XV Lüdovik
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
XV Lüdovik | |
---|---|
Louis XV de France | |
1 sentyabr 1715 – 10 may 1774 | |
Əvvəlki | XIV Lüdovik |
Sonrakı | XVI Lüdovik |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | German-en-Laye, Fransa |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | Versal sarayı, Paris |
Vəfat səbəbi | Təbii çiçək |
Dəfn yeri | Müqqədəs Denis Bazilikası, Fransa |
Fəaliyyəti | rəsm kolleksioneri[d], monarx |
Atası | XIV Lüdovik |
Uşaqları |
|
Dini | Katolik |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
XV Lüdovik (fr. Louis XV de France; 15 fevral 1710[1][2][…], Versal sarayı[3] – 10 may 1774[1][2][…], Versal sarayı[3]) — Fransa kralı. 1715-1774-cü illərdə hakimiyyətdə olmuşdur.
Həyatı
[redaktə | mənbəni redaktə et]1710-1774-cü illərdə yaşamışdır.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]XV Lüdovikin dövründə (1715-1774) Fransanın xarici siyasəti uğurlu olmadı. Bir sıra müharibələrdə Fransanın iştirakı məcbur deyildi. Belə ki, Fransa bu müharibələr nəticəsində Kanadanı, Luiziananı və Hindistandakı mülklərini itirmişdi.
XVIII əsrin əvvəlində Rusiya Fransa ilə yaxınlaşmağa çalışırdı. Lakin Fransa müttəfiq kimi Türkiyə, Polşa və İsveçdən ayrılmaq istəmirdi, ona görə Rusiya Fransanın rəqibi olan Avstriya ilə yaxınlaşdı. Fransanın İsveç və Türkiyədən Rusiyaya qarşı istifadə etmək cəhdləri nəticəsiz oldu. Fransa 1733-1735-ci illərdə “Polşa irsi” uğrunda müharibədə iştirak etdi. Bu dövrdə Polşanın daxili çətinlikləri ilə əlaqədar Rusiya, Fransa və Avstriya Polşaya öz təsirlərini artırmağa çalışırdılar. Lakin Fransa Leşinskinin Polşa taxtına çıxarılmasına nail ola bilmədi. Fransa kralı XV Lüdovik Avstriyaya qarşı mübarizə aparır və protestant knyazları müdafiə edirdi. Fransa “Avstriya irsi” uğrunda müharibədə Prussiyanın tərəfində iştirak etmişdi. Yeddiillik müharibə ərəfəsində Fransa Avstriyanın müttəfiqi oldu. Bu zaman Fransa Prussiyanın güclənməsini və Avstriyanın zəifləməsini, İngiltərəyə qarşı mübarizə üçün imkan yarandığını nəzərə almışdı. Lakin Fransa öz məqsədlərinə nail ola bilmədi. XV Lüdovik 1743-cü ildə xarici siyasət məsələləri ilə məşğul olmaq üçün xüsusi gizli komitə yaradıb şahzadə Kontini başçı təyin etmişdi. Səfirlərdən başqa onun xarici ölkələrdə gizli agentləri də fəaliyyət göstərirdi.
XVIII əsrdə İngiltərə planlı şəkildə ticarət və müstəmləkələrini genişləndirirdi. XVIII əsrdə onun əsas rəqibi Fransa idi. Fransa İngiltərəni dənizdə üstünlüklərindən məhrum etməyə çalışırdı. Fransa xarici gəmilərdən alınan gömrüyü artırmış və güclü hərbi donanma yaratmışdı. XVIII əsrdə İngiltərə hakim dairələrinin maliyyə imkanları genişlənmişdi. Onlar İngiltərənin mənafeyini müdafiə edən müttəfiqləri pulla ələ almağı bacarırdılar. Avropada isə belə dövlətlər çox idi. Bu dövlətlərin əksəriyyəti Almaniya ərazisində yerləşirdi. Otuzillik müharibədən sonra daha da parçalanmış Almaniya ərazisində 300-dən çox dövlət mövcud idi. Kiçik Alman dövlətlərinin ordularından başqa dövlətlər öz məqsədlərini həyata keçirmək üçün istifadə edirdilər.
Müstəmləkə müharibələri 1739-cu ildə İngiltərə və İspaniya arasında İngiltərənin ispan müstəmləkələri ilə azad ticarət etmək hüququ uğrunda başladı. 1743-cü ildə İngiltərə və İspaniya arasında müttəfiqlik bərpa edildikdən sonra ingilis-fransız müharibəsi alovlandı Bu dövrdə İngiltərə ilə Fransa arasında ziddiyyətlərin kəskinləşməsi isə müstəmləkələrlə bağlı idi. İngiltərə Fransanın Hindistan və Şimali Amerikadakı işğallarından narahat idi. İngiltərə hərbi gəmiləri dənizdə Fransanın ticarət gəmilərini saxlayırdı. 1755-ci ildə bir ay ərzində ingilislər 300 Fransa gəmisini saxlamışdılar. Fransanın etirazlarına isə İngiltərə məhəl qoymurdu.
1754-1755-ci illərdə Kanadada hərbi toqquşmadan sonra İngiltərə və Fransa Avropada özlərinə müttəfiq axtarmağa başladılar. 1756-1763-cü illərdə olmuş yeddiillik müharibənin hərbi əməliyyatları Avropada, Şimali Amerikada və Asiyada aparılırdı. Müharibənin əvvəlində Prussiya üstün idi, lakin 1757-1759-cu illərdə Rusiya ordusu bir neçə döyüşdə Prussiya qoşunlarını məğlub etdi. İngiltərə 1759-cu ildə Kanadanı, 1761-ci ildə Hindistanın bir sıra əyalətlərini ələ keçirdi. Fransa Kanada və Hindistandan qoşunlarını çıxartdı. 1763-cü ilin fevralında Fransa və İspaniya ilə İngiltərə arasında imzalanmış Paris sülhünə əsasən Kanada və Hindistan İngiltərəyə qaldı, İspaniya isə Floridanı İngiltərəyə verdi. Fransa Luiziananı İspaniyaya verdi. Beləliklə, İngiltərənin beynəlxalq mövqeləri daha da möhkəmləndi. Bütövlükdə XVIII əsrdə Avropa siyasətinin inkişafı göstərdi ki, kapitalizm quruluşunun sürətli inkişafı, gənc kapitalist ölkələri və qədim feodal, lakin hələ güclü mütləqiyyət rejimi olan, böhran astanasına çatan dövlətlərin qaşıdurması həm münaqişələrin özünü, həm də onların səbəbli əsaslarını kəskinləşdirdi və artırdı.
Bununla bərabər, XVIII əsr Avropa ölkələrinin müstəmləkə qarşıdurması sayəsində aydın oldu ki, erkən kapitalizm dövründə Avropada siyasi qüvvələrin düzümü digər qitələrdə beynəlxalq münasibətlərə, əslində bütövlükdə dünya siyasətini müəyyən etməklə, necə və hansı dərəcədə təsir edir.
Daxili və xarici siyasəti
[redaktə | mənbəni redaktə et]1715-ci ildə XIV Lüdovikin ölümündən sonra hakimiyyətə onun 5 yaşlı nəticəsi XV Lüdovik gəlsə də, hakimiyyət onun qəyyumu təyin edilmiş hersoq Filipp Orleanın əlində cəmləşmişdi. О, sülh siyasəti yeridir, dövlət xərclərini və vergiləri azaldırdı. Ölkənin maliyyə vəziyyətini yaxşılaşdırmaq məqsədilə 1715-ci ildə dövriyyədə olan qiymətli kağızlar qeydə alındı, etibarsızlar ləğv edildi, dövlət borcu xeyli azaldıldı.
Fransa dövlətinin xidmətinə keçmiş Şotlandiyalı bankir Con Lounun maliyyə islahatı daha radikal tədbir idi. 1716-cı ildə o, kredit biletlərini dövriyyəyə buraxmaq hüququ olan “Bank Jeneralite” bankını təsis etdi. 1717-ci ildə isə Qərb şirkətini yaratdı. İlk əvvəl kapitalı 6 mln olan və Kral bankına çevrilən bank illik gəlir faizi 6%, hər birinin dəyəri isə 500 livr olan səhmləri dövriyyəyə buraxdı. Maliyyə xaosu fonunda dövriyyə həddən artıq kağız pul kütləsinin daxil olması səbəbindən inflyasiya artdı. 1720-ci ildə bankın iflas olması zamanı dövriyyədə 3 mlrd. livr məbləğində səhm olduğu halda, onun kapitalı cəmi 300 mln livr həcmində idi. Maliyyə piramidasının çökməsi nəticəsində dövlət özünü müflis elan etdi.
1718-ci ilin sonlarında Parisdə ispan səfiri Sellamarın təşkil etdiyi sui-qəsdin üstü açıldı. Bu zaman Fransa İngiltərə, Hollandiya və Avstriya ilə birlikdə İspaniyaya qarşı ittifaq yaratmışdılar. Sui-qəsddə iştirak etmiş hersoq Men zindana atıldı. 1721-ci ildə İngiltərə, Fransa və İspaniya arasında ittifaq bağlandı. XV Lüdovikin ispan şahzadəsi ilə nikahı bu ittifaqı daha da möhkəmlətməli idi.
1723-cü ildən XV Lüdovik özü Fransanı idarə etməyə başladı. Həmin ilin dekabrında Orleanlı Filippin vəfatından sonra kral kardinal Flerini birinci naziri təyin etmək istəsə də şahzadə Kondenin təzyiqi ilə geri çəkilməli oldu. Konde kral üçün Avropanın elə də nüfuzlu olmayan monarxı – Polşa kralı Stanislav Leşinskinin qızı Mariya ilə nikahı təşkil etdi. Bu Fransanın ictimai rəyində kəskin narazılığa səbəb oldu. İspaniya ilə yeni müharibənin başlanması təhlükəsi səbəbindən hökumətin əhali üzərinə yeni birbaşa vergini qoyması Kondenin nüfuzuna ciddi zərbə vurdu. 1726-cı ilin iyununda XV Lüdovik Kondeni istefaya göndərərək XIV Lüdovik kimi özünün birinci nazir olacağını bəyan etdi. İlk olaraq o, yansenizmə qarşı mübarizəyə başladı.
Birinci nazir Fleri vergi toplanılması işini qaydaya saldı, ölkə daxilində yolların çəkilməsinə diqqəti artırdı. Lakin Avstriya irsi uğrunda müharibədə Fransanın maraqlarının təmin olunmaması fonunda hökumətin dini siyasəti, eyni zamanda quraqlıq səbəbindən qıtlığın yaranması ölkədə narazılığı gücləndirdi. Hökumət əleyhinə aparılan kampaniyanın kulminasiya nöqtəsi 1757-ci ilin yanvarında qulluqçu Damyenin XV Lüdovikə sui-qəsdi oldu.
Avstriya irsi uğrunda müharibənin başa çatmasından sonra maliyyə baş nəzarətçisi Maşo d´Arnuvilin təşəbbüsü ilə maliyyə islahatı keçirildi. 1749-cu ildə hökumət dövlət borcunun ödənilməsi məqsədilə yeni daimi vergi – 1/20 vergisini tətbiq etdi. 1749-cu ildə ruhanilərin daşınmaz əmlak əldə etmək hüquqları məhdudlaşdırılırdı. Vergi islahatına qarşı Paris parlamentinin və əyalətlərin ştatlarının müqaviməti yatırıldı, Langedokun ştatları buraxıldı. 1751-ci ildə kilsə mülkləri 1/20 vergisindən azad edildilər.
Yeddi illik müharibədə fransız ordularının iştirakının zəif cəhətləri ordunun radikal islahatının keçirilməsini tələb etdi. Bu sahədə islahatı 1761-ci ildən etibarən hökumətdə xarici işlər, hərbi və hərbi-dəniz üzrə dövlət katibi vəzifələrini icra etmiş hersoq Şuazel həyata keçirdi.
1763-cü ildə maliyyə baş nəzarətçisi Bertyen bütün torpaqlar üzərinə vahid vergi qoyulması məqsədilə onların kadastrlarının hazırlanmasına dair kral ediktinin verilməsinə nail oldu.
1768-ci ildə kansler təyin edilmiş Rene Nikol Mopu məhkəmə sahəsində islahatlar keçirdi. 1770-ci ildə məhkəmə hakimlərinin və Paris parlamentinin hüquqlarının məhdudlaşdırılması haqqında kral edikti verildi.
XV Lüdovik özünün müstəsnalığı haqqında çox yüksək fikirdə olsa da, siyasətində ardıcıl deyildi. Onun zəif cəhətlərindən yaxın ətrafı geniş şəkildə süi-istifadə edirdilər. Dövlət işlərində onun məşuqələrinin rolu xeyli artmışdı. Markiza de Pompadur 18 il ərzində dövlət işlərinə güclü müdaxilə edir, vəzifələr, təltiflər, mükafatlar və təqaüdlər paylayır, nazirləri, səfirləri və saray məmurlarını təyin edir və ya dəyişdirirdi. Daha sonra bu səlahiyyət onun digər məşuqəsi qrafinya Dübarriyə verilmişdi.
XV Lüdovikin hakimiyyəti dövründə Fransanın xarici siyasəti elə də uğurlu olmadı. XV Lüdovik 1743-cü ildə xarici siyasət məsələləri ilə məşğul olmaq üçün xüsusi gizli komitə yaradıb şahzadə Kontini başçı təyin etmişdi. Səfirlərdən başqa onun xarici ölkələrdə gizli agentləri də fəaliyyət göstərirdi. XV Lüdovikin hakimiyyəti illərində Fransa “zinət müharibələri” adlandırılan vərəsəlik müharibələrinə - Polşa irsi, Avstriya irsi və Yeddi illik müharibələrə qoşuldu. Fransa bu müharibələr nəticəsində Kanadanı, Luiziananı və Hindistandakı mülklərini itirdi.
XVIII əsrin əvvəlində Rusiya Fransa ilə yaxınlaşmağa çalışırdı. Lakin Fransa müttəfiq kimi Türkiyə, Polşa və İsveçdən ayrılmaq istəmirdi, ona görə Rusiya Fransanın rəqibi olan Avstriya ilə yaxınlaşdı. Fransa 1733-1735-ci illərdə «Polşa irsi» uğrunda müharibədə iştirak etdi. Bu dövrdə Polşanın daxili çətinlikləri ilə əlaqədar Rusiya, Fransa və Avstriya Polşaya öz təsirlərini artırmağa çalışırdılar. Polşa kralı II Avqustdan sonra Rusiya və Avstriya kral taxtına onun oğlu III Avqustun namizədliyini müdafiə etdilər. Fransa isə S.Leşinskini təklif etdi. Fransanın İsveç və Türkiyədən Rusiyaya qarşı istifadə etmək cəhdləri nəticəsiz oldu. S.Leşinski bu zaman gizli şəkildə Varşavaya daxil olmuşdu. Lakin Fransa onu müdafiə edə bilmədi. S.Leşinski Prussiyaya qayıtdı. Fransanın Avstriya və İtaliya ərazisində hərbi əməliyyatları uğursuz oldu, Sardiniya ilə əlaqələri zəiflədi. 1735-ci ilin oktyabrında Fransa III Avqustu Polşa kralı kimi tanıdı.
Almaniya dövlətləri arasında Prussiya və Avstriya tədricən güclənirdi. Prussiya XVII əsrin ortalarından Avstriyanın rəqibinə çevrilmişdi. XV Lüdovik Avstriyaya qarşı mübarizə aparır, protestant knyazları müdafiə edirdi və «Avstriya irsi» uğrunda müharibədə Prussiyanın tərəfində iştirak etdi. Fransa, Prussiya və Bavariya «Avstriya irsi»nin bölünməsi haqqında saziş imzaladılar. 1748-ci ildə bağlanmış Aahen sülhü ilə Sileziya Prussiyaya verildi.
1754-1755-ci illərdə Kanadada hərbi toqquşmadan sonra İngiltərə və Fransa Avropada özlərinə müttəfiq axtarmağa başladılar. 1756-cı ilin yanvarında Prussiya və İngiltərə Almaniyada sülhü qorumaq və Almaniyanın ərazi bütövlüyünə qəsd edən dövlətə qarşı birlikdə mübarizə aparmaq haqqında müqavilə bağladılar. 1756-cı ilin mayında Versalda Avstriya ilə Fransa arasında qarşılıqlı yardım müqaviləsi imzalandı, onlar aralarındakı çoxillik ziddiyyətləri kənara qoyub müttəfiq oldular. Prussiyanın güclənməsi ilə bağlı Baltik sahilində Rusiyanın mənafeləri üçün təhlükə yaranmışdı. 1756-cı ilin martında Rusiya Avstriya ilə müqavilə imzaladı. Müqaviləyə görə Rusiya Avstriyaya kömək üçün 80 min nəfərlik qoşun göndərməli idi. 1757-ci ilin fevralında Rusiya ilə Avstriya arasında imzalanmış yeni müqaviləyə görə Avstriya hər il Rusiyaya 1 milyon florin kredit verməli idi. 1757-ci ilin mayında imzalanmış yeni Fransa-Avstriya müqaviləsinə görə Fransa Avstriyaya kömək üçün 105 min nəfərlik qoşun göndərməli və hər il Avstriyaya 12 milyon florin kredit verməli idi. 1761-ci ildə Avstriya-Fransa-Rusiya koalisiyasına İsveç, Saksoniya və Polşa da qoşulmuşdu.
1756-1763-cü illərdə olmuş Yeddiillik müharibənin hərbi əməliyyatları Avropada, Şimali Amerikada və Asiyada aparılırdı. Müharibənin əvvəlində Prussiya üstün idi, on döyüşdən yeddisində qalib gəlmişdi. Lakin 1757-1759-cu illərdə Rusiya ordusu bir neçə döyüşdə Prussiya qoşunlarını məğlub etdi və 1760-cı ildə Berlinə daxil oldu. Lakin, 1762-ci ildə Rusiya Prussiya ilə müqavilə bağlayıb qoşunlarını Prussiya ərazisindən çıxartdı. İngiltərə 1759-cu ildə Kanadanı, 1761-ci ildə isə Hindistanda Pondişeri əyalətini ələ keçirdi. Fransa donanması məğlub edildi. 1762-ci ildə Rusiyada hakimiyyətə gələn II Yekaterina Prussiya ilə müqavilədən imtina etdi. 1763-cü ildə Avstriya və Saksoniya Prussiya ilə Qubertsburq müqaviləsini bağladılar. M.Tereziya Avstriyanın hökmdarı kimi tanındı, Sileziya Prussiyaya qaldı. Rusiya Yeddiillik müharibədə iştirak edib həm beynəlxalq nüfuzunu artırdı, həm də Avropada Prussiyanın hegemonluğunun qarşısını aldı. Fransa Kanada və Hindistandan qoşunlarını çıxartdı. 1763-cü ilin fevralında Fransa və İspaniya ilə İngiltərə arasında imzalanmış Paris sülhünə əsasən Kanada və Hindistan İngiltərəyə qaldı, İspaniya da Floridanı İngiltərəyə verdi. Fransa Luiziananı İspaniyaya qaytardı. Beləliklə, İngiltərənin beynəlxalq mövqeləri daha da möhkəmləndi.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]
Mənbə
[redaktə | mənbəni redaktə et]Rövşən Hətəmov. Yeni tarix. Mühazirələr kursu
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Louis XV de France // RKDartists (nid.).
- ↑ 1 2 Lundy D. R. Louis XV, Roi de France // The Peerage (ing.).
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118729438 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.