53°34′28″ şm. e. 7°54′03″ ş. u.HGYO

Yever

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yever
Jever
Bayraq Gerb
Bayraq Gerb
53°34′28″ şm. e. 7°54′03″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 42,23 km² (31 dekabr 2017)[2]
Mərkəzin hündürlüyü 9 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 14.913 nəf. (31 dekabr 2023)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu +49 4461
Poçt indeksi 26441
Nəqliyyat kodu FRI
Digər
stadt-jever.de
Xəritəni göstər/gizlə
Yever xəritədə
Yever
Yever
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yever (alm. Jever‎) — Almaniyada Aşağı Saksoniya torpaqlarında yerləşən şəhər, rayon mərkəzi. Yever şəhəri Friziya rayonunun tərkibinə daxildir. Əhalusu 13 932 nəhərdir (31 dekabr 2010-cu il tarixinə).[4] Sahəsi 42,13 kv. km.-dir. Rəsmi kodu - 03 4 55 007

XVI əsrə kimi Yever şəhəri frizlərin tayfa mülkü olmuşdur. Yerli əhali feodalizmin nə olduğunu bilmirdi və orta əsrlərdə Baltik və Şimal dənizlərində fəaliyyət göstərən dəni quldurlarından ibarət "Vitali qardaşları"na həvəslə daxil olurdular. Sonuncu yerli hakimlərindən biri ölümündən bir qədər əvvəl, 1511-ci ildə Yever şəhərini bu şərtlə Şərqi friz hakimi Edzarda vəsiyyət etdi ki, o, öz oğlunu onun qızı ilə evləndirsin. Edzardın ölümündən sonra onun oğlu Mariya Yeverski ilə evlənməkdən imtina etdiyinə görə şəhər əhalisi onun nümayəndələrini şəhərdən qovdular. 1575-ci ildə Mariya Yeverski vəfat etdi və şəhər əhalisi Edzardın sələflərinin fitnələrindən qorunmaq üçün onun ölümünü gizli saxladılar.

Eyni zamanda Oldenburq sülaləsi elan etdi ki, Mariya Yeverskinin vəsiyyətinə əsasən şəhərin idarəçiliyi məhz onlara keçir.

Oldenburqlardan sonra Yever şəhərinin idarəçiliyi qadın xətti ilə Almaniyanın Anxalt əyalətinin Tserbst şəhərinin hakimləri olan Askaniyalıların əlinə keçdi. Tserbstin sonuncu şahzadəsi Anqalt 1793-cü ildə vəfat etdi və Yever şəhərinin idarəçiliyi şahzadənin yeganə bacısı, Rusiya hökmdarı II Yekaterinanın ixtiyarına keçdi. Şəhər Rusiya taxt-tacının udelinə çevrildi. Şəhəri II Yekaterinanın adından onun qardaşı arvadı Sofiya idarə edirdi.

1807-ci ildə Yever şəhəri Napoleon Bonapart tərəfindən işğal olunsa da, 1813-cü ildə şəhər yenidən Rusiya çarının əlinə keçdi. Beş il sonra Rusiya imperatoru Yever şəhərinin idarəçiliyini öz qohumları olan Oldenburq hersoquna güzəştə getdi

  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. Alle politisch selbständigen Gemeinden mit ausgewählten Merkmalen am 31.12.2018 (4. Quartal). Federal Statistical Office.
  3. Alle politisch selbständigen Gemeinden mit ausgewählten Merkmalen am 31.12.2023 (alm.). DESTATIS, 2024.
  4. "Landesbetrieb für Statistik und Kommunikationstechnologie Niedersachsen — Bevölkerungsfortschreibung". 2016-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-15.