McDonnell Douglas DC-10

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
DC-10
İstehsalçı McDonnell Douglas
İlk uçuş 29 Avqust 1970
İstismara verilmə tarixi 5 avqust 1971
İstismarçılar
Buraxılış sayı 446
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

McDonnell Douglas DC-10 Orta və uzun məsafələr üçün nəzərdə tutulmuş üç mühərrikli geniş gövdəli təyyarə. İki mühərrik qanadlarda olarkən, üçüncü mühərrik isə quyruqda, şaquli stabilizatorun altında yerləşdirilmişdir.

Bazar şəraitində Airbus A300, Boeing 747 və Lockheed L-1011 Tristar ilə rəqabət aparmışdır. İstehsalın başa çatdığı 1988-ci ilə qədər 446 ədəd istehsal edilmişdir. Bundan əlavə, Amerika Hərbi Hava Qüvvələri üçün havadan havaya yanacaq doldurmaq məqsədləri üçün istehsal edilmiş olan KC-10 Extender markalı 30 ədəd xüsusi modeli istehsal edilmişdir. Daha sonralar 1990-cı ildə istifadəyə verilmiş MD-11 ilə əvəz olunmuşdur.

DC-10 üçün planlaşdırılma 1967-ci ildə başlanmışdır. Bu təyyarə, 1967-ci ildə McDonnell Aircraft Corporation və Douglas Aircraft Company şirkətlərinin birləşməsindən sonra McDonnell Douglasın ilk nəqliyyat təyyarəsi olacaqdı. O, xüsusi olaraq American Airlines üçün 747-yə rəqib olmaq üçün hazırlanmışdır. İlk uçuşu 29 avqust 1970-ci ildə baş tutmuşdur. 5 avqust 1971-ci ildə American Airlines tərəfindən kommersiya uçuşları üçün qəbul edilmişdir.

1974-cü il martın 3-də Türk Hava Yollarına məxsus DC-10-10 təyyarəsi Paris yaxınlığındakı Ermononvil meşəsində yük kilidi səhvinə görə qəzaya uğramışdır. Bu qəza nəticəsində335 sərnişin və 11 ekipaj üzvünün hamısı həlak olmuşdur.

İlkin versiya DC-10-lar 10 seriyası kimi tanınırdı və mənzilləri 6,112 km. idi. 20 seriyasında bu məsafə 9,265-dir, 30 seriyasında isə 10,010 km idi.

Sonuncu DC-10-un istehsalı 1988-ci ildə başa çatmış və Nigeriya Hava Yollarına təhvil verilmişdir.

Bu gün onların çoxu yüksək daşıma qabiliyyətinə görə yük təyyarələrinə çevrilmişdirlər. 2008-ci ildə Biman Banqladeş Hava Yollarının DC-10-30 təyyarəsi sərnişin daşımağa davam edən yeganə DC-10 olmuşdur.

7 dekabr 2013-cü il tarixində DC-10 ilə sərnişin daşımağa davam edən Biman Banqladeş Hava Yolları DC-10 ilə sonuncu sərnişindaşıma uçuşunu edəcəyini açıqlamışdır. DC-10 həvəskarları üçün 2014-cü ilin fevralında Dəkkədən İngiltərəyə uçuş təşkil edilmişdir.[1]

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
DC-10-10 DC-10-15 DC-10-30 DC-10-40
Kokpit heyəti Üç
Sərnişin 250-380 250-380 250-380 250-380
Uzunluq 182 ft 3 in (55.5 m) 180 ft 8 in (55 m) 181 ft 7 in (55.4 m) 182 ft 3 in (55.5 m)
Hündürlük 58 ft 1 in (17.7 m)
Max. daxili böyüklük 18 ft 2 in (5.54 m)
Qanad uzunluğu 155 ft 4 in (47.3 m) 165 ft 4 in (50.4 m)
Boş çəkisi 240,171 lb (108,940 kg) 266,191 lb (120,742 kg) 270,213 lb (122,567 kg)
Max. qalxma ağırlığı 430,000 lb (195,045 kg) 455,000 lb (206,385 kg) 572,000 lb (259,459 kg) 555,000 lb (251,701 kg)
Sürət 600+ mph (965+ km/h)
Max məsafə, yük ilə bərabər 3,800 miles (6,114 km) 4,350 mi (7,000 km) 6,220 mi (10,010 km) 5,750 miles (9,252 km)
Max. yanacaq həcmi 21,700 US gal
(82,134 L)
26,647 US gal
(100,859 L)
36,650 US gal
(138,720 L)
36,650 US gal
(138,720 L)
Qalxma məsafəsi 8,612 ft (2,625 m) 7,257 ft (2,212 m) 9,341 ft (2,847 m) 9,242 ft (2,817 m)
Uçuş hündürlüyü 42,000 ft (12,802 m)
Mühərrik modeli (x 3) GE CF6-6D GE CF6-50C2F GE CF6-50C PW JT9D-59A
Mühərrik gücü (x 3) 40,000 lbf (177.9 kN) 46,500 lbf (206.8 kN) 51,000 lbf (226.9 kN) 53,000 lbf (235.8 kN)
  1. "Arşivlenmiş kopya". 22 Şubat 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 Şubat 2014.