HSL və HSV

Vikipediya, azad ensiklopediya
(HSV (rəng modeli) səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç

HSL (hue, saturation, lightness) və HSV (hue, saturation, value) rəng tonu-doyma-parlaqlıq – kompüter qrafikasında rəngləri təsvir etmək üçün istifadə olunan rəng modeli. Rəng tonu (HUE), əslində rəngin özüdür və rəng dairəsindəki yeri ilə təyin olunur: 0º – qırmızı, 60º – sarı, 120º – yaşıl, 180º – mavi, 240º – göy, 300º – bənövşəyi. Doyma (SATURATION), verilmiş çalarlı rəngin qatılığıdır və çox zaman 0–100 aralığında faizlə ifadə olunur; məsələn, yangınsöndürən maşının qırmızı rəngi yüksək doymuş rəngdir, çəhrayı rəng isə zəif doyub. Parlaqlıq (BRIGHTNESS), verilmiş rəngdə ağ rəngin miqdarıdır: 0 – qara rəngə, 100 isə ag rəngə uyğundur. HSB modelinə HLS (hue-lightness-saturation) modeli və ya HSV (hue-saturation-value) modeli də deyilir.

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.