IBM PC

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
IBM PC
Loqonun şəkli
İstehsalçı IBM
Növü IBM-compatible computer[d]
Buraxılış tarixi 12 avqust 1981
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

IBM PCIBM firması tərəfindən istehsal olunmuş ilk fərdi kompüter.

70-ci illərin əvvəllərinədək hesablama maşınları çox məhdud mütəxəssis dairəsinə məlum idi. Onların tətbiq sahələri olduqca dar və geniş kütlənin nəzərindən demək olar ki, gizli idi və onun üçün o qədər də maraqlı deyildi. Ancaq, 1971-ci ildə mikroelektronikanın nailiyyətləri ilə bağlı elə bir hadisə baş verdi ki, bu, vəziyyəti kəskin dəyişdi və elektron hesablama maşınını birdən-birə milyonlarla insanın gündəlik iş alətinə çevirdi. Bu, əsasını inteqral sxemlər təşkil edən mikroelektron element bazasının istehsalatda geniş tətbiq olunmağa başlanması idi. Bunun nəticəsi idi ki, 1971-ci ildə kiçik bir Amerika şəhəri olan Santa-Klarada (Kaliforniya ştatı) yerləşən Intel firması tərəfindən adı "mikroprosessor" olan yeni yarımkeçirici cihaz yaradıldı. 1971-ci ilin 15 noyabrda dünyada ilk dəfə olaraq Intel özünün i4004 mikroprosessorunun kütləvi istehsalına başladı. Beləliklə tamamilə yeni yarımkeçirici qurğu olan mikroprosessorların inkişafının əsası qoyuldu…

Nəhayət, 1978-ci ildə Intel 16 bitli i8086 mikroprosessornu işlənib hazırladı. Məhz bu mikroprosessor üzərində qurulmuş fərdi kompüterlər IBM PC adlandırıldı. "IBM PC"- IBM şirkətinin əmtəə nişanıdır və onu "fərdi kompüter" kimi tərcünə etmək olmaz.

1981-ci il avqust ayının 12-də amerika şirkəti International Business Machines (IBM) öz fərdi kompüterini – IBM PC 5150 modelini təqdim edib. Xarici görünüşə görə bu cihaz süd rəngli adi plastik "qutu"ya oxşayırdı: maqnit disketləri üçün yuvaları olan düzbucaqlı sistem bloku gözəl dizayn ilə lovğalana bilmirdi. IBM mühəndislərinin "uşağı" hətta birinci fərdi kompüter deyildi: Apple, Atari, Commodore şirkətləri artıq onun mikrokompüterlər adlandırılan sələflərini yaratmışdılar. Lakin məhz 5150 modeli ilə fərdi kompüter sənayesində inqilab başlanıb.[1]

  • M. A. Camalbəyov, R. Ə. Fərəməzov. IBM PC tipli kompüterlərin arxitekturası, sistem proqram təminatı və əməliyyat sistemləri. Bakı, H. Əliyev adına AAHM, 2009. – 307 səh.
  1. "Complesson.info – İlk IBM fərdi kompüteri". 2011-11-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-18.