Yuyucu maddələr
Yuyucu maddələr -səthi aktiv maddələrdir.
Xassələri
[redaktə | mənbəni redaktə et]Səthi aktiv maddələrin ən əhəmiyyətli xassələrindən biri, onların yuyucu maddə olmasıdır. Onlar yuyucu maddələr kimi çoxlu miqdarda alınır və geniş sürətdə işlədilir. Bəşəriyyət tarixində ən qədim səthi aktiv yuyucu maddə olan sabunun işləmə tarixi 2000 ilə yaxındır.
Səthi aktiv maddələrin yuyucu təsiri
[redaktə | mənbəni redaktə et]Səthi aktiv maddələrin, o cümlədən sabunların yuyucu təsiri onların suda həll olduqda su fazasının səthi gərilməsini artıq dərəcədə azaltması ilə izah olunur. Bu cür su fazası hidrofob çirkləri yaxşı isladır, daha doğrusu bu su bərk cismin (parçanın) səthindən axaraq onun kiçik məsamələrinə hopur, onu isladır və çirk hissəciklərini bərk cisim (parçanın lifləri) ilə olan rabitəsinin zəifləməsinə səbəb olur. Bu zaman molekulların hidrofob aqreqatları olan çirk hissələri parçalanaraq, kiçik kolloid hisəciklərinə çevrilir. Yuyucu maddənin molekulları və ya mitselləri bu çür hidrofob hissəciklərdə adsorbsiya olunaraq, hidrofil qatlar əmələ gətirir. Bu qatlar hissəciklərin bərk cisimlə (parça ilə) əlaqəsibi daha da zəiflədir. Bu zaman zəif mexaniki təsirdən (sürtünmə, çalxalanma) yuyucu, maddə ilə əhatə olunmuş çirk hissəciklərinin parça ilə, habelə bir-biri ilə rabitəsi qırılır, onlar su məhluluna və köpüyə çevrilir. Çirkin parçalanmamış iri hissəcikləri yuyucu maddə pərdəsinə bürünərək emulsiyalaşır və ya suspenziyalaşıb, asılı halda yuyucu məhlulda qalır və yuyucu məhlulu dəyişdikdə kənar edilir. Yuma prosesi çox vaxt qarışdıqdan oraya hava keçməsi nəticəsində köpük əmələ gəlir. Köpük hava ilə dolmuş çoxlu qovucuqlardan ibarətdir. Bu zaman yuyucu maddənin molekulları öz hidrofob hissələri ilə havaya, hidrofil hissələri ilə suya tərəf yönəlir. Bu cür qovuqcuqlar yüngül olduu üçün məhlulun səthinə qalxır və orada olan yuyucu maddə molekulları qatını yuxarıya qaldıraraq, onun ikinci pərdəsi ilə örtülür. Nəticədə, məhlulun səthində yuyucu maddənin daha möhkəm, ikiqat molekulları (köpük)əmələ gəlir. Köpükdə yuyucu maddənin miqdarı məhluldan daha artıq olur. yuma zamanı köpük çirkin müxaniki sürətdə ayrılmasına kömək edir.
Yuma
[redaktə | mənbəni redaktə et]Yuma prosesi demək olar ki, üç mərhələyə bölünür:
- Çirkli cismin və ya onun səthinin yaxşıca islanması
- Çirkin, səthdən qoparılmas
- Çirk maddənin möhkəm suspenziya halında saxlanması(onun təzədən yuyulan maddyə yapışmamasının təmin olunması).
Qeyd etmək lazımdır ki, yuyucu təsirə aid yuxarıda göstərilən mexnanizm əsasən sabuna aiddir, başqa yuyucu maddələr bir qədər başqa mexanizm üzrə də təsir edə bilər.
Təbii birləşmələr yuyucu maddə kimi
[redaktə | mənbəni redaktə et]Sabunla bərabər bir yuyucu maddə kimi bəzi təbii birləşmələr də çoxdan məlumdur. Onlardan kanifolu, saponinləri və öd turşularını göstərmək olar. Kanifolun yuyucu maddə olan əsəs tərkib hisəsi abiyetin turşusudur.
Saponin bitkilərdən bir çoxunda rast gələn mürəkkəb tərkibə malik irimolekullu birləşməlrdir. Onu sabunkökü biyankökü və s.bitkilərin köklərini xırdalayıb isti su ilə ekstraksiya etməklə alırlar. Sonra ekstrakt süzülüb buxarlandırılır, əldə edilən bərk məhsul yaxşı köpüklənir, neytral reaksiya verir. Saponin, cod suda da yuma qabiliyyətnə malikdir. (sapo-latınca sabun deməkdir).
Öd turşuları, öddə 6–7% miqdarında olur. tərkiblərinə görə onlar xolestrinə yaxındır. Bu maddələrdən başqa, neft məhsullarını qələvilər ilə təmizlədikdə alnan naften turşularının natrium duzları qatışığı neft sabunu adı ilə yuyucu maddə kimi işlədilir.
Qədim zamandan bəri gilabi və bəzi başqa gillər də yuyucu maddə kimi işlədilir. Onları bərk emulqatorlara aiddir. Bərk emulqatorlar süni və mineral mənşəli olub, suda həll olmur, toz halında işlədilir. Kəskin hidrofil olmaya bu maddə yalnız emulsiya əmələ gətirmə qabiliyyətinə malik olub yağ ləkələrini yüksək dispers hala salaraq, su ilə emulsiya şəklində çirkli cisimdən və ya parçadan ayrır.
Sintetik yuyucu maddələr
[redaktə | mənbəni redaktə et]Köhnə yuyucu maddələrdən istər təbii yuyucu maddələr, istərsə də neft sabunu, adi sabunları (yağ sabunlarını) heç vaxt tam mənası ilə əvəz edə bilmir. Miqdarca az alınan və keyfiyyətcə adi sabunlardan fərqlənən belə maddələr indidə xüsusi məqsədlər üçün işlədilir. Son zamanlar bir çox yuyucu maddələr və ya detergentlər tapılmışdır. Bunlar sabunu əvəz edir və bəzi xassələrinə görə ondan üstündür. Sintetik yuyucu maddələr sabundan fərqli olaraq daha ucuz maddələrdən alınır, cod sularda yuma qabiliyyətini itirmir, turş və neytral mühitdə də təsir edir, yuyulan parçanın rəngini xarab etmir, daha alçaq temperaturda asnlıqla və tez yumaq üçün əlverişlidir. Hazırda 1000-ə yaxın müxtəlif sintetik yuyucu pereparat məlumdur. Onlar səthi aktiv maddələr olub, çoxusu xüsusi məqsədlər üçün işlədilir.
Sinifləri
[redaktə | mənbəni redaktə et]Səthi yuyucu maddələr iki sinfə ayrılır.
- Ionlaşmayan
- İonlaşan maddələr.
Ionlaşmayan səthi aktiv maddələr
[redaktə | mənbəni redaktə et]Ionlaşmayan səthi aktiv maddələr sulu məhlullarda ionlara dissosiasiya etmir və çoxlu suda həll olmur. Onlar fenol və ya spirtlər, yaxud üzvi turşulardan hazırlanır. İonlaşmayan səthi aktiv maddələrdən ən əhəmiyyətliləri fenol və ya spirtlərin bir neçə molekul etilenoksid və ya propilenoksid molekulları ilə kondensləşməsindən alınır.
İonlaşan səthi aktiv maddələr
[redaktə | mənbəni redaktə et]İonlaşan səthi aktiv maddələr suda həll olur və bu zaman biri kiçik, digəri böyük iki əks-yüklü iona parçalanır. Onlar anionaktiv və kationaktiv olur. Kationaktiv maddələr, sulu məhlulda polyar qrupla birləşmiş uzun karbohidrogen zəncirindən ibarət kation və xlor, brom kimi aniona dissosasiya olunur. Onların səthi aktiv hissəsi kationlardır. Aminlərin və dördəvəzli ammonium törəmələrinin duzları, eləcə də bəzi fosfonium və sulfonium əsaslarının duzları kationaktiv birləşmələrə aiddir.
Yuyucu maddə kimi daha çox işlədilən və praktiki cəhətdən daha əhəmiyyətli sayılan səthi aktiv maddələr anionaktiv maddələrdir. Onları suda həll etdikdə qismən dissosasiya olunaraq, polyar qrupla birləşmiş uzun karbohidrogen zəncirli səthi aktiv anion və səthi aktiv olmayan kation ionlarına parçalanır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- M. Mövsümzadə "Üzvi kimya", Maarif — 1966.