Jorj-Pyer Söra

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Jorj-Pyer Söra
fr. Georges-Pierre Seurat
Doğum tarixi 2 dekabr 1859(1859-12-02)[1][2][…]
Vəfat tarixi 29 mart 1891(1891-03-29)[1][2][…] (31 yaşında)
Dəfn yeri
Fəaliyyəti rəssam, boyakar[d], memarlıq çertyojçusu[d]
Təhsili
Janrlar janr rəssamlığı[4], peyzaj[4], portret[4]
Stillər puantilizm, impressionizm, postimpressionizm[5]
Tanınmış işləri
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jorj-Pyer Söra (fr. Georges Pierre Seurat; 2 dekabr 1859[1][2][…]29 mart 1891[1][2][…]) — fransız əsilli postimpressionist və nöqtəçi (puantilist) rəssam. Rəssamlığa gətirdiyi yeni tərzi və özünəməxsusluğu ilə dünya rəssamları arasında xüsusi rola malikdir.

Jorj Söra 1859-cu il dekabrın 2-də Parisdə anadan olmuşdu. O, uşaqlıqdan rəsmə maraq göstərmiş, gənc yaşlarında isə bəzi önəmli rəssamlardan təhsil almışdı. 20 yaşında olan Jorj ‘Qüsursuz Sənət Nişanələrinə Dair Esse’ adlı kitabdan çox təsirlənərək oxuduğu sənət akademiyasındakı təhsilinı yarımçıq qoyur. Humbert de Superville tərəfindən yazılan bu kitab, rəssama böyük təsir etmiş kitablardan yalnız biri idi. Seurat ordudakı qısa xidmətdən qayıtdıqdan sonra, indi sənət mövzusundakı düşüncələri onun müəllimlərinin fikirlərindən tamamilə uzaqlaşmağa başlamışdı. Sənət məktəbini tərk etdikdən sonra Seurat 1881-ci ildə rəssam dostu ilə La Grande Jatte adasına köçdü. Belə yer dəyişmə Söra üçün böyük ilham mənbəyi olması ilə onun kareyerasında ciddi rol oynamışdı.

Seuratın ilk, yeni üfüqlər açan əsəri "Bathers at Asniéres" 1883-cü ildə Paris Salonu tərəfindən rədd ediləndə, rəssam Salona təkrar müraciət etməyərək, şərti bədii sərgilərə üz çevirmişdi. Bunun əvəzinə o, sənətkarların müasir sənətlə bağlı nəzəriyyələrin inkişafı olan ‘Sənətkarların Müstəqil Qrupu’ ilə birləşdi. Burada rəssamın əsərləri xoş izləyici kütləsi tapdı. Seuratın "Sunday Afternoon on the Island of La Grande Jatte" əsəri — iki illik layihəsi — tamamladığında bu əsər tezliklə milli tərifə çevriləcəkdi. Əsər nöqtəcilik tərzinin tam bir nümayişi idi, böyüklüyü və müstəsna texnikası ilə, ilk dəfə sərgiləndiyi İmpressionist sərgidə böyük tərifə layiq görülmüşdü.

Bu əsər tamamlandıqdan sonra Seurat modeli və məşuqəsi Madeleyne Knobloç ilə başqa bir studiyaya köçdü. Madeleyne 1873-cü ilin fevralında Seuratın ilk oğlu Pyer Jorj Seuratı dünyaya gətirdi. Rəssam isə, 29 mart 1891-də, ikinci oğlunun ölümündən bir neçə ay əvvəl öldü. Seuratın ölümünün səbəbləri, qısa müddət sonra oğlunun da eyni səbəbdən öldüyü meningit idi. Seurat ölümünə görə yarımçıq qalan "The Circus" adlı son sənət əsəri üzərində işləyirdi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]