Lipoik turşu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Lipoik turşu
Ümumi
Kimyəvi formulu C₈H₁₄O₂S₂[1]
Molyar kütlə 0 kq[1]
Təsnifatı
CAS-da qeyd. nöm. 1077-28-7
PubChem
ChEBI 16494
ChemSpider

Lipoik turşu ( lipoat ), həmçinin α-lipoik turşusu və ya tioktik turşu kimi də adlandırılır və kükürdlü üzvi birləşmələrə aid olmaqla bir çox ferment kompleksləri üçün vacib koenzim hesab olunur.[2]

Molekul bir siklik tioefiri olan karbon turşudur. Lipoat oksigen balansı üçün vacibdir və geniş yayılmış qida əlavəsidir.

Lipoat oksigen mübadiləsində, xüsusən də piruvat dehidrogenaz kompleksində koenzim rolunu oynayır.

Lipoik turşunun oral qəbulu zamanı onun biomənimsənilməsi təxminən 30% təşkil edir.[3]

Tibbdə vitaminə bənzər bir maddə kimi tətbiq edilir və bəzən "Vitamin N" olaraq qeyd edilir.[4]

Lipoik turşu ilk dəfə 1937-ci ildə bir qrup alim tərəfindən kəşf edilmiş və sonradan lipoik turşusu adlandırılan bir maddənin təbii antioksidant olduğu bəlli olmuşdur. 1939-cu ildə maya ilə sintez edilən məhsullardan təcrid olundu, sonra insan orqanizminin bu vitamini müstəqil şəkildə sintez etməyə qadir olmadığı qənaətinə gəldilər. Lakin onun insan orqanizmi üçün vacib rolu artıq məlum idi. Yalnız bu yaxınlarda elm adamları lipoik turşunun insan orqanizmində istehsal oluna biləcəyini kəşf etdilər.[5]

Farmakokinetikası

[redaktə | mənbəni redaktə et]

Lipoik turşu üzərində aparılan tədqiqatlar onun oral yolla qida əlavəsi olaraq qəbulunun venadaxili damcı yolu ilə yeridilməsi üsulu ilə orqanizm tərəfindən mənimsənilməsi arasında fərqlər olduğunu üzə çıxardı. Bunu 2007-ci ildə insanlar üzərində aparılan müşahidələr zamanı aşkar etmişdilər.[6]

Lipoik turşu həm də antioksidant rolunu oynayır, orqanizmin daxili antioksidant sistemlərini bərpa edir. Bu turşu ağır metalları qan dövranından effektiv şəkildə təmizləyir.[7][8][9]

Hər biri 600 mq olan 10 tablet alfa lipoik turşusu insanlar üçün öldürücü doza ola bilər.[10]

  1. 1 2 dl-Thioctic acid (ing.).
  2. "Lipoic acid". Micronutrient Information Center, Linus Pauling Institute, Oregon State University, Corvallis. 2019-01-01. 2019-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-05.
  3. Teichert J., Hermann R., Ruus P., Preiss R. Plasma kinetics, metabolism, and urinary excretion of alpha-lipoic acid following oral administration in healthy volunteers // J Clin Pharmacol[ing.] . 43 (journal) (ingilis). № 11. — 2003. noyabr. doi:10.1177/0091270003258654. PMID 14551180.
  4. "Чем полезен витамин N (альфа-липоевая или тиоктовая кислота)". www.pnp.ru (rus). 2023-10-10. 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-10.
  5. "Что такое n витамин". 4fresh.ru. 2023-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-10.
  6. "Wayback Machine" (PDF). web.archive.org. Archived from the original on 2017-08-08. İstifadə tarixi: 2023-10-07.
  7. Anna Gorąca, Halina Huk-Kolega, Aleksandra Piechota, Paulina Kleniewska, Elżbieta Ciejka. Lipoic acid – biological activity and therapeutic potential // Pharmacological Reports . 63. 2011-07-01. doi:10.1016/S1734-1140(11)70600-4. ISSN 1734-1140.
  8. Kate Petersen Shay, Régis F. Moreau, Eric J. Smith, Anthony R. Smith, Tory M. Hagen. Alpha-lipoic acid as a dietary supplement: Molecular mechanisms and therapeutic potential // Biochimica et Biophysica Acta (BBA) - General Subjects . 1790. 2009-10-01. doi:10.1016/j.bbagen.2009.07.026. ISSN 0304-4165. 2013-03-21 tarixində arxivləşdirilib.
  9. Derick Han, Garry Handelman, Lucia Marcocci, Chandan K. Sen, Sashwati Roy. Lipoic acid increases de novo synthesis of cellular glutathione by improving cystine utilization // BioFactors . 6. 1997. doi:10.1002/biof.5520060303.
  10. https://pubmed.ncbi.nlm.nih.gov/24810749/ (#bare_url_missing_title). . 226 (5). 2014-09. 2022-07-13 tarixində arxivləşdirilib.