Ncamena
Ncamena | |
---|---|
N’Djaména انجمينا | |
12°06′36″ şm. e. 15°03′00″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 29 may 1900 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 298 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Ncamena (fr. Ndjamena, ərəb. نجامين Nijāmīnā "istirahət yeri"), 1973-cü ilə qədər Fort-Lami (fr. Fort-Lamy)) — Çadın paytaxtı, Şari-Bağirmi nahiyəsinin inzibati mərkəzi. Şari çayının sağ sahilində, Loqon çayı tökülən yerdə yerləşir. Qonşu ölkə Kamerunun Kousseri şəhəri ilə körpüylə birləşir. Ncamena Çadın 22 regionundan biridir və "arrondisment" adı verilən şəhərdən daha kiçik 10 inzibati vahidə bölünür. Ncamenanın xüsusi idarə statusu var.
Görməli-gəzməli yerləri
[redaktə | mənbəni redaktə et]Ncamenanın əsas prospektləri Şarl de Qol və Feliks Eboue prospektləridir. Həmin prospektlərdə "Ncamena Milli Katedralı" (kilsəsi) və "Milli Muzeyi" yerləşir. Həmçinin, şəhərdə "Böyük Ncamena Məscidi", "Liberasiya və Başnazirlik Sarayı" və "Zakouma Təbii Parkı" kimi görməli yerlər var.
Əhalisi, dil və din
[redaktə | mənbəni redaktə et]2009-cu il siyahıyaalmaya görə 993 492 nəfər əhalisi var. Əsas əhali müxtəlif etnik qruplara aiddir, qalanları ərəblər və avropalılardır. Rəsmi dillər fransız və ərəb dilləridir. Bunlardan başqa məişət səviyyəsində nil-saxar, afraziya və niger-kardofan dillərində danışırlar. Əsas əhali islam dininə sitayiş edir, xristianlar bir qədər azdır. Əhalinin bir hissəsi yerli dinlərə sitayiş edirlər.
Mədəni vəziyyəti
[redaktə | mənbəni redaktə et]Şəhərin yetkin əhalisinin yarıdan çoxu savadsızdır. Müəllimlərin və xidmət sahələri qulluqçularının əksəriyyəti fransızlardır. Buna baxmayaraq şəhərdə Ncamena Universiteti, Zootexnika və Veteraniya İnstitutu, Humanitar Elmlər Milli İnstitutu, Tropik Ölkələrin Heyvandarlıq və Veteneariya İnstitutu, Pambıqçılıq İnstitutu, Milli Administrasiya Məktəbi, Milli Muzey fəaliyyət göstərir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Əhalinin illərə görə artımı aşağıda verildiyi kimidir:
- 1937: 9 976
- 1940: 12 552
- 1947: 18 375
- 1968: 126 483
- 1993: 529 555
- 2005: 721 000
Qardaş şəhərlər
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 ArchINFORM (alm.). 1994.