Vikipediya:Redaktə müharibəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qısa keçid yönləndirmə

Mübahisələrin həlli
Birbaşa münasibətlə mübahisənin həlli
Kənd meydanı
QaydalarSuallar
Digərilərini məsələnin həllinə cəlb etmə
Digərilərinin vasitəçiliyi
İnzibatçıların köməyi
İnzibatçılara müraciət
Məqalənin mühafizə edilməsi
Məqalənin mühafizədən çıxarılması
Səsvermə keçirilməsi
Arbitraj (son instansiya)
Arbitraj Komitəsinə müraciət
İnzibatçılardan birinin komitəyə müraciəti
Məsələnin müzakirəsiSon qərar
Məsələnin komitənin nəzarətində saxlanması
İstifadəçiyə hami təyin edilməsi

Qayda, hələ ki, səsvermə nəticəsində qəbul edilməmişdir.

  • Səsvermə müddəti:
  • Qüvvədədir:

Redaktə müharibəsi — uzun zaman konsensusa gələ bilməyən istifadəçilər məqaləni ardıcıl olaraq öz istədikləri məzmuna qaytarırlar. Redaktə müharibəsi adətən inzibatçılardan birinin məqaləni mühafizə etməsi və ya müharibədə iştirak edən istifadəçilərdən birini və ya hər ikisini bloklamasından sonra sona çatır.

Vikipediyada redaktə müharibəsinə cəlb edilmiş inzibatçının məqaləni mühafizə etməsi düzgün addım sayılmır. Bunu yalnız neytral inzibatçı etməlidir. Bu zaman da yalnız bir tərəfin müdafiə etdiyi variantın seçilməsi düzgün deyildir.

Redaktə müharibəsi termininin Vikipediyada iki əsas istifadəsi vardır. Bu səhifədə iki istifadəyə də açıqlıq gətirilir. Birinci termini; bir məqalədə iki və ya daha çox istifadəçinin bir-birlərinin redaktələrini geri alma əməliyyatını təkrarlamasıdır. Digəri isə iki və ya daha çox müəllifin davamlı olaraq məqalənin böyük bir hissəsini (xüsusilə yazıçılar arasındakı mübahisəli hissələr) dəyişdirməsi olaraq daha da genişlədər.

İkinci tərifi qəbul edənlər əvvəlcə bir geri qaytarma duellosu olduğunu nəzərdə saxlayar. Lakin onlara görə, bu termin tənzimləmə döyüşünün tək bir tipini təyin etməsinə qarşı, genişlədilmiş əhatədə tənzimləmə döyüşlərini təyin etmək üçün qeyri-kafidir. Bu kimi hərəkətlər mütləq, tam mənası ilə "tənzimləmə döyüşləri" olaraq adlandırılmaya bilsə də, çox istifadəçiyə görə səmərəsiz hissələrin israrla tutulması və naxoş bir şəkildə davamlı əlavə-çıxardılmasına bu gözlə baxılır.

Bitərəf düşüncədəki istifadəçilər bu tip davamlı edilən redaktələr və şəxslər arasındakı həllsiz mesajlaşmaları gördüyündə, onları Mübahisələrin həlli prosesinə girmələri üçün təşviq etməlidir.

Hücum ehtiva edən hallarda, hücum edən şəxslər qaydaların ön gördüyü şərtlərdə cəzalandırılır.

Personal bir yarışa çevrilmiş olan geri qaytarma əməliyyatları Vikipediyanın əsas prinsiplərinə tamamilə əksinə, hər iki iştirakçı üçün də təsiri pis olar, və ümumiyyətlə Üç dəfə geri çəkmək qadağası pozuntusu səbəbi ilə iştirakçıların qarşısının alınması ilə nəticələnir. Bu yalnız geri alma həmləsini ibarət hərəkətin yerinə, mübahisəli şəxslər konsensus metodları və ya vəziyyəti qurtarmaq üçün alternativ metodlar axtarmalıdır. Bu şəkildə əməkdaşlıq içində edilən dəyişikliklər, refleks olaraq edilən geri çevirmə hərəkətindən çox daha sağlam olacaq və daha obyektiv və hər iki tərəf üçün də daha doyurucu bir maddə olma ehtimalını zəmanət altına alacaq. Daha az təcrübəli iştirakçılar, şüursuzca və qeyri-kafi bir redaktə etmiş və bu etdiyi dəyişikliyin uyğun olmadığı iki və ya daha çox adam tərəfindən nümunələrlə anladılaraq geri alınmış olduğu halda və ya pis niyyətli və ya əsas prinsiplərə uyğun gəlməsi mümkün olmayan redaktələr etmiş olduğu hallarda redaktə döyüşünə girirsə, qərəzsiz bir razılıq axtarmaq yerinə vəziyyətə son vermək daha uyğundur.

Yüksək sıxlıqdaki geri alma döyüşləri, keçmiş versiyanın istifadəsini faydasız hala gətirər, mənalı bir şəkildə töhfə edən istifadəçilərin işini çətinləşdirər. Aşağı sıxlıqdalı geri alma döyüşləri, Vikipediya birliyi üçün çox problemə səbəb olma meylində deyil. Təcrübəli istifadəçilərə görə, vandalizm etmək üçün edilən dəyişikliklərdə geri alma əməliyyatları arasında bir saat və ya daha çox gözləyərək, vandalizmin davam etmə ehtimalı salınar. Çox vaxt, bu tip problem yaradan istifadəçilər marağını itirib, ayrılır.

Bloklama, mühafizə, silmə ilə birlikdə gedən geri alma döyüşləri, (məsələn; bir səhifə sıxlıqla iki inzibatçı tərəfindən mühafizəyə alınır və sonra mühafizə kənarlaşdırılsa) nadir hallarda görülsə də sükan döyüşləri olaraq adlandırılır.

Redaktə döyüşləri bir çox səbəbə sahib ola bilər. Bu səbəblər arasında, bunlar göstərilə bilər: Siyasi fikir, dini görüş və digər inanclarla əlaqədar səbəblər; həddindən artıq boş vaxt; dargörüşlülük / önfikir; özünü üstün görmə və müəyyən bir istifadəçidən xoşu gəlməmək.

Vikipediyadakı təcrübəli istifadəçilərin tövsiyəsi budur: Yalnız bir dəfə geri alın və daha sonra müzakirə edin.

  • Fikir ayrılığı yaşayan insanlar, fərqli bir yanaşma ilə sağlam fikir göstərə bilər.
  • Neytral istifadəçilər bu redaktələri qarşısını almaq üçün diqqət edər və rahatlıqla tədbir ala bilərlər.
  • Mövzu böyüdükdə, öz duyğu və düşüncələrini yoxla və soyuqqanlı qala bilmək üçün tez-tez mövzudan uzaqlaş.
  • Unutmayın, 24 saat ərzində qəsdən dörd dəfə geri alma əməliyyatı etmək (VP: 3GD qaydası) Vikipediya prinsiplərinin pozulması və bloklanma riski daşıyır.