Sesson Yubay

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sesson Yubay
yap. 雪村友梅
Doğum tarixi 1290
Doğum yeri
Vəfat tarixi 22 yanvar 1347
Fəaliyyəti şair, bhikşu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sesson Yubay (雪村 友梅?, 1290, Eçiqo əyaləti[d]22 yanvar 1347)Yaponiya şairi və buddist keşişi. Zen buddizminin Rinzay sektasına mənsub olmuşdur.[1] Kokan Şiren ilə birlikdə erkən Qozan ədəbiyyatının iki önəmli şəxsiyyətindən biridir.[1]

Sesson Yubay 1290-cı ildə Yaponiyanın Eçiqo əyalətində doğulmuşdur.[1] Gənc oğlan olduğu dövrdə İssan İçineyin şagirdi olmuşdur.[1] 1307-ci ildə İssanın tövsiyəsi ilə Çinə getmişdir.[1] Yaponiyanı işğal etmək cəhdi uğursuzluqla nəticələnən Xubilay xanın qisasını almaq istəyən Çin imperatoru Kaysan Külük xan 1310-cu ildə onu həbs etmişdir.[1] Üç il sonra azadlığa çıxan Sesson növbəti 13 ilində Çinin ucqar bölgələrində sürgün həyatı yaşamışdır.[1] Sonda Yuan sarayının rəğbətini qazansa da, 1329-cu ilə qədər Yaponiyaya qayıtmaq icazəsi ala bilməmişdir.[1] 1330-cu ildə Şinano əyalətində yerləşən Ciun məbədinin qurucusu olmuşdur.[2] Bir neçə məbəddə işlədikdən sonra 1341-ci ildə Kiotoda yerləşən Mancu məbədinin, 1345-ci ildə isə Kennin məbədinin abbatı olmuşdur.[2] Akamatsu Norimura və oğlu Norisuke ondan Zen təlimi almışdırlar.[3]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Sesson tənhalığa üstünlük vermişdir.[1] Poeziyada da öz yolunu izləmiş, daha azad quşih formasını daha populyar luşi formasından üstün tutmuşdur.[1] Çində yaşayarkən yazdığı əsərlər "Minqaşu" adlı antologiyada toplanmışdır.[1] Bu kolleksiyaya 242 şeir daxildir.[4]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 Kodansha Encyclopedia of Japan
  2. 1 2 The Japan Biographical Encyclopedia & Who's Who
  3. Hall, John Whitney. The Cambridge History of Japan. Cambridge: Cambridge University Press. 1999. səh. 600. ISBN 978-0-521-22354-6.
  4. Katō, Shūichi. A History of Japanese Literature: From the Man'yōshū to Modern Times. London: RoutledgeCurzon. 1997. səh. 105. ISBN 978-1-873410-48-6. 2023-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-23.