Rozasea xəstəliyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rozasea xəstəliyi
Üzdə qızarıqlıq
Üzdə qızarıqlıq
XBT-10 Şablon:ICD10 L
XBT-10-KM L71.9, L71
XBT-9 695.3
XBT-9-KM 695.3[1][2]
DiseasesDB 96
MedlinePlus 000879
MeSH D012393
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rozasea xəstəliyi — üz dərisinin eritematoz, teleangiektatik xroniki xəstəliyidir. Elmi adı rosacea olan bu xəstəliyə qızıl gül xəstəliyi də deyilir. Otuz yaşdan yuxarı olan qadınlarda daha çox yaranır. Üzdə qızartı, yanma, göynəmə, quruluq əlamətləri ilə özünü göstərir. Üzdə çəhrayi rəngli irincikli səpgilər verdiyi üçün çəhrayi sızanaq xəstəliyi də deyilir.[3]

Rozasea xəstəliyinin yaranma səbəbi endogen və ekzogen səbəblərlə əlaqəlidir. Endeogen səbəblər endokrin sistemin xəstəlikləri, immun yetməzliyi halları, emosional stress və mədədə helicobacteri pylori mikroblarının artması ilə əlaqəli ola bilər. Rozaseanın ekzogen səbəbləri isə günəş şüaları, isti mühit, qaynar içkilər və yeməklər, acı bibər başda olmaqla kəskin ədviyyat istifadəsi, bəzi dərmanlar, spirtili içkilər və s. daxildir. Menopauza mərhələsinə girməkdə olan orta və yuxarı yaş qadınlarda da hormonal disbalansa bağlı olaraq rozasea xəstəliyi ya yarana bilər, ya da kəskinləşə bilər. Demodex folliculorum paraziti ekzogen faktorlar arasında önəmli yerə sahibidir. Rozasea xəstələrində demodeks paraziti və gənələrin sayı artır və tük soğanaqlarında iltihabi reaksiyalara səbəb olur.[3]

Klinik əlamətlər

[redaktə | mənbəni redaktə et]

Roszasea xəstəliyinin əlamətləri üzdə qızarıqlıq, yanma hissi, göynəmə, qaşıntı, qırmızı rəngli damarlanma, pustulyar səpgilər ilə özünü göstərir. Rhinofima deyilən formada burunda yağlanma, qalınlaşma və çivzələr də görülür. Lakin üzdə qızartı verən dəri xəstəliyi çoxdur. Üzdə yaranamış qızartılara dermatoloq həkimlər hər zaman rozasea diaqnozu qoymurlar. Differensial diaqnozda adi sızanaqlar, dermatitlər, sistem xəstəlikləri də vardır. Rozaseanın müxtəlif bir birindən fərqli klinik variantları vardır.[3][4]

Rozasea xəstəliyi vs Gənə xəstəliyi vs Adi sızanaq

[redaktə | mənbəni redaktə et]
Yanaqların qızarması və rozasea xəstəliyi
Üzün qızarması və rozasea xəstəliyi

Gənə xəstəliyi ilə adi sızanaq xəstəliyi tamamiylə fərqli problemlərdir. Gənə və ya elmi adı demodex folliculorum hər bir insanda mövcüd ola kommensal parazitdir. Bu parazit əsasən üz dərisində yağ vəzlərində yaşayır. Yaşamı boyunca normal dəridə hər hansı bir qaşıntı, qızartı, yanma, batma və s. kimi əlamətlər vermir. Yəni, bəzi insanların söylədiyi kimi “dəridə sanki nəsə gəzir” hissini vermir. Bəzi insanlarda ekzogen və endogen faktorların təsirindən dəridə gənə paraziti çoxalmağa başlayaraq dəridə demodikoz xəstəliyi törədə bilər. Demodikoz xəstəliyi sızanaq xəstəliyi ilə eyni olmayan, tamam fərqli xəstəliklərdir. Demodeks əleyhinə müalicələr heç bir zaman vulqar akne və ya adi sızanaq problemini aradan qaldırmır. Demodeks paraziti ilə mübarizə aparmaq doğru deyildir. Cünki, bu parazit testlərdə hər zaman müsbət çıxa bilər. Xəstəlik əlamətləri aradan qalxsa belə nəticələr müsbət çıxa bilər.

Çivzələrdən əziyyət çəkən xəstələrdə demodeks testləri müsbət nəticə verə bilər. Lakin, testin müsbət çıxması çivzə probleminin yaranmasında gənə iştirak etdiyi mənasına gələ bilməz. Demodex folliculorum parazitinin sızanaq xəstələrində çoxalması reaktiv səbəblərdən yarana biləcəyi və yağlı dəri probleminə bağlı meydana gəlməsi ehtimal edilir. Gənələr çoxalaraq bəzi insanlarda rozasea xəstəliyi də yarada bilər. Həm rozasea, həm də demodikoz xəstəliyinin müalicəsində gənə əleyhinə müalicələr almaq olar və müsbət nəticələr əldə etmək mümkündür. Lakin, vulqar akne problemi demodeks əleyhinə müalicələr ilə düzəlmir və ya qismən düzəlir. Dermatoloq Mehdi İskəndərli qeyd edir ki, gənə xəstəliyi ilə sızanaq xəstəliyini qarışdıraraq yanlış müalicələr aparan həkimlər də çoxdur.[5]

Sızanaq xəstəliyinin diaqnozu əksər hallarda klinik müayinə əsasında qoyulur. Lakin, qarışıq və çətin klinik hallarda əlavə olaraq demodeks və ya gənə analizi, laborator analizlərə, dəri biopsiyası və ya histopatoloji analizlərə də ehtiyac duyula bilər.[3][6][6]

Rozasea xəstəliyinin müalicəsi uzun müddətli və sistemik xarakter daşıyır. Rozasea xəstəliyinin müalicəs üçün dermatoloq həkimlər yerli nəmləndiricilər, antiparazitar və antibakterial məlhəmlər təyin edir. Bəzi antibiotiklər daxilə təyin edilir.[3]

Profilaktikası

[redaktə | mənbəni redaktə et]

Rozasea xəstəliyinin profilaktikası xəstə müayinəsi sırasında provokasiya edici faktorun tapılmasından sonra təyin edilir.[3]

  1. Disease Ontology (ing.). 2016.
  2. Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
  3. 1 2 3 4 5 6 "Rozasea xəstəliyi nədir ?". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-13.
  4. "Üzdə qızartı ?". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-13.
  5. "Gənə xəstəliyi ilə sızanaq xəstəliyi eyni problemdirmi ?". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-13.
  6. 1 2 "Dəri biospiyası nədir və nə üçün alınır ?". 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]