Məzmuna keç

Pəncərə

Pəncərə



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ah,dostlar! Bir özünüz fikirləşin: Hindistana gedirsiniz, amma sonda Çilidə peyda olursunuz, ispan dilini öyrənirsiniz, amma portuqaliya dilində danışırsınız!..Yox, belə olmaz! Əgər belə getsə, bir də gördünüz ki, pəncərədən siqaret əvəzinə özümü atmışam! Jül Vern
  • Başımı pəncərədən içəri çəkərkən zehnin çox sirli bir orqan olduğunu düşündüm. Ona çox güvənirik, amma haqqında heç nə bilmirik. Virciniya Vulf
  • Bir insanı sevmək mümkünmü sən tərəfindən? Yaxşı tanımadığınız biri isə bəlkə. Mən insanları pəncərədən seyr etməyi sevərəm... Çarlz Bukovski
  • Biri başqa birini qəbul edəndə düşünür: “Toyuq oğlu toyuq, səni nə pəncərədən atardım...”- digəri isə belə düşünür: “ Murdar pota, sənin o sifətinə nə tüpürərdim... Təsəvvür edin ki, bu “nə” mövcud deyil. O zaman bu həmsöhbətlər arasında hansı fikir mübadiləsi baş verərdi? Saltıkov-Şedrin
  • Dərdli adamın qərarsızlıqlarla - tüstülərlə dolu bir könül evi vardır; dərdini dinlərsənsə o evə bir pəncərə açmış olarsan. Mövlana Cəlaləddin Rumi
  • Dərdli insan içi tüstü dolu bir otağa bənzər. Onu dinləmək; o otağa bir pəncərə açmaq kimidir. Mövlana Cəlaləddin Rumi
  • Ən soyuq qış günlərində belə pəncərəni açıq qoyub yatmaq istədiyim üçün məni az qala dəli adlandırırdılar. Anamı sakitləşdirirdim ki, mən təmiz havanı sevirəm. Əslində isə, mən öz məşqlərimin bir hissəsini həyata keçirirdim. Rual Amundsen
  • Gilyotin - Əbədiyyət mənzərəsi olan kiçik pəncərə. Adrian Dekursel
  • Hamımız məhbusuq, amma bəzilərimiz pəncərəli, bəzilərimiz isə pəncərəsiz həbsxanadayıq. Cübran Xəlil Cübran
  • Həkim əfəndi, yaşamağa qərar verdiyim halda, pəncərədən özümü atmaqdan qorxmaq mənasız bir şey deyilmi? Rəşad Nuri Güntəkin
  • İki nəfər eyni pəncərədən baxırdı. Biri yalnız yağış və çirk görürdü. Digəri isə yaşıl yarpaqların canlanmasını, baharın gəlişini, mavi səmanı və ağacların nəfəs almasını sezə bilirdi. Ömər Xəyyam
  • Qadın ağlı qarşısında qapını bağla- o, pəncərədən qaçacaq; pəncərəni bağla - o, açar deşiyindən çıxacaq; deşiyi bağla- o, bacadan uçacaq. Uilyam Şekspir
  • Oğru ev yiyəsi ilə dilbir olsa, buğanı pəncərədən aparar. Assuri atalar sözləri
  • Otaqda üç xanım və bir centlmen oturmuşdu. Mən pəncərənin yanında dayanmışdım. Aradan heç beş dəqiqə vaxt keçməmişdi, məndə belə bir təəssürat yarandı ki, onların hamısı – yaltaq və fırıldaqçılardır və onlar özlərini elə göstərirlər ki, başqalarının yaltaq və fırıldaqçı olduğunu guya bilmirlər. Çünki, bunu qəbul edən özünün də yaltaq və fırıldaqçıya olduğunu təsdiq etmiş olur. Çarlz Dikkens
  • Sanki səyahətdə pəncərə kənarı yalnızların yeridir. Çünki əslində ora başını qoymağa çiyin tapmayanlar üçündür. Can Dündar
  • Sevgisiz dünya qapalı pəncərənin arxasındakı külək kimidir. Nə toxuna, nə içinə çəkə bilirsən. Haruki Murakami
  • Səadət pəncərədən girir, dərd qapıdan. Udmurt atalar sözləri
  • Vərdiş, elə vərdişdir və onu pəncərədən ata bilməzsən. Onu gərək nəzakətlə, pilləkan pilləkan endirəsən. Mark Tven
  • Yağışı sevdiyini söyləyirsən, amma yağış yağınca çətiri açırsan, günəşi sevdiyini söyləyirsən, amma günəş çıxanda kölgəyə qaçırsan, küləyi sevdiyini söyləyirsən külək başlayanda pəncərəni örtürsən. Bax bundan qorxuram, çünki məni də sevdiyini söyləyirsən. Uilyam Şekspir
  • Yaxşı əsər pəncərə şüşəsi kimidir. Corc Oruell
  • Yoxsulluq? O nədir? Yoxsulluq qapımızın ağzına gəlib çıxanda,sevgi pəncərədən uçub uzaqlaşır. Oskar Uayld

İstinadlar

[redaktə]