Bel (alət)

Vikipediya, azad ensiklopediya
(Kürək (alət) səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Müxtəlif formalı bellər
Qazma beli

Beldünyada geniş yayılmış kənd təsərrüfatı aləti. Bel aləti tətbiq sahəsindən və coğrafi yerdən, torpağın keyfiyyətindən asılı olaraq müxtəlif forma və quruluşa malik əmək alətlərindəndir.

Ən’ənəvi qalaqlı bellər bir qayda olaraq, təpkəncli (bir saplı) düzəldilirdi. Forma etibarilə onlar xış gavahınını xatırladırdı. Bu tip bellər, əsasən, Azərbaycanın düzənlik rayonlarında, xüsusilə bağ-bostan kimi kiçik torpaq sahələrinin bellənməsində və çəltik zəmilərinin əkilib becərilməsində daha çox tətbiq olunurdu.

Torpaq layının dərin qatlarını qazıb çevirə bildiyindən yumşaq torpaq sahələrini əkmək üçün «qalaqlı bel» bir növ xış və ya kotanı əvəz edirdi. Belin bu növü «şum beli» adlanır. Şumlama əməliyyatını yaxşı yerinə yetirə bilmək üçün onun qalağının sağ və ya sol küncləri «təpkən» adlanan qulaqcıqla tamamlanırdı. Bellərin zavodda kütləvi istehsal olunduğundan «zavod», yaxud «rus» beli XX əsrdə geniş yayıldı.

Azərbaycan ərazisində bel alətinin növləri

[redaktə | mənbəni redaktə et]

Quba-Xaçmaz bölgəsi əhalisi arasında bel «qazqır bel», «Quba beli», «Dərbənd beli», «ləzgi beli», Şirvanda «Navahı beli», Şəki-Zaqatala bölgəsində «Gülüstan beli», «Qarabağ beli», Naxçıvanda «Şərur beli», «Naxçıvan beli», Lənkəran-Astara bölgəsində «şuxm (şum) beli», «əyri bel», «xiling» və b. adlarla məlum idi.

Bunların hamısı tipoloji cəhətdən qalaqlı bel qrupuna aid edilir. XIX əsrin ikinci yarısından etibarən Azərbaycanın bir sıra bölgələrində «təpkəncli» dəmir bellər istifadə olmağa başlamışdır.[1]

  1. "Əkinçilik alətləri". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-21.