Prezentasiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Prezentasiya – [lat. presentation – təqdim etmə, tamaşa] 1)təqdimat; 2)yeni yaradılan müəssisəni, firmanı, layihəni, istehsal olunmuş məhsulu, əmtəəni, xidməti, yaradıcı işi, yenidən təşkilatlanmış şirkəti dəvət edilmiş şəxslərə rəsmi təqdim edən mərasim. Prezentasiyaya adətən, özünü təqdimetmənin təşkilatçısı olan firmanın maraqlı olduğu işgüzar dairələrin nümayəndələri, dövlət orqanlarının təmsilçiləri, ictimai fəaliyyətlə məşğul olan adamlar, jurnalistlər və s. dəvət olunur; 3) mal və xidmətin nümayişi ilə yanaşı, teatr və ya konsertin təqdimatı, nahar, attraksion və s. ibarət tədbirlər sistemi; 4) köçürmə vekselinin onun üzrə ödəniş etməli olan şəxsə təqdim edilməsi

R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.