Osmanlı Yunanıstanı
Osmanlı Yunanıstanı və ya Türkokratiya (yun. Τουρκοκρατία, mənası – Türklərin hakimiyyəti)[1] — Yunanıstan tarixində 1453-cü ildə Osmanlı tərəfindən Konstantinopol şəhərinin fəth edilməsi ilə başlayan və 1821-ci ildə Yunanıstan İstiqlaliyyət müharibəsinə qədər davam edən dövr. Müasir Yunanıstan bu dövrdə Osmanlı imperiyasının bir hissəsi idi.
Tarixi
[redaktə | mənbəni redaktə et]Qədim Romanın varisi olan Bizans imperiyası IV əsrdən bəri yunandilli əhalinin yaşadıqları ərazilərdə hökmranlıq edirdi. 1204-cü ildə Dördüncü Səlib yürüşünün nəticəsində imperiya tədricən zəifləməyə başlamışdı. Növbəti illərdə qüdrətlənən Osmanlı türklərinin Serbiyanı fəth etmələri ilə Konstantinopol şəhərinə yolları açılmışdı. 1453-cü ildə Fateh Sultan Mehmedin rəhbərliyindəki Osmanlı ordusu şəhəri fəth etmiş, daha sonra 1458-ci ildə Afinanı ələ keçirərək yunan əhalisinin yaşadıqları bölgələri öz əllərinə almağa başladılar. Osmanlının Peloponnes yarımadası uğrunda mübarizəsi 1460-cı ilə qədər davam etmiş, lakin bu dövrdə Venesiya və Genuya bir neçə yunan adasında hakimiyyət sürürdü. Buna baxmayaraq, 1500-cü ildə Yunanistanın və adaların əksəriyyəti Osmanlı nəzarətində idi. Bundan sonra Osmanlı 1571-ci ildə Kipri, 1669-cu ildə isə Krit adasını fəth etmişdir.
Mənbə
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Bruce Merry, Encyclopedia of Modern Greek Literature, oTurkocracy, p. 442". 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-21.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Finkel, Caroline. Osman's Dream: The Story of the Ottoman Empire, 1300-1923. New York: Basic Books, 2005. ISBN 978-0-465-02396-7.
- Hobsbawm, Eric John. The Age of Revolution. New American Library, 1962. ISBN 0-451-62720-2.
- Jelavich, Barbara. History of the Balkans, 18th and 19th Centuries. New York: Cambridge University Press, 1983. ISBN 0-521-27458-3.
- Paroulakis, Peter H. The Greek War of Independence. Hellenic International Press, 1984.
- Shaw, Stanford. History of the Ottoman Empire and Modern Turkey: Volume I. Cambridge: Cambridge University Press, 1977.
- Vacalopoulos, Apostolis. The Greek Nation, 1453–1669. Rutgers University Press, 1976.