Ziusudra

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Ziusudra Şumer mifologiyasında daşqından sağ çıxan insandır. Üç böyük dinə görə Ziusudraya bərabər olan Nuh peyğəmbərdir. Onun Babildəki ekvivalenti Utnapiştimdir. Ziusudra əslən Şuruppak kralı idi, buna görə onun adı başqa yerdə də xatırlanır.

Ziusudra Daşqından xilas olaraq tanrılar tərəfindən ölümsüzlüklə mükafatlandırılmışdır. Həyat yoldaşı ilə Tilmun adasında yaşayır. Tilmun adasına demək olar ki, çatmaq mümkün deyildir. Bəzi hesablamalara görə, Tilmun adası Sinay yarımadası ola bilər. Gilqameş dastanına görə, Gilgameş bu adaya çatana qədər bir çox ölümlərdən qayıtmışdır. O qədər yorulmuşdu ki, Ziusudranın evinə gəldikdən sonra çox dərin bir şəkildə yuxuya getdi, bir həftə boyunca oyanmadı. Buna görə Ziusudra Gilqameşin ölümsüz ola bilməyəcəyini vurğulayır; yalnız cavanlıq otunu tapıb cavanlaşa biləcəyini söyləyir.