Musson
Musson fransızcada (fr. mousson şəklini almışdır)[1] — tropiklərdən ekvatora doğru hərəkət edən küləklər (yayda okeandan, qışda materikdən əsir). Belə külək tropik ərazilərə və mülayim qurşağın bir sıra dənizkənarı əraziləri (məsələn, Uzaq Şərq) üçün səciyyəvidir. Musson iqlimi yay dövründə yüksək nəmliklə xarakterizə edilir. Qış mussonu qurudan okeana doğru əsir. Musson iqlimi olan ərazilərdəki torpaqlarda qış quraq keçir.
Mussonun dəyişməsi ilə əlaqədar olaraq eyni zamanda kəskin quru, az buludlu hava rütubətli, yağışlı hava ilə (və ya əksinə) əvəz olunur. Mussonlar troposferin, alt qatında baş verir və hava kütləsi atmosferin yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru axır.
Quru Musson Məhəllin əhalisi üzərində atmosfer təzyiqi yüksək olan dövrdə, rütubətli Musson isə təzyiq alçaq olan dövrdə müşahidə olunur.
Tropik mussonları ekvator depressiyasının il ərzində ekvator dan gah Şimal Yarımkürəsinə, gah da Cənub Yarımkürəsinə keçməsindən əmələ gəlir. Qışda Şimal yarımkürəsi çox soyuduqda ağır hava Şimal passatı ilə Cənub yarımkürəsinə doğru axır və qış musson əmələ gəlir.Şimal yarımkürəsində yay olanda bu əksinə baş verir: ekvator depressiyası ekvatordan şimalda olur, nəticədə cənub passatı Şimal yarımkürəsinə keçir və yay mussonu əmələ gəlir. Tropik mussonları Ekvatorial Afrikada geniş sahədə, Hind okeanının şimal hissəsində və Cənubi Asiyada (Hindistan, Hind-Çin,cənubi və cənub-şərqi Çin, İndoneziya) və Avstraliyanın şimalında yayılmışdır. Mülayim qurşaqda (məs.: Uzaq Şərqdə, şimal-şərqi Çində, Koreyada və Yaponiyada) materik və okeanın qızma və soyuma xüsusiyyətindən asılı olaraq M. qışda materikdən okeana tərəf, yayda isə okeandan materikə tərəf əsir. Mussonları küləklərlə eyniləşdirmək olmaz. Musson çox geniş coğrafi sahələri əhatə edən hava kütlələri axınıdır.Külək bu zaman ya dəyişkən olur ya da müəyyən vaxt heç olmur.Mussonlar enliklər üzrə paylanmasına və əmələ gəlmə fərqlərinə görə; a)tropik, b)tropikdənkənar, c)qütbyanı mussonlara bölünürlər.
Tropik mussonların əmələ gəlməsinin başlıca səbəbi, yarımkürələrin il ərzində müxtəlif cür qızması ilə əlaqədar ekvatorial alçaq təzyiq qurşağının (ekvatorial barik depressiyasının)gah şimal,gah da cənub yarımkürəsinə keçməsidir. Tropik mussonlar materiklərin şərq sahilləri boyu daha aydın təzahür edərək, ekvatorial Afrikada, Hindistanda,Hind-Çində və qismən Şimali Avstraliyada geniş əraziləri əhatə edir.
Tropikdənkənar və ya mülayim qurşaq mussonları materik və okeanların qızıb-soyuması nəticəsində əmələ gəlir. Asiya nın şərq ucqarlarında və Hokkaydo adasında güclü, Şimali Amerikanın Labrador sahəsində nisbətən zəif müşahidə edilir. Uzaq şərqdə yay mussonlarının təsiri Zabaykalyeyə qədər hiss olunur.
Qütbyanı musson Avrasiyanın tundra zonasında qışda materikdən Şimal Buzlu okeanına,yayda isə əks istiqamətdə əsən,lakin mussona xas olmayan effekt verməyən küləklərə deyilir. Məhz buna görə də bu sirkuliyasiya musson yox, musson təmayülü adlanır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Словарь иностранных слов/под ред. академика АН УССР А. С. Мельничука. Второе издание. — К.: Главная редакция УРЭ, 1985.