Liqulariya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Liqulariya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Liqulariya (lat. Ligularia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.

Liqulariyanın bəzi növlərinə ədəbiyyatda Senecio adı ilə rast gəlmək olar. Azərbaycanda bir növü- Sibir liqulariyası (L. sibirica) Böyük Qafqazın subalp zonasında yabanı halda bitir. Gülçülükdə çox vaxt aşağıdakı növlərdən istifadə olunur: Dişli liqulariya (L.dentata)- hündürlüyü 150 sm-ə çatır. Ürəkşəkilli, yasəmən rəngli yarpaqları olur. Sarı çiçəkləri səbət və ya çətirşəkilli çiçək qruplarına toplanmış çoxillik bitkidir. Prjevalski liqulariyası - uzun, düz çiçək saplağında yerləşən xırda hamaşçiçəkləri ilə əvvəlki növdən fərqlənir. Liqulariyanı kolun bölünməsi ilə çoxaltmaq asandır. Liqulyariya tək əkinlərdə yaxşı görünür. Bu bitki rütubətə, qeyri-münbit torpaqlara davamlıdır. Liqulariya tək-tək əkildikdə yaxşı görünür. Bitkidən bordürlərin salınmasında istifadə edilir.[1]

  1. Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016. http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine