Urus-Martan rayonu
Urus-Martan rayonu | |
---|---|
Хьалха-Мартанан кIошт | |
43°05′ şm. e. 45°32′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Urus-Martan[1] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 30 noyabr 1922 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 87145 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Urus-Martan rayonu (çeç. Хьалха-Мартанан кӏошт[4]) — Rusiya Federasiyasının Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi və bələdiyyədir (bələdiyyə rayonu).
İnzibati mərkəzi Urus-Martan şəhəridir.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Rayon Çeçenistan Respublikasının cənub-qərb hissəsində yerləşir. Şimalda Qroznı rayonu və Qroznı şəhər dairəsi, şərqdə - Qudermes rayonu, şərqdə Şali və Şatoy rayonu, cənubda İtum-Kali rayonu, qərbdə Açxoy-Martan rayonu ilə həmsərhəddir. Rayonun sahəsi 1138.81 km² -dir (1 yanvar 2020 -ci ilə qədər 649.15 km² olmuşdur). Ərazinin qərbdən şərqə 29 km, şimaldan cənuba 31 km-dir.
Tarix
[redaktə | mənbəni redaktə et]Urus-Martan rayonu 30 noyabr 1922-ci ildə qurulur.
1 avqust 1934-cü ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Çeçen-İnquş Muxtar Vilayətində mərkəzi Qrozmı şəhəri olan Qroznı rayonu qurulması haqqında qərtara verilir. Ütəlik bura Urus-Martan rayonunun Berdıkel, Çeçen-Aul, Novıye Aldı və Alxan-Kala kəndləri daxil edilir[5].
1944-cü ildə Çeçenlərin və inquşların deportasiyası və Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğvindən sonra Urus-Martan rayonu Krasnoarmeyski rayonu adlandırılır.
1957-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının bərpası ilə rayon əvvəlki adına qaytarılır.
1 yanvar 2020-ci ildə Starıye Ataqi kəndi ilə Grozni rayonu ərazisinin bir hissəsi, eləcə də Akçoy-Martan rayonunun Staro-Akçoy kənd yaşayış məntəqəsinin ərazisinin bir hissəsi Urus-Martan rayonuna verilir.
Əhali
[redaktə | mənbəni redaktə et]Rayonda 12 yaşayış məntəqəsi var. Statistikaya görə 1 sentyabr 1997-ci il tarixinə əsasən əhalinin sayı 107 993 nəfər olmuşdur. Ən böyük yaşayış məntəqəsi Urus-Martan şəhərindədir.
- Urbanizasiya
Rayon ərazisində ümumi əhalinin 40,09 % şəhərlərdə yaşayır (Urus-Martan).
- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir [6]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
çeçenlər | 118 502 | 98,27 % |
ruslar | 925 | 0,77 % |
digərləri | 784 | 0,65 % |
bildirməyənlər | 374 | 0,31 % |
ümumi | 120 585 | 100,00 % |
İnfrastruktur
[redaktə | mənbəni redaktə et]Kənd təsərrüfatı təyinatlı 29918 hektar, sənaye təyinatlı isə isə 3 hektar ərazi istifadədədir. Su təchizatı xətlərinin uzunluğu 210 km, telefon xətləri 67 km, qaz kəməri 325 km, təsərrüfat yolları isə 128 km təşkil edir.
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Rayonun inzibati sərhədləri daxilində ümumi torpaq sahəsi 64915 hektardır ki, bunun da 37962 hektarı sovxozların istifadəsindədir. Rayon ərazisindəki Qoslesfond torpaqları 24.175 hektar ərazini tutur.
Rayonun bütün təsərrüfatları çoxşaxəlidir. Urus-Martan rayonunun əsas təsərrüfat istiqaməti bitkiçilik və meyvə-tərəvəz istehsalıdır.
Təhsil
[redaktə | mənbəni redaktə et]Rayonun ərazisində 31 orta məktəb, bir internat məktəbi, pedaqoji kollec və sürücülük məktəbi vardır.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
- ↑ "Бовза хьай Дайхмохк". 2019-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-04.
- ↑ "Об образовании нового Грозненского района". 2016-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-04.
- ↑ "Том 4 книга 1 "Национальный состав и владение языками, гражданство"; таблица 1 "Национальный состав населения Чечни по городским округам, муниципальным районам, городским населённым пунктам, сельским населённым пунктам с численностью населения 3000 человек и более"". 2015-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-01.