40°04′17″ şm. e. 44°17′21″ ş. u.HGYO

Qəmərli (Üçkilsə)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
kənd
Qəmərli
40°04′17″ şm. e. 44°17′21″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Sərdarabad mahalı
Rayon Üçkilsə rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 830 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 1.322 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Qəmərli xəritədə
Qəmərli
Qəmərli

Qəmərli, Metsamor — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonu kənd.[2]

Rayon mərkəzindən 8 km cənubda, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir. Kəndin digər adı Gözlü Qəmərli olmuşdur[4].

Toponim qəmər (antik mənbələrdə kimmer) türk tayfa adına[5][6][7] mənsubluq bildirən -li şəkilçisinin artırılması ilə əmələ gəlib «qəmər (kimmer) tayfasının yaşadığı kənd» mənasını bildirir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə adı dəyişdirilib Metsamor qoyulmuşdur.

Kənddə 1831-ci ildə 127 nəfər, 1873 - cü ildə 295 nəfər, 1886-cı ildə 347 nəfər, 1897-ci ildə 408 nəfər, 1904 - cü ildə 411 nəfər, 1914 - cü ildə 436 nəfər, 1916-cı ildə 425 nəfər yalnız azərbaycanlı yaşamışdır[8].

1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya edilmiş və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir[9].

İndi ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.111
  4. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство «Мелконян фонд», 1932, с. 82
  5. Страбон. География, В 17ти кн., Л., 1964. s.469
  6. Cəlilov F.A. Qədim türk etnonimləri (2. Qamər «kimmer»). Azərbaycan onomastikası problemlərinə dair konfransın materialları, Bakı, APİ, 1987. s.81-83
  7. Глинка С.Н. Описание переселения армян азербайджанских в пределе России, Баку, «Элм», 1990. s.317-321
  8. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 82-83, 152-153
  9. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 153