Hans Kalm

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hans Kalm
est. Hans Kalm
Doğum tarixi 21 aprel 1889(1889-04-21)[1]
Vəfat tarixi 1 fevral 1981(1981-02-01)[1] (91 yaşında)
Vəfat yeri
Fəaliyyəti hərbi qulluqçu, həkim
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hans Kalm (21 aprel 1889[1]1 fevral 1981[1], Yüvəskülə, Mərkəzi Finlandiya) — Rusiya imperiyası, FinlandiyaEstoniya ordularında xidmət etmiş eston əsgər.

Birinci Dünya müharibəsi və Finlandiya vətəndaş müharibəsi

[redaktə | mənbəni redaktə et]

Kalm Vilyandimaanın Kotsama kəndində fermer ailəsində dünyaya göz açmışdır. Onun soyadı fin-uqor dilində "ölüm" mənasına gələn "kalma" sözündən gəlir. Ailə əfsanəsinə görə, Kalmın ulu babalarından biri Qara ölümdən qaçmaq üçün sahildən çox uzaqda qəbiristanlıq kimi istifadə olunan adada gizlənmiş və bu səbəbdən sadını dəyişdirmişdir. Kalm 1914-cü ildə Rusiya İmperiya Ordusuna yazılmışdır və Birinci Dünya müharibəsində Riqa körfəzində döyüşmüşdür. 1917 Rusiya inqilabından sonra o, Finlandiyaya qaçdı və Ağ Qaravullara qoşuldu. Kalm 1918-ci ildə Finlandiya vətəndaş müharibəsində Ahtari və Evodan iki parkı qoruyan keşikçilərdən ibarət, çoxusu da tələbə olan batalyona rəhbərlik etmişdir.[2]

Kalmın batalyonunun mart ayında Kuhmoynen bələdəyyəsinə bağlı Harmoynen kəndindəki Qırmızı Qaravulların sanatoriyasına hücum edərək, 11 yaralı əskəri və 2 tibb bacısını öldürməsi onları məşhurlaşdırdı.[3] Lahti döyüşündən sonra onun batalyonu Hennala düşərgəsinə nəzarət etməyə başladı. May ayında qısa bir müddət ərzində 200-ü qadın döyüşçü olmaqla, 500 Qırmızı məhkum edam edildi.[4] Öldürülənlərin ən gəncinin 14 yaşı var idi.[5] Çox böyük ehtimala görə, Kalm Qırmızıların lideri Ali Aaltoneni özü öldürmüşdü.[6]

Estoniya müharibəsi

[redaktə | mənbəni redaktə et]

Kalm 1918-ci ilin iyulunda Ağ Ordudan istefa verdi və Estoniyaya qayıtdı. O burada Estoniya müstəqillik müharibəsində döyüşən Pohyan Poyat alayının komandiri oldu. Bu birlik fin könüllülərdən təşkil olunmuşdu. Pohyan Poyat alayı 1919-cu ilin mayında dağıdıldı və Kalm Finlandiyaya qayıtdı. 1923–33-cü illərdə o tibbi öyrənmək üçün ABŞ-də yaşadı və Nyu-CersiNyu-Yorkda həkim olaraq işlədi. Kalm 1930-cu ildə ABŞ vətəndaşı oldu. O, 1934-cü ildə yenidən Finlandiyaya qayıtdı və Qərbi Finlandiyadakı Raumada yerləşdi. O alternativ təbabətin müxtəlif sahələriylə maraqlanmağa başladı.[7]

İkinci Dünya müharibəsi və müharibə sonrası illər

[redaktə | mənbəni redaktə et]

Kalm Finlandiya İkinci Dünya müharibəsinə qoşulduğu zaman qısa müddətliyinə Piyeksyamyakidəki müharibə məhbus düşərgəsinin komandiri oldu. O 1941-ci ilin oktyabrında buradakı vəzifəsindən azad edildi və Finlandiya Ordusuna hərbi tibbi məsələləri öyrətməsi üçün Almaniyaya göndərildi.[7] Kalm həmçinin müharibə ərzində Finlandiya Nasist təşkilatı olan Suomen Kansallissosialistinen Työjärjestöda aktiv idi.[8] O, Piyeksyamyakidəki həbs düşərgəsindəki səhv idarəçiliyinə görə həbs olunmamaq üçün İsveç üzərindən 1946-cı ildə ABŞ-yə qaçdı. Özünün sözlərinə görə Kalm Cənubi Karolinanın Eykən qraflığında ürək xəstəlikləri üzrə mütəxəssiz kimi işləmiş və daha sonra Meksikada cərrahlığı öyrənmişdir.[7]

1957-ci ildə Kalm homeopatik tibbi tətbiq etmək üçün Finlandiyaya qayıtdı. Onun həkim lisenziyası 1974-cü ildə ləğv edildi. Çünki Finlandiya səlahiyyətliləri Kalmın 1933-cü ildə məzun olduğu Orta-Qərb Tibb Kollecinin Amerika Tibbi Assosiasiyası tərəfindən qəbul edilmədiyini aşkarladı. Hans Kalm ömrünün son illərini oğlunun iləsi iə birlikdə Yüvəskülədə keçirdi və 1981-ci ildə vəfat etdi.[7]

  1. 1 2 3 4 Hans Kalm // Uppslagsverket Finland (швед.). Svenska folkskolans vänner.
  2. Heinämäki, Jaakko: ″Hans Kalm: vapaussoturi ja vaihtoehtolääkäri″, p. 11–13. Minerva Kustannus, 2007. ISBN 978-952-492-003-2.
  3. Kalm, Hans (1889–1981) Arxivləşdirilib 2015-07-11 at the Wayback Machine (in Finnish). Finnish National Biography. Retrieved 10 July 2015.
  4. Tepora, Tuomas: ″The Finnish Civil War 1918: History, Memory, Legacy″, p. 110. Brill Academic Publishers, 2014. ISBN 978-900-42436-6-8. Google Books Arxivləşdirilib 2018-05-03 at the Wayback Machine
  5. Liukkonen, Marjo. ""Hennalan naismurhat 1918". Lectio praecursoria 4.4.2016". Ennen ja nyt (fin). 15 April 2016. 15 January 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 January 2017.
  6. Korjus, Olli: ″Kuusi kuolemaantuomittua″, Atena Kustannus, 2014. ISBN 978-952-30002-4-7. Google Books (in Finnish) Arxivləşdirilib 2018-05-03 at the Wayback Machine
  7. 1 2 3 4 Hans Kalm (1889–1981) – virolaissuomalainen sotilas ja vaihtoehtolääkäri Arxivləşdirilib 2019-09-01 at the Wayback Machine (in Finnish). Arno Forsius. Retrieved 10 July 2015.
  8. Ekberg, Henrik: ″Führerns trogna följeslagare. Den finländska nazismen 1932–1944″, p. 172–174. Schildts, 1991. 951-50-0522-1.