47°30′ şm. e. 51°44′ ş. u.HGYO

Kiçik Saray

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qədim şəhər
Kiçik Saray
qaz. Сарайшық-Sarayçık
Kiçik Saray xarabalığı (2010)
Kiçik Saray xarabalığı (2010)
47°30′ şm. e. 51°44′ ş. u.HGYO
Ölkə Qazaxıstan
Salınma tarixi XIII
Banisi Qızıl Orda
Dağılma tarixi 1580
Müasir yeri Saray kəndi, Maxambet rayonu, Atırau vilayəti, Qazaxıstan
Kiçik Saray xəritədə

Kiçik Saray (qaz. Сарайшық, fars. سرای‎‎, Sarayçık[1], Küçük Saray[2], və yaxud fars. سرای‎‎ — XIII-XVI əsrlərə aid qədim şəhər. Ural çayının sağ sahilində, Qazaxıstanın Atırau vilayətinin Maxambet rayonu, Atırau şəhərindən 50 kilometr şimalda müasir Sarayçık kəndinin yaxınlığında və ərazisində yerləşmişdir.[1][2] Bir sıra fars və ərəb mənbələrində Saray-Çık, Saray-Uçuq və buna bənzər adlarla adlandırılmışdır.[2] Əvvəllər Avropadan Çinə VolqaboyuXarəzm yolu ilə qədim ticarət yolunda yerləşən Qızıl Ordanın şəhərlərindən biri idi.[1] 1242-1280-ci illərdə - Şiban Ulusunun paytaxtı kimi də tanınır. 1580-ci ildə dağıdılmadan əvvəl Noqay Ordasının paytaxtı və yeganə məlum şəhəri olmuşdur. Şəhər Qasım xanın dövründə Qazax xanlığının tərkibinə qatılmışdır.[3]

Monqollardan əvvəlki dövr

[redaktə | mənbəni redaktə et]

Şəhərin arxeoloji tədqiqi və aşkar edilən monqollardan əvvəlki mədəni təbəqə ehtimal ki, “şəhərin XI əsrdə, bəlkə də X əsrdə tikildiyini” düşünən SSRİ tarixçisi Sergey Tolstovdan qaynaqlanır. Onun fikrincə şəhər Xarəzm koloniyaçıları tərəfindən Aşağı Volqaboyuna gedən yolda salmışdılar. Lakin 1996-2000-ci illərdə aparılan qazıntılar zamanı, monqollardan əvvəl heç bir mədəni təbəqə aşkarlanmamışdır.[4][5][6]

Qızıl Orda dövrü

[redaktə | mənbəni redaktə et]
Kiçik Sarayda tapılan sikkəyə həsr olunmuş 500 təngə nominallı xatirə sikkəsi.

Monqol dönəmində köçərilərin qışlaq qərargahının yerləşdiyi yerdə qurulmuşdur.[7] A.V.Paçkalovun fərziyyəsinə görə - XIV əsrin əvvəllərinə,[5] Özbək xanın hakimiyyətinin birinci dövründə XIII əsrdə təməli qoyulmuşdur.[6][8] Ən erkən sikkələr Toxta xannı dövrünə aiddir.[5][6] İlk dəfə 1330-cu illərdə İbn Bətutə tərəfindən qeyd edilmişdir. Sarayçıkın cənubda olan Aktobe-Laeti qəsəbəsinin tədqiqatçısı Lev Qalkinin dediyinə görə “Sarayçık su basmış Laetini (Aktobe qəsəbəsi) əvəz etdi”.[6]

Tarixçi Əbülqazi Bahadır xanın yazdığı əfsanəyə görə, şəhərin əsası Batı xan tərəfindən qoyulmuşdur. XIV əsrin sonuna qədər şəhər divar ilə əhatə olunmamışdı.[7] Şəhər XIV əsrdə Qızıl imperiyanın paytaxtlarından Xarəzmə gedən Avropa və Mərkəzi (Soqdiana) və Şərqi Asiya (Çin) ölkələrini birləşdirən marşrutlardakı strateji mövqeyi sayəsində inkişaf etdi. Kiçik Sarayda sikkələrdə zərb olunurdu.[2][9]

Sarayçik Qızıl Ordanın ən böyük şəhərlərindən biri və şəhər aqlomerasiyasının mərkəzi idi (XX-ci əsrin iqtisadi fəaliyyəti ilə dağıdılmış bir sıra yaşayış məntəqələri var, Atıraunun kənarında Aqtöbe-Laeti qəsəbəsi var). Arxeoloji tapıntılara, xüsusən də kitabələri olan saxsı qablara baxanda Saraiyçikin inkişaf etmiş mədəniyyətə sahib bir şəhər qənaətinə gəlinir.[6] Şəhərin saxsı borularından bənzərsiz bir su təchizatı və kanalizasiya sistemi var idi.[2] Metalurgiya və dulusçuluq istehsalı mövcud idi.[9] Sakinləri həm də sənətkarlıq, bostançılıq, bağçılıq və balıqçılıqla məşğul idilər. Şərqi Qərblə birləşdirən strateji yer şəhəri böyük bir ticarət mərkəzinə çevirmişdi. 1334-cü ildə Sarayçikdə qaldığını izah edən "Deşt-i Qıpcağa səyahət" qeydlərinin müəllifi olan ərəb səyyahı və coğrafiyaşünası İbn Battutə, Bağdadı xatırladan Uly-su kanalındakı bərələr haqqında məlumat verirdi. Şəhərin kənarları bir növ kurort mərkəzi idi. Ordanın hər yerindən nəcib insanlar ov və balıq tutmaq üçün buraya gəlirdilər.

Şəhər Böyük İpək Yolunun şimal qolu üzərində dayanırdı.[6] Florensiyalı maliyyəçi Françesko Balduççi Peqolotti, 1338-1342 arasında tərtib etdiyi "Pratica della mercatura" əsərində, Tanadan Xarəzmə gedən mühüm ticarət yolunu izah edərkən Kiçik Saraydan (Sarakanko)dan bəhs edir.[6]

Əbu-əl-Qazinin məlumatına görə, Bərdibəy xan və Canıbəy xan Kiçik Sarayda taxta çıxmış və burada da dəfn edilmışdilər.[5][6]

1395-ci ildə şəhər Əmir Teymurun qoşunları tərəfindən məhv edilmişdi.[1][2] Sağ qalan sakinlərin sayı barədə dəqiq məlumat yoxdur.

Əmir Teymurun yürüşündən sonra şəhər cənub-şərqə, Soroçinka kanalına tərəf yerini dəyişdi.[2]

XV əsrin 30-40-cı illərində şəhər bərpa edildi. XV əsrin ikinci yarısından (1490-cı illər) Noqay Ordasının paytaxtı və yeganə məlum şəhəri olan Sarayçık, 1580-ci ildə dağıdılana qədər, Kasım xan hakimiyyəti illərində Qazax xanlığının bir hissəsi idi.[3][1][2] Şəhərdə Noqay Ordasının xanlarının və Qazax xanı Kasımın qərargahı yerləşirdi.

Kiçik Sarayda yeddi xanın dəfn olunduğu ehtimal edilir. Qızıl Orda xanları - Sartaq, Bərkə xan, Toktakiya, Canıbəy xan,[6] bəzi mənbələrə görə Məngü Timur xanda burada dəfn edilib. Qazax xanlarından Kasım xan və Noqay Ordası xanları - İzmail və Urazın da qəbirləri burada yerləşir.

XVI əsrdə Sarayçıkda natural dəyişmə üstünlük təşkil edirdi.

Neçay və Boqdan Barboşun yürüşündən sonra, 1580-ci ildə şəhər ələ keçirildi və yandırıldı. Moskva çarlığına tabe olmayan quldur kazaklar şəhəri təmamilə qarət etdilər.[1][10][11] Şəhər o qədər viran oldu ki, sakinləri Xivəyə köçmək məcburiuyətində qaldılar.[11] 1640-cı ildə Kiçik Sarayın hsahiblərinin icazəsi ilə, Ural çayının yuxarı axarında Sarayçikin xarabalıqlarından 2 kilometr məsafədə, rus köçkünləri məskunlaşdılar. Onlar burada Sarayçikovski qalasını salmaqla, yeni məskunlaşma tarixinin başlanğıcını qoydular.[10] Qalanın yerində sonradan Sarayçikov xutoru meydana gəldi.[10] Sonradan Qazaxıstanın Atırau vilayətinin Maxambet rayonu, Atırau şəhərindən 50 kilometr şimalda müasir Sarayçık kəndi yarandı.[1][2]

Arxeoloji qazıntılar

[redaktə | mənbəni redaktə et]
Kiçik Saray, 2020-ci il oktyabr ayı

1769-cu ildə Sarayçikin xarabalıqları alim və səyyah Peter Simon Pallas tərəfindən ziyarət edilmışdir.[11]

Kiçik Sarayda kəşfiyyat qazıntıları 1861, 1937 və 1950-ci illərdə aparılmışdır. 1861-ci ildə qazıntılar zamanı heyət kapitanı A.E.Alekseyev çox sayda mərmər qırıqları, müxtəlif növ kərpic plitələr tapmışdır. Sarayçık yaxınlığındakı qədim qəbirlərdə çox sayda qızıl, gümüş və mis zərgərlik nümunələri və sikkələr aşkar edilmişdir. 1937-ci ildə Aşağı Volqa bölgəsinin arxeologiya sahəsi üzrə mütəxəssisi Nikolay Artyuzov (1899-1942) tərəfindən qazıntılar aparıldı.[10][11][12][13] 1950-ci ildə Alkey Marqulan, 1980-ci illərdə Lev Leonidoviç Qalkin, 1996-2000-ci illərdə Zainolla Samaşev və başqaları tərəfindən arxeoloji qazıntılar və tədqiqatlar aparılmışdır.[5][2]

Əsasən XIV əsrin təbəqələri araşdırılmış, xam və daha az yandırılmış kərpicdən tikililər, keramika borularından su təchizatı sistemi və sənətkarlıq izləri tapılmışdır. Arxeoloji materiallar arasında ev əşyaları, tətbiqi sənət əsərləri də var. XIII-XVI əsrlərə aid sikkələr, Yusif Balasaqunlunun şeirindən parçalar olan qab, şəhərin uzaq əlaqələrini əks etdirən bir xalça parçası, ərəb yazısı ilə örtülü möhürlər tapılmışdır. Aşkar edilən sikkələrin şoxu XIV əsrə aiddir. Ən erkən sikkələr Toxta xanın dövrünə aiddir.[5][6]

Şəhər qalıqlarında Krım xanları Gərayların sikkələri də tapılmışdır. Bunlar I Hacı GərayI Məngli Gəray adından zərb edilmiş sikkələrdir.[6]

Hal-hazırda, tarixi abidənin yanında Atırau vilayətinin Maxambet rayonunun Sarayçık kəndi var. Ural çayının mənsəbini dəyişməsi nəticəsində şəhərin tarixi təbəqəsi geri dönməz şəkildə məhv olur. 1999-cu ildə bu yerlərdə "Xanın qərargahı - Sarayçık" xatirə kompleksi ucaldılmışdır.

  1. 1 2 3 4 5 6 7 Сарайчик // Ремень — Сафи. — М. : Советская энциклопедия, 1975. — (Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров ; 1969—1978, т. 22).
  2. 1 2 3 4 5 6 7 8 9 10 Сарайчик / Волков И. В. // Румыния — Сен-Жан-де-Люз [Электронный ресурс]. — 2015. — С. 413. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004—2017, т. 29). — ISBN 978-5-85270-366-8.
  3. 1 2 Золотая Орда / Трепавлов В. В. // Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов. — М. : Большая российская энциклопедия, 2004—2017.
  4. Труды Хорезмской археолого-этнографической экспедиции. 2: Археологические и этнографические работы Хорезмской экспедиции. 1949-1953. М.: АН СССР. Под ред. С. П. Толстова и Т. А. Жданко. 1958. 12.
  5. 1 2 3 4 5 6 Тасмагамбетов И., Самашев З. Сарайчик. Алматы: ОФ «Берел». 2001.
  6. 1 2 3 4 5 6 7 8 9 10 11 Пачкалов А. В. Новые книги по археологии и нумизматике городища Сарайчик // Вопросы истории и археологии Западного Казахстана. № 1. Уральск. 2007. 308—331.
  7. 1 2 Золотая Орда / Трепавлов В. В. // Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов. — М. : Большая российская энциклопедия, 2004—2017.
  8. Пачкалов А. В. Время возникновения города Сарайчука: нумизматика и археологические материалы, письменные источники // Международное (XVI Уральское) археологическое совещание. Материалы международной научной конференции. Пермь. 2003.
  9. 1 2 Пачкалов А. В. Монеты города Сарайчук // Восьмая Всероссийская нумизматическая конференция. Тезисы докладов и сообщений. М. 2000. 82–84.
  10. 1 2 3 4 Сарайчик // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1900. — Т. XXVIIIa. — С. 399—400.
  11. 1 2 3 4 О развалинах татарскаго города Сараиль-Джадита // ru:Уральские войсковые ведомости. № 30. — 1867. — 23 iyul. — 2—7.
  12. Арзютов Н. К. Отчёт о раскопках, произведенных в 1937 на месте развалин Золотоордынского г. Сарайчика // «Известия АН КазССР». Серия археологическая. № 67 (2). 1949.
  13. "Арзютов Николай Константинович (1899)". Открытый список. 2021-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-16.
  • Сарайчик // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1900. — Т. XXVIIIa. — С. 399—400.
  • Сарайчик // Ремень — Сафи. — М. : Советская энциклопедия, 1975. — (Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров ; 1969—1978, т. 22).
  • Сарайчик / Волков И. В. // Румыния — Сен-Жан-де-Люз [Электронный ресурс]. — 2015. — С. 413. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004—2017, т. 29). — ISBN 978-5-85270-366-8.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]