55°33′54″ şm. e. 36°42′55″ ş. u.HGYO

Kubinka Tank Muzeyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kubinka Tank Muzeyi
Бронетанковый музей в Кубинке
Xəritə
Əsası qoyulub 1978
Açılış tarixi iyun 1978
Ölkə
Yerləşir Kubinka, Moskva vilayəti
55°33′54″ şm. e. 36°42′55″ ş. u.HGYO
tankmuseum.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kubinka Tank Muzeyi (rus. Центральный музей бронетанкового вооружения и техники, Ro: Tsentralni muzey bronetankovogo voorujeniya i tehniki) — Rusiyanın Kubinka şəhərində yerləşən bir müharibə muzeyidir. Muzey 1978-ci ildə yaradılıb və orada 14 ölkədən 350-dən çox tank, zirehli döyüş avtomobilləri və onlar haqqında məlumatlar nümayiş etdirilir və sərgilənir.

Muzey XXXXI əsrlərdə (1917-ci ildən bu günə qədər) istehsal edilmiş bir çox məşhur tank və zirehli texnikanın açıq havada və qapalı yerdə daimi sərgilərindən ibarətdir. Burada həm də çox az nümunəsi olan bir çox unikal, qeyri-adi və bənzərsiz hərbi texnikalar yerləşdirilmiş və nümayiş etdirilir. Belə hərbi texnikalar sırasına Hitler Almaniyasının Panzer VIII Maus super ağır tankı, Karl-Gerät ağır özüyeriyən artilleriyası, SSRİ-nin Troyanovun Object 279 Kotin ağır tankı, Object 120 Su-152 "Taran" tank qatili kimi nadir və ya məhdud sayda istehsal edilmiş prototiplər daxildir.

Kubinkadakı tank muzeyinin loqolu şevronu
Kubinkadakı Kugelpanzer
Kubinka tank muzeyində nümayiş etdirilən İkinci Dünya müharibəsiSoyuq müharibə dövrünün Böyük Britaniya tankları
Kubinka tank muzeyində nümayiş etdirilən Vickers-Armstrong yüngül tankı

Kubinka Tank Muzeyi tarixən "təsnif edilmiş" Qırmızı Ordunun zireh sınaq obyektində yerləşir. Muzeydəki ekspozisiyalarının əksəriyyəti hələ də fəaliyyət göstərən Kubinka zireh sınaqları və testləri poliqonunun tədqiqat kolleksiyasından əldə edilmişdir. Soyuq müharibə dövrünün Qərb tanklarının əksəriyyəti (ABŞ və ya Qərbi Avropadan) Yaxın Şərq, Afrika, VyetnamLatın Amerikasındakı döyüşlərdə ələ keçirilmiş olan döyüş kubokları idi və bunların hamısı onların hər birinin güclü və zəif tərəflərini diqqətlə öyrənmək və onların hər birini diqqətlə tədqiq etmək üçün Kubinkadakı zireh sınaq müəssisəsinə göndərilirdi. Gizli tarixi və hərbçilərlə sıx əlaqəsi sayəsində muzey bu gün də tamamilə Rusiya Ordusunun şəxsi heyəti tərəfindən idarə edilir. Rəsmi hərbi hissəyə mənsub olduğu üçün muzeyin işçiləri geyim formasında xüsusi qol nişanı taxırlar.[1]

2014-cü ildən muzey Patriot hərbi mövzulu vətənpərvərlik parkının bir hissəsidir. Nəticədə, demək olar ki, bütün tanklar həmin obyektdən bu parka köçürülmüşdür.[2]

Giriş və ziyarətçi məhdudiyyətləri

[redaktə | mənbəni redaktə et]

2017-ci ildən muzeyə giriş bütün ziyarətçilər üçün açıqdır. Giriş haqqı muzeyin geniş yayılmış hissəsindən asılı olaraq 300–500 rubl (4–7 ABŞ dolları) təşkil edir. İngilis dilindəki bələdçili turlar daha bahalıdır, hər hissə üçün 4500 (60 ABŞ dolları) rubldan başlayır. Altı yaşdan kiçik uşaqlar üçün giriş pulsuzdur. Hər hansı bir texnikanint foto çəkilişinə və ya video çəkilişinə icazə giriş haqqına daxildir. Əcnəbi vətəndaşlara muzeyə daxil olmaq üçün pasportun surətini, eləcə də əslini götürmələri tövsiyə olunur. Hələ də Kubinka hərbi bazasının bir hissəsi olduğu üçün silah və spirtli içkilərlə muzeyə daxil olmaq qəti qadağandır; girişlərdə metal detektorlarının köməyi ilə mühafizəçilər tərəfindən yoxlamalar aparılır.[3]

Kubinka tank muzeyində nümayiş etdirilən M18 Hellcat
Kubinka tank muzeyində nümayiş etdirilən Marder II haubitsası
Kubinka tank muzeyində nümayiş etdirilən Marder II haubitsası
Kubinka tank muzeyində nümayiş etdirilən 2S14 Jalo-S
Kubinka Tank Muzeyindəki Panzer I Ausf. F

Muzeydə XX əsrdə istifadə edilmiş çox sayda tank və zirehli maşın mövcuddur. Eksponatların təxminən 60%-i sovet dövründən qalma texnikalardır, ən son nümayiş etdirilən texnika isə T-72 əsas döyüş tankının prototipi olan Obyekt 172-dir. Bundan başqa, dünyada yeganə salamat qalmış Panzer VIII Maus, Birinci Dünya Müharibəsi dövründə ələ keçirilmiş Britaniya tankı Mark V (Rusiya vətəndaş müharibəsi zamanı Ağ Rusiya qüvvələri tərəfindən istifadə edilmişdir), salamat qalmış Panzer I Ausf. F (bu, Panzer I tanklarının təkmilləşdirilmiş versiyasıdır), bir neçə müxtəlif Macarıstan, Polşa, Yaponiya, Cənubi Afrika, Böyük BritaniyaAmerika hərbi texnikaları da nümayiş etdirilir.

Bundan başqa, muzeydə İl-2 təyyarəsi, tank əleyhinə artilleriya qurğuları, V-2–34 mühərrikinin kəsik maketi və digər müxtəlif əşyalar da sərgilənir.

Moskvanın kənarında yerləşən Kubinkaya Moskvanın Belorusski dəmir yolu stansiyasından şəhərətrafı qatarla asanlıqla getmək olar. Son vaxtlara qədər yerli qatarların mürəkkəb şəbəkəsi və ingilis dili materiallarının olmamasına görə rus dilini bilmədən düzgün qatara minməyi çətinləşdirirdi. 2016-cı ildən bəri Kubinka Tank Muzeyində hər biri 12 km² olan 2 ayrı sahə mövcuddur. 2017-ci ildən etibarən ziyarətçilər rəsmi günlər, bayramlar və ya xüsusi tədbirlər (məsələn, Ordu Forumu və ya Beynəlxalq Ordu Oyunları, lakin Tank Qoşunları Günü bura daxil deyil) zamanı mövcud olan servis avtobusunlarına minə bilərlər. Mikroavtobus xidmətləri və digər işarələrin köməyi ilə taksilərdən də istifadə edilə bilər. Rus dilini bilmədən bunu etmək olduqca çətindir. Buna görə də ingilisdilli bələdçinin xidmətlərindən istifadə etmək tövsiyə olunur.

İkinci Dünya müharibəsi tarixi

[redaktə | mənbəni redaktə et]
Kubinka tank muzeyində nümayiş etdirilən M24 Chaffee tankı
Kubinka tank muzeyində nümayiş etdirilən M5A1 tankı
Kubinka tank muzeyində nümayiş etdirilən M5A1 tankı
Kubinka tank muzeyində nümayiş etdirilən M4A4 Sherman tankı

Kubinka İkinci Dünya müharibəsindən də əvvəl çox gizli bir zireh sınaq poliqonu və test meydançası idi. Rusiyanın elmi-tədqiqat və konstruktor bürolarının, təşkilatlarının və fabriklərinin bütün yeni dizaynları əvvəlcə burada sınaqdan keçirilməli idi. Həmçinin, ya Sovet qoşunları tərəfindən ələ keçirilən, ya da Qərbdəki Müttəfiqlər tərəfindən hədiyyə edilən nasist alman tankları və zirehli döyüş maşınları (ZDM) da Kubinkada sınaqdan keçirilirdi.

Kubinka tank muzeyində nümayiş etdirilən Jagdpanzer IV tankı

1941-ci ilin iyununda Barbarossa əməliyyatından əvvəl bəzi Alman tankları və zirehli döyüş maşınları Sovet İttifaqına satılmış və onlar da Kubinkada sınaqlardan keçirilmişdirlər. Bu tankların bəzilərinə Sovet İttifaqı tərəfindən diqqətlə öyrənilmiş və qiymətləndirilmiş Panzer I yüngül tankı, Panzer II yüngül tankı və Panzer III orta tankı daxildir. 1941-ci ildən sonra Nasist Almaniyasının bir neçə ələ keçirilən tankları və zirehli döyüş maşınları (məsələn, Panzer IV orta tankı, Jagdpanzer IV tank qatili, Sturmgeschütz III və Sturmgeschütz IV hücum silahları/tank qatilləri və Elefant ağır tank qatilləri kimi) çox diqqətli bir formada analiz edilmiş və qiymətləndirilmişdirlər. Sovetlərin əlinə keçən almanların nadir tankları, zirehli döyüş maşınları və ya digər hərbi texnikalarının prototipləri də Kubinkaya aparılmış və onlar nümayiş etdirilməzdən əvvəl çox diqqətli bir formada sınaqlardan keçirilmişdirlər; belə maşınlara böyük minaatan maşını, 88 mm-lik tank əleyhinə özüyeriyən silah arabasını və ən əsası 188 tonluq Panzer VIII Maus super ağır tankını, həmçinin də 60 sm-lik Karl-Gerät super ağır özüyeriyən haubitsasını göstərmək mümkündür.

Kubinka tank muzeyində nümayiş etdirilən Jagdtiger tankı

Trofey kimi ələ keçirilmiş bir neçə "Tiger I" ağır tankı 1943-cü ildə Kubinkadakı sınaq və test meydançalarına gətirilmişdir ki, onların buraya gətirilməsindəki əsas məqsəd onların zireh müdafiəsinin səviyyəsini və sahəsini ölçmək və ya tankı sıradan çıxaracaq silahlar hazırlamaq üçün onların atış sınaqlarına məruz qalması olmuşdur. Sınaqlarda müəyyən edilib ki, tankın qalın zirehinə qarşı ən təsirli silah, tankdan 1000 m məsafədə "Tiger I"-in ön zirehinə (100 mm qalınlığında) nüfuz edə bilən sovetlərin 85 mm-lik 52-K Model 1939 zenit silahıdır. Bir neçə "Tiger II" ağır tankı da Sovet İttifaqı tərəfindən ələ keçirilmiş və 1944-cü ildə əlavə qiymətləndirmələr üçün Kubinkaya gətirilmişdir.

1945-ci ildə Sovet İttifaqı Mancuriya, Cənubi Saxalin, Kuril adaları, Şimali Çin və Şimali Koreyanı sürətlə işğal etdikdən sonra ələ keçirilən yapon tanklarını da sınaqdan keçirmişdir. (Bunlara Type 95 Ha-Go yüngül tankı, Type 4 Ke-Nu yüngül tankı, Type 2 Ka-Mi amfibiya yüngül tankı (bütün pontonları və flotasiya qurğuları quraşdırılmış vəziyyətdə), Type 95 Ri-Ki kran vasitəsi (döyüş mühəndisliyi maşını) və digər hərbi texnikalar daxildir.

Əsir götürülmüş Berlin-Roma-Tokio oxuna daxil olan dövlətlərin tankları və zirehli döyüş maşınları ilə yanaşı, SSRİ ABŞ-nin başlatdığı Lend-Lease hərbi dəstək proqramı çərçivəsində ona verilən Qərbdəki Müttəfiqlərinin bir neçə zirehli və hərbi maşınlarını da sınaqdan keçirmişdir. Belə döyüş texnikalarına ABŞ-nin M3 Stüart, M3 Lee/Qrant, M4 Şerman, həmçinin Matilda II, Çörçill və Valentin tankları kimi Britaniya tankları daxil idi.

Soyuq müharibə tarixi

[redaktə | mənbəni redaktə et]
Kubinka Tank Muzeyində nümayiş etdirilən iki zirehli avtomobil, onlardan biri Fransa istehsalı olan Panhard AML-90 (solda) və digəri isə Cənubi Afrika istehsalı olan Eland-90 (sağda) hərbi zirehli avtomobilidir.
Kubinka tank muzeyində nümayiş etdirilən FV101 Scorpion tankı
Kubinka tank muzeyində nümayiş etdirilən Centurion Mk 10 tankı

Sovet tank texnologiyası, əsasən, potensial və ya gələcək tank dizaynlarını asanlaşdırmaq üçün bir sıra texniki qiymətləndirmələr və sınaqlar barədə müvafiq məlumatları milli müdafiə sisteminə təqdim edən Kubinka Hərbi Qüvvələr Texnologiyası Mərkəzində cəmlənmişdir. Bu gün Kubinka Tank Muzeyində Soyuq müharibə illərində xaricdən gətirilmiş 50-dən çox tank və digər zirehli döyüş maşınları nümayiş etdirilir.[4]

Bu döyüş maşınlarından bəziləri aşağıdakılardır:

  • Fransız müstəmləkə ordularının M24 Chaffee yüngül tankı 1946–1954-cü illər arasında baş tutmuş olan Birinci Hind-Çin Müharibəsində iştirak etmişdir. Dien Bien Phu döyüşü zamanı Vyetnam ən azı üç Fransız M24 Çaffini ələ keçirmiş və onlardan bir neçəsini müharibədən sonra Sovet İttifaqına göndərmişdir. Bununla belə, SSRİ-yə ABŞ tərəfindən İkinci Dünya müharibəsi bitməzdən əvvəl Lend-Lease proqramının bir hissəsi kimi ən azı iki Çaffe tankı göndərilmişdir ki, bu tankların da Kubinkada tədqiq edilərək qiymətləndirildiyi iddia edilir. Bu tankların həmçinin bu gün də orada nümayişi davam etdirilir.
  • M41 Walker Bulldog yüngül tankı 1960-cı illərin əvvəllərində və ya 1970-ci illərin əvvəllərində Kubinka Hərbi Qüvvələr Texnologiyası Mərkəzinə göndərilmişdir. Əksər mənbələr bu tankların 1961-ci ildə Donuz körfəzi əməliyyatı zamanı Kuba tərəfindən ələ keçirilən beş tankdan biri olduğunu bildirir; lakin bu M41 tankının həm də Vyetnam müharibəsi zamanı Vyetnam Xalq Ordusu (VXO) tərəfindən hərbi qənimət kimi ələ keçirilmiş və 1975-ci ildə Cənubi Vyetnam rejiminin süqutundan sonra SSRİ-yə göndərilmiş bir neçə yüz tankdan biri olduğu ehtimalı da mövcuddur.
Kubinka tank muzeyində nümayiş etdirilən M41 Walker Bulldog tankı
  • Bəzi M48 Patton orta tankları da burada nümayiş etdirilir. Bunlardan bəziləri 1982-ci il Livan Müharibəsi zamanı Suriya qoşunları tərəfindən Livanda ələ keçirilmiş və daha sonra tədqiq edilərək qiymətləndirilməsi üçün Sovet İttifaqına göndərilmişdir. Nümayiş etdirilən M48 Patton tanklarından biri (keçmişdə İsrailin olub) "Blazer" ERA (partlayıcı reaktiv zireh) ilə təchiz olunub, digərləri isə Vyetnam müharibəsi zamanı Vyetnam Xalq Ordusu tərəfindən ələ keçirilib.
Kubinka tank muzeyində nümayiş etdirilən Vyetnam müharibəsi zamanı Vyetnam Xalq Ordusu tərəfindən hərbi qənimət kimi ələ keçirilmiş olan Cənubi Vyetnamın və Ərəb-İsrail müharibələri zamanı ərəblərin İsraildən hərbi qənimət kimi ələ keçirmiş olduqları İsrailə məxsus M48 Patton tankları
Ərəb-İsrail müharibələri zamanı ərəblərin İsraildən hərbi qənimət kimi ələ keçirmiş olduqları "Blazer" ERA (partlayıcı reaktiv zireh) ilə təchiz olunmuş İsrailə məxsus M48 Patton tankı
  • M60 Patton əsas döyüş tankı (ƏDT) da 1982-ci ildə Suriya tərəfindən İsraildən hərbi qənimət kimi ələ keçirilmiş və tankdakı ən son döyüş sursatlarının və silahlarının təhlilini davam etdirən Sovet İttifaqına hədiyyə edilmişdir. Muzeydəki digər bir neçə M60 Patton tankı 1973-cü ildə baş vermiş Yom Kippur müharibəsində Misir (bu tanklarda İsraildən hərbi qənimət kimi ələ keçirilmişdir) və 1980-ci illərdə İraq (İraq bu tankları İran-İraq müharibəsi zamanı İrandan hərbi qənimət kimi ələ keçirmişdir) tərəfindən ələ keçirilmiş və Sovet hərbi zabitləri tərəfindən yoxlanılmışdır. İsrail Müdafiə Qüvvələrinə məxsus olan bir ədəd M60 Patton tankı 1973-cü ildə Misir Ordusu tərəfindən Sinayda ələ keçirilmiş və Misir hökuməti ilə bəzi danışıqlardan sonra Sovet İttifaqına aparılmışdır. Soyuq müharibə illərində SSRİ-nin əlinə keçən ilk M60 Pattonlardan biri də İrandan gəlmişdir. Belə ki, İranda mövcud hakimiyyətdən narazı olan bir ordu zabiti oğurlamış olduğu M60 Patton tankı ilə SSRİ-yə qaçmışdır.
Kubinka tank muzeyində nümayiş etdirilən M60 Patton tankı
  • Muzeydə Koreya müharibəsi əsnasında Çin Xalq Könüllü Ordusu (ÇXKO) tərəfindən ələ keçirilən Amerikanın keçmiş M26 Pershing və M46 Patton orta tankları da nümayiş etdirilir və bu tanklar 1953-cü ildə müharibə başa çatdıqdan sonra Kubinka Hərbi Qüvvələr Texnologiyası Mərkəzinə sınaq və qiymətləndirmələr üçün göndərilmişdirlər. Bu tanklardan birini indi də muzeydə görmək mümkündür.
Kubinka tank muzeyində nümayiş etdirilən M46 Patton tankı
  • Bir neçə M113 zirehli personal daşıyıcısı (BTR) Vyetnam müharibəsi zamanı Şimali Vyetnam tərəfindən hərbi qənimət kimi ələ keçirilmiş və diqqətli bir formada tədqiqat və qiymətləndirmələr üçün Kubinka Hərbi Qüvvələr Texnologiyası Mərkəzinə göndərilmişdirlər. Digər M113 BTR-ləri isə 1970-ci illərdən əvvəl SSRİ-nin müttəfiqi olan Somalidən alınmış ola bilər.
  • Muzeydə bir neçə Britaniyaya məxsus olan Centurion əsas döyüş tankı nümayiş etdirilir. Britaniya Ordusuna məxsus Centurion Mk. III Koreya müharibəsi zamanı (çox güman ki, Çin Xalq Könüllü Ordusu qüvvələri tərəfindən) hərbi qənimət kimi ələ keçirilərək SSRİ-yə göndərilmişdir. Ən azı bir ədəd Centurion Mk. V-in bir variantı olan Cənubi Afrika istehsalı Olifant Mk1A tankının Anqola Vətəndaş Müharibəsində/Cənubi Afrika Sərhəd Müharibəsində Packer əməliyyatı zamanı Anqola və Kuba qoşunları tərəfindən hərbi qənimət kimi ələ keçirildikdən sonra Kubinkaya da göndərilməsi haqqında nəzəriyyəsi irəli sürülmüşdür. Yom Kippur müharibəsi zamanı Misir tərəfindən hərbi qənimət kimi ələ keçirilmiş İsrail ordusuna məxsus Centurion tankları da Kubinkaya göndərilmiş və orada qiymətləndirilmişdirlər.
Kubinka tank muzeyində nümayiş etdirilən Çörçill tankının öndən görünüşü
  • Muzeydə həmçinin Böyük Britaniya istehsalı olan digər bir tank – Conqueror ağır tankı da nümayiş etdirilir. Bu tank Böyük Britaniyadakı İmperator Müharibə Muzeyi (İMM) tərəfindən Kubinka Tank Muzeyinə 1988-ci ildə Sovet İttifaqı istehsalı olan IS-2 ağır tankı müqabilində Sovet İttifaqına bağışlanmışdır (mübadilə o vaxt bölünmüş Berlin şəhərində aparılmışdır.).
Kubinka tank muzeyində nümayiş etdirilən A27M Cromwell IV tankı
  • İran Ordusunun keçmiş komandirlərindən biri Chieftain Mk.5 əsas döyüş tankı və FV101 Scorpion yüngül tankı ilə birlikdə İran-İraq müharibəsi zamanı İraq tərəfinə keçmiş və həmin tanklarda İraqdan Sovet İttifaqına göndərilmişdir.
  • İsrail Müdafiə Qüvvələrinə məxsus bir ədəd M51 Super Şerman orta tankı Misir və ya Suriya ordusu tərəfindən hərbi qənimət kimi ələ keçirilmiş və diqqətli bir tədqiq edilməsi üçün Sovet İttifaqına göndərilmiş və texnika tədqiq edilərək öyrənildikdən sonra hal-hazırda muzeydə nümayiş etdirilir.
Kubinkada nümayiş etdirilən M51 Super Shermanın öndən görünüşü
  • 1950 və 1960-cı illərdə Əlcəzair müharibəsindən sonra Əlcəzairdən alınan Fransa istehsalı olan AMX-13/75 yüngül tankıda muzeydə nümayiş etdirilir.
  • İki ədəd Fransa istehsalı olan Panhard AML zirehli kəşfiyyat maşını və onların Cənubi Afrikada istehsal edilmiş kopyası olan Eland zirehli kəşfiyyat maşını da muzeydə nümayiş etdirilir.
  • İsveçin Prototip Stridsvagn 103 (S-Tank) amfibiya əsas döyüş tankı da muzeydə nümayiş etdirilən hərbi texnikalar sırasındadır ki, bu tank da Strv 103 tankının 1996-cı ildə İsveç Silahlı Qüvvələrində xidmətdən rəsmi formada kənarlaşdırılmasından sonra İsveç hökuməti tərəfindən dünyanın müxtəlif yerlərindəki muzeylərə hədiyyə edilmiş iyirmidən çox tankdan biridir.
Kubinka tank muzeyində nümayiş etdirilən Stridsvagn 103 tankı
  1. "http://paris1814.com/tankmuseum/kubinka". 2021-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  2. "Patriot park Moscow | Tank museum Patriot park Moscow" (ingilis). 2022-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-27.
  3. "Kubinka tank museum". tankmuseum.ru. 11 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 September 2016.
  4. "Kubinka NIIBT Research Collection – Foreign Vehicles, Kubinka, Moscow oblast, Russia". preservedtanks.com. 6 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 September 2016.