Qüvvə (fiziki kəmiyyət)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qüvvə
Ölçü vahidi
BS Nyuton
SQS Dinamometr
Qeyd
Vektorial kəmiyyət
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Klassik mexanika

Nyutonun ikinci qanunu
Tarixi
Qüvvənin əyani təsvirinə dair

Qüvvə — cismi hərəkətə gətirən və onu təcilləndirmə təsirinə malik vektorial fiziki kəmiyyət. Ölçü vahidi BS-də 1N (Nyuton) götürülür. Nyuton kütləsi 1 kq olan cismə 1m/san2 təcil verən qüvvəyə deyilir. Qüvvə cismin sürətini dəyişmək üçün yəni, təcil alması üçün lazımdır. Cismin hərəkət təcili ona təsir edən qüvvələrin əvəzləyicisi ilə düz, onun kütləsi ilə tərs mütənasib olub, bu qüvvə istiqamətində yönəlmişdir: a=F/m. Buradan F=ma. Qüvvə vektorial kəmiyyətdir.Qüvvə dinanometrlə ölçülür.Qüvvənin təsiri onun tətbiq nöqtəsindən,istiqamətindən,və ədədi qiymətindən asılıdır.Superqüvvə-dörd fundamental qarşılıqlı təsiri (1.qravitasiya; 2.elektromaqnit; 3.nüvə (güclü); 4.zəif qarşılıqlı təsirlər) özündə birləşdirən,kainatı yaradan ,formalaşdıran qüvvədir.Makroaləmdə bu qüvvələrdən yalnız ikisi- gravitasiya və elektromaqnit qarşılıqlı təsirlər özlərini büruza verirlər. Qüvvələrin hamısı mənşəcə bu qarşılıqlı təsir növlərinə aiddir.

At qüvvəsi — texniki güc vahididir: 1a.q. = 75kQ. 1m/san = 75.9,81N. 1 msan = 736Vt-dır.Elektrik hərəkət qüvvəsi- vahid müsbət yükün qapalı cərəyan dövrəsi boyunca hərəkəti zamanı kənar qüvvələrin gördüyü işə deyilir və ölçü vahidi 1 Volt-dur. Bunları nyutonla ölçülən qüvvə ilə qarışdırmaq olmaz.Dinamometr-qüvvə ölçən cihazdır.Bir kiloqram qüvvə- qüvvənin texniki vahididir, 1 kq qüvvə = 1kQ = 9,8N. 1 kQ – kütləsi 1 kq olan cismə Yer səthində təsir edən ağırlıq qüvvəsi və ya şaquli asılmış sükunətdəki cismin çəkisinə bərabərdir və təqribidir. Cisimlərin çəkisini təyin edən dinamometr və ya əl tərəzisi bu vahidlərlə dərəcələnir və ölçmədə problem yaratmır.

Qüvvə impulsun dəyişmə sürətinə bərabərdir: F = ma = m·(v-v0)/t=(mv-mv0)/t və ya F·t=p-p0. Qüvvənin təsir müddətinə hasili qüvvə impulsu adlanır. Qüvvə impulsu cismin impulsunun dəyişməsinə bərabərdir.

Aşağıdakı növləri vardır:

Təbiətinə görə:

  • Qravitasiya qüvvəsi
  • Elektromaqnit qüvvəsi
  • Sürtünmə qüvvəsi
  • Kulon qüvvəsi
  • Amper qüvvəsi
  • Lorens qüvvəsi
  • Nüvə qüvvəsi

İşgörmə qabiliyyətinə görə:

  • Konservativ qüvvəsi
  • Dissipativ qüvvəsi
  • Sürtünmə, yırğalanma və diyirlənmə qüvvəsi
  • Arximed qüvvəsi
  • Koriolis qüvvəsi
  • Lorens qüvvəsi