S-300

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
S-300
"Qələbə Günü"nə həsr olunmuş hərbi parad zamanı Qırmızı meydanda nümayiş etdirilən Rusiya Silahlı Qüvvələrinə məxsus S-300 zenit-raket kompleksi. 9 may 2009-cu il.
Tipi Zenit-raket kompleksi
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1978 - davam edir
İstismara başlanması 1978
İstismar edənlər İstifadəçilər
İstehsal tarixçəsi
Konstruktor Almaz-Antey
Konstruksiya tarixi 1967 - 2005
İstehsalçı M. Kalinin adına maşınqayırma zavodu
İstehsal illəri 1975 - 2011
Variantları Variantları
Xüsusiyyətləri
Məsafə 40-200 km
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

S-300 (ABŞNATO təsnifatına görə: SA-10 Grumble, SA-12 Giant/Gladiator, SA-20 Gargoyle) — uzun radiuslu zenit raket sistemidir. Seriyalı istehsalına 1975-ci ildə başlanmışdır. 1978-ci ildə sistemin sınağı başa çatır. 1979-cu ildən ilk S-300 hərbi polku xidmətə götürülmüşdür.

S-300 zenit raket sistemi (ZRS) radiolokatorlu axtarış sisteminə malik idarəetmə mərkəzindən, 6 zenit-raket kompleksindən (ZRK) ibarətdir. 6 ZRK-dan hər biri adətən onun yerləşdiyi hərbi hissənin tabeliyində olur. İdarəetmə mərkəzi hədəflərin ZRK-lar arasında avtomatik bölüşdürülməsinə xidmət edir və öz raketləri olmur.

Hazırlanma tarixi

[redaktə | mənbəni redaktə et]

1950-ci illərdə Moskvanın hava hücumundan müdafiə sistemini mobilləşdirmək qərara alındı. Texnikanın seriyalı istehsalına 1975-ci ildə başlanıb, 1978-ci ildə isə sistemin sınağı başa çatıb.[1] Rusiya ordusu üçün "S-300PM" markalı son kompleks 1994-cü ildə istehsal edilib. O vaxtdan Rusiya yalnız ixracat üçün bu kompleksləri istehsal edirdi, amma "S-300"lə bağlı ixracat sifarişləri də qurtarıb. Rusiya artıq "S-400" kompleksləri üzərində işləyir və "S-400"lərin silahlanmaya qəbulu 2007-ci ildə başlayıb.

1970-ci ildən bu tərəfə S-300 sisteminin təkmilləşdirilmiş raket, radar sisitemləri və vurma dəqiqliyi ilə çoxlu sayda modifikaisyaları yaradılmışdır. Əsasən aşağıdakı variantlarda mövcuddur:

S-300 Modelləri
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
S-300VS-300PS-300F
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
S-300V1S-300V2S-300PTS-300PSFort
 
Rif
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
S-300VMS-300PT-1S-300PM
 
 
 
S-300PMUFort-M
 
Rif-M
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Favorit-S
 
 
 
 
 
 
 
 
S-300VM1S-300VM2S-300PT-1AS-300PM1S-300PMU1
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Antey 2500
 
 
 
S-300PM2
 
 
 
S-300PMU2Rus versiyası
 
 
 
 
 
 
 
S-300V4
 
 
FavoritEksport versiyası
S-300VMDS-400


Xarakteristikası

[redaktə | mənbəni redaktə et]
"S-300" zenit raket kompleksinin işləmə prinispi və təchizatı.

İri sənaye, hərbi və inzibati obyektlərin hava-kosmik zərbələrindən müdafiəsi üçün tətbiq olunur. Ballistik və aerodinamik hədəfləri vurmaq imkanındadır. Əvvəlcədən koordinatları məlum olan yer üzərindəki obyektləri məhv etmək imkanına malikdir. İlk çoxkanallı zenit raket sistemi kimi eyni zamanda 6 hədəfi izləyə və onun hər birinə 12 raket tuşlaya bilir. Eyni zamanda 36 hədəfi məhv etməyə qadirdir. MAZ tipli nəqliyyat vasitələrinin şassisi üzərində quraşdırılmış bu ZRK- lər mobilliyə və manevrliyə malikdir. Atəşdən sonra sürətlə yerini dəyişən maşının yenidən döyüş vəziyyətinə gətirilməsi üçün cəmi beş dəqiqə zaman tələb olunur. Raketinin uzunluğu 7.5 metr, raketinin diametri 0.519 metr, raketinin çəkisi 1480–1500 kq arasında, kalibri 515 mm, döyüş başlığının çəkisi isə 180 kq olur.

Bu raketlər modifikasiyasından asılı olaraq hədəfləri 47 km-dən 150 kilometrə qədər məsafədə vurma imkanına, hava obyektlərini isə 120 km-dən 300 km-ə qədər məsafədə aşkar etmək imkanına malikdir. Kompleksin hava obyektlərinin aşkar edilməsinin uzaqlığı 120-dən 300 kilometrədəkdir. Hədəfin məhv edilməsi yüksəkliyi isə maksimum 27 km-dir. Bu raketlər saniyədə 2800 metrə kimi sürətlə hərəkət edən hədəfləri məhv etməyə qadirdirlər. Sistem eyni zamanda aktiv və passiv bir maneələrə qarşı qoruma imkanına malikdir.

Kompleksin 5E266 TVK idarəetmə məntəqəsi sıx radiomüdaxilə, şəraitində hava şəraitini qiymətləndirmək üçün bütün radar sistemlərinin işinin əlaqələndirməsi, müdaxiləni basdırmaq üçün maneə əleyhinə sistemlərə əmrlərin verilməsi, avtomatik izləmə üçün hədəflərin axtarışını və ələ keçirilməsini təmin etmək, hazırlıq və atəşlə bağlı bütün əməliyyatların həyata keçirilməsi üçün əsas funksiyanı yerinə yetirmək üçün nəzərdə tutulur. 5E266 TVK bir ünvanlı quruluşa malik universal idarəetmə sistemindən istifadə edir. İdarəetmə komandaları ikili sistemdə təqdim olunan 18 say nömrələrindən (1–17 — məlumat, 18 — yoxlama) ibarətdir. İdarəetmə məntəqəsinin xarici qurğularla məlumat mübadiləsi üçün iki kanal mövcuddur:

1. Məlumat yazmaq və ya RAM-dən məlumat oxumaq üçün tələb olunan impuls sorğusu ilə kanal mübadiləsi (prosessorun dayandırılması ilə); 2. Proqram mübadiləsi (fasilə və mübadilə alt proqramına giriş ilə).

İdarəetmə məntəqəsinə məlumat qəbul edən aktiv 52 abunəçi və məlumat ötürmək üçün aktiv 53 abonent qoşula bilər. Telekod rabitə sistemi (TRS) alayın əmr və ya komanda məntəqəsi ilə rabitəni təmin edir. ZİL-131 bazasındakı FL-95MA tipli 25 metrlik teleskopik dirəyi, hava hücumundan müdafiə sisteminin bir hissəsi olaraq istifadə edilərək hava vəziyyəti haqqında sabit məlumat mübadiləsini, 20 km-dən çox məsafədə zenit raket sistemi ilə idarə edilməsini təmin edir. Hava Hücumundan Müdafiə raket sisteminin bütün bölmələrinin qarşılıqlı rabitə əlaqəsi 150 m-dən çox olmayan məsafədə kabel telemetriya (radio xətti) kanalları vasitəsilə həyata keçirilir.[2]

S-300 zenit-raket kompleksləri indiyə qədər bir çox real şəraitə uyğunlaşdırılmış təlimlərdə sınaqdan keçirilmişdir.[3] Ümumilikdə, bu sistem təlimlər zamanı hava hədəflərinin 90%-dən çoxunu uğurla məhv edərək yüksək nailiyyət əldə etmişdir.[4] 1995-ci ildə S-300 sistemi test zamanı Skad ballistik raketini havada məhv etməyə nail olmuşdur.[5]

Çin tərəfindən S-300 PMU-2 zenit-raket kompleksinin effektivliyi yoxlanılmışdır. Bu testlər zamanı bəhs etdiyimiz sistem 4.6 km məsafədə pilotsuz uçuş aparatını, 186 km məsafədə strateji bombardmançı təyyarəni (simulatorunu) və ballistik raketi məhv etməyi bacarmışdır.

İstifadəçiləri

[redaktə | mənbəni redaktə et]

Hazırda "S-300" kompleksləri Rusiyadan başqa 18 ölkənin, o cümlədən postsovet dövlətlərdən Ermənistan, Qazaxıstan, Ukrayna, BelarusAzərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin silahlanmasında mövcuddur. Azərbaycan 2010-cu ildə Rusiyadan 2 divizion "S-300 PMU2" kompleksini alıb. Bu raketlər ilk dəfə 2011-ci il iyun ayının 26-da Bakıda keçirilən hərbi paradda nümayiş olunub[6].

Cari istifadəçiləri

[redaktə | mənbəni redaktə et]
  • Rusiya Rusiya: 125 divizion
  • Azərbaycan Azərbaycan: S-300PMU-2 variantı. 2011-ci ildə Rusiyadan satın alınmışdır.[7]
  • Əlcəzair Əlcəzair: 8 divizion S-300PMU-2[8]
  • Ermənistan Ermənistan: S-300PS variantı
  • Belarus Belarus: 16 divizion S-300PS və S-300V[9]
  • Bolqarıstan Bolqarıstan: 10 ədəd buraxıcı qurğu[10]
  • Venesuela Venesuela: S-300VM variantı[11];
  • Vyetnam Vyetnam: 12 ədəd S-300PMU-1 buraxıcı qurğusu. Müqavilənin ümumi dəyəri 300 milyon dollara yaxın hesablanmışdır.[12]
  • İran İran: 4 divizion S-300PMU-2[13]
  • Hindistan Hindistan: S-300VM variantı[14]
  • Qazaxıstan Qazaxıstan: 20 divizion S-300PS və bilinməyən sayda S-300P[15]
  • Misir Misir: Misirlə Rusiya arasında imzalanmış bir neçə milyard dollarlıq silah ticarəti müqaviləsinin tərkibinə S-300VM "Antey-2500" sistemləri də daxil olmuşdur. 2016-cı ilin sonlarına yaxın müqavilədə nəzərdə tutulmuş bütün HHM sistemləri Misirə təhvil verilmişdir.[16]
  • Çin ÇXR: 32 divizion S-300PMU, 64 divizion S-300PMU-1, 64 divizion S-300PMU-2. Çin S-300PMU-2 variantının ilk xarici sifarişçisi olmuşdur.[17]
  • Yunanıstan Yunanıstan: 2 divizion S-300PMU-1[18]
  • Şimali Koreya KXDR: KN-06 zenit-raket kompleksi S-300 ZRK-larının əsasında istehsal olunmuşdur. Bu hava hücumundan müdafiə sistemləri ilk dəfə 2012-ci ildə Pxenyan şəhərində baş tutmuş hərbi parad zamanı nümayiş olunmuşdur.[19][20]
  • Suriya Suriya: 2010-cu ildə Rusiya ilə Suriya hökumətləri arasında S-300-lərin ticarəti ilə bağlı müqavilə imzalanmışdır. Bu müqavilə 6 ədəd buraxıcı qurğunun Suriya ərazisində yerləşdirilməsini nəzərdə tuturdu.[21]
  • Slovakiya Slovakiya: 1 divizion S-300PMU[22]
  • Ukrayna Ukrayna: S-300PS, S-300PMU, S-300V və digər variantlar.[23] Rusiya ilə yaranmış münaqişə səbəbilə sistemlərin modernizasiya olunması proqramı təxirə salınmışdır.[24] Krımın Rusiya tərəfindən işğal olunmasından sonra 34 buraxıcı qurğu burada qalmışdır.[25]
  1. S-300 — uzun radiuslu zenit raket sistemi
  2. "Məhv edilən S-300 kompleksinin idarəetmə məntəqəsi". 2020-11-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-10.
  3. "С-300 (SA-10, Grumble), зенитная ракетная система и ее модификации". arms-expo.ru. 2015-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2017.
  4. "20 лет назад Вооруженные силы России потрясли мировое сообщество". Российская газета. 2014-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2017.
  5. "Зенитная ракетная система С-400 "Триумф" в 3 раза эффективнее аналогов". Росбалт. 2015-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2017.
  6. "Rusiya "S-300" zenit-raket komplekslərinin istehsalını dayandırıb. 15 Avqust 2011". 2011-08-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-25.
  7. Алексей Никольский. "Россия вооружает Азербайджан". Газета «Ведомости». 2013-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2017.
  8. "Ъ-Власть - Вооруженные средства". kommersant.ru. İstifadə tarixi: 22 dekabr 2017.
  9. "Министр обороны рассказал о состоянии белорусской армии" (rus). TUT.BY. 2016-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2017.
  10. "Balkananalysis.com – "Balkan Defence Overview: Developments and Prospects "". 2007-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2017.
  11. "Венесуэла получила российский комплекс ПВО С-300ВМ". 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-22.
  12. "Asia Times – "Russian missiles to guard sky over Vietnam"". 2012-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2017.
  13. "«Коммерсантъ» узнал подробности контракта на поставку С-300 в Иран". 2016-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2017.
  14. "Ballistic Missile Defence for India". www.bharat-rakshak.com. BHARAT RAKSHAK. 2012-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2017.
  15. "Россия безвозмездно поставит Казахстану пять дивизионов ЗРС С-300". Interfax.ru. 31 yanvar 2014. 2015-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2017.
  16. "Vladimir Putin is preparing to hold a meeting on military-technical cooperation" (rus). 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-22.
  17. "Sino Defence Today – "S-300 (SA-10) Surface-to-Air Missile"". 2013-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2017.
  18. "Hellenic Air Force Weapons - S-300 PMU1". 2019-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-22.
  19. "Перед ядерным взрывом КНДР произвела ракетные запуски". 2013-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-22.
  20. "New-Type Anti-Aircraft Guided Weapon System". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-22.
  21. Walker, Shaun; McDonald-Gibson, Charlotte; Morris, Nigel. "Russia stokes fears of an arms race with threat to deliver anti-aircraft missiles to Syria's Assad regime". The Independent. London. 29 may 2013. 29 May 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 December 2017.
  22. "Arxivlənmiş surət" (PDF). 2017-08-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-12-22.
  23. John Pike. "Ukraine – Air Force Equipment". Globalsecurity.org. 2017-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2017.
  24. "Ukrainian Air Force received refurbished anti-aircraft S-300PS missile system". 2016-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-22.
  25. "Путин рассказал про украинские С-300 в Крыму. Что с ними стало?". 2016-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]