmək üçün ana yuvası qoymağa başlayırlar.
Bu ana yuvaları götürülür, yerinə mumdan hazırlanmış süni ana üsküyü qoyulur ki, onunda içərisinə başqa ailədən götürülmüş bir günlük süfrə köçürülmüş şan çərçivəsi yuvanın ortasına qoyulur. Arıların bol yığımına mane olmadan 2 həftədən artıq olmamaq sərti ilə arı südü almaq olar. Həmin müddət ərzində 200 q-dək arı südü almaq mümkündür. Çıxarılan ana yuvalı çərçivələr hər dəfə xüsusi qutuda ideal təmiz olan laborotoriyaya gətirilir. Burada daimi temberator 30-32°C, nəmlik isə 70% olmalıdır. Arı südü götürülən alətlər və tökülən qablar, mütəmadi olaraq sterilizasiya edilməlidir. Labarotoriyada arı südü taxta, şüşə, yaxud sümükşpadellə və ya başqa vakumlu qurğu ilə götürülür və tutqun rəngli şüşə bankaya yığılıb selofana bükülmüş qapaqla kip bağlanır və üzəri ərinmiş mumla örtülür.
Hər birinin üstünə etiget yapışdırılır. Etigetdə təsərrüfatın adı, arıxana nömrəsi, yığılma tarixi, çəkisi, saxlanma temperaturu və cavabdeh şəxsin soyadı göstərilir. Sonra banka temperaturu 0° dən yuxarı olmayan soyuducuda yerləşdirilir və 10 sutkayadək saxlanır. Bu məhsulun saxlanmağının başqa üsulları da vardır ki o da bol şəkər tozu, fruktoza, spirt və sair qarışdırmaqdan ibarətdir.