Gorillaz
Naviqasiyaya keç
Axtarışa keç
Gorillaz | |
---|---|
Əsas məlumatlar | |
Üslub | alternativ rok, art pop, elektronika, hip-hop[d], indi-rok, rep |
Leybl | Parlophone, Virgin Records |
Heyət |
Mördok Nikkals 2-D Noodle Rassel Hobbs |
Keçmiş üzvlər |
Paula Kreker Cyborg Noodle Eys |
gorillaz.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Gorillaz — 1998-ci ildə musiqiçi Deymon Albarn və rəssam Ceymi Hyulet tərəfindən qurulmuş İngiltərə virtual musiqi qrupu. Qrup dörd üzvdən ibarətdir: 2-D (vokal, klaviş), Mördok Nikkals (bas-gitara), Nudl (gitara, klaviş, vokal) və Rassel Hobbs (baraban). Onların kainatı musiqi videolarında, müsahibələrdə, komikslərdə və qısa cizgi filmləri ilə təqdim olunur. Qrupun hər iki yaradıcısı meymun ili olan 1968-ci ildə doğulub - bu qrupun adının niyə Gorillaz olduğunu açıqlayır.
Üzvləri
[redaktə | mənbəni redaktə et]- 2-D (Stuart Pot) — vokalist, klaviatura ifaçısı. Ağıllı-başlı biri olmasa da, o, qəlbi təmiz insandır. O, 7 yaşında ikən ağacdan yıxılaraq kəllə-beyin travması alıb - bu zaman onun bütün saçları tökülüb, saçları yenidən çıxanda isə artıq göy rəngdə idi. Uşaq olanda aldığı bu travmaya görə onda daim miqren ağrıları olur, bu üzdən o, müntəzəm olaraq ağrıkəsicilər qəbul edir. Musiqi dinləməyi sevən mehriban, ağıldan kəm biri kimi bilinir. "Uncle Norms Organ Emporium" adlı musiqi alətlərinin satıldığı mağazada işləmişdir. Onun adı Deymona ilham verən trip hop qrupu Massive Attack-ın üzvü olan 3D-dən gəlir. Deymon sözügedən qrupun 2003-cü ildəki "100th Window" və 2010-cu ildəki "Saturday Come Slow" mahnılarında xüsusi qonaq qismində çıxış edib. Gorillaz-ın mahnılarında Deymonun səsinə xüsusi effekt verilir.
- Mördok Nikkals — bas-gitaraçı. Bu personajın əvvəlcə latınamerikalı olması planlaşdırılırdı. Mördokin qaraçı olan anası onu körpə ikən ərinin evinin qarşısına ataraq çıxıb getmişdir. Mördoku gecə saatlarında pivəxanadan qayıdan içki düşkünü olan atası Sebastian tapıb. Atası keçmişdə Mördoku və onum ögey qardaşı Hannibalı daim ədəbsiz sözlərlə təhqir edərək döyürdü. Atası həm də balaca Mördoku özü ilə pivəxanaya da aparardı - orada onu biabır edərək pivə pulu qazanırdı. O, bunu Mördoka utancverici kostyumlar geyindirib, ona gülünc karoke mahnılar oxutmaqla edirdi. Məktəb illərində o, baxımsızlığına, zarafatcıl hərəkətlərinə və eyni zamanda özünü apara bilmədiyinə görə həmyaşıdları arasında ad çıxarmışdı. Məktəbdə onu həmişə başıqapazlı edən Tony Chopper adlı bir oğlan var idi. Mördok onu alçaldıcı adlarla çağıraraq payını vermişdi. Lakin sonradan Toni onu sifətindən yumruqlayaraq burnunu sındırır. Mördok, uşaqlıqdan musiqiçi olmaq və öz qrupuna sahib olmaq istəyirdi. Mördokun məktəbdə başına gələn daha pis bir olay var - bufetdə satıcı işləyən qadın ona təcavüz etmişdi. Mördokun bu hadisədən bəri hər kəsə qarşı acıqlı qalıb.. O, sonralar şəhərini tərk edir, cinayətkar qruplaşmalara qoşulur və satanist olur. Rok ulduzu olmaqdan ötrü ruhunu şeytana satır. Sazişdən sonra o, Şeytandan "El Diablo" adlı bas-gitara alır. O, xeyli sayda musiqi qrupunda çalır. Ancaq onların heç biri uğurlu nəticə vermir, hamısı unudulub gedir. 1997-ci ildə Mördok Vauxhall Astra markalı avtomobil qaçıraraq daha bir xuliqanlıq əməli törədir. O, və dəstəsi musiqi alətləri oğurlamaq üçün "Uncle Norm's Organ Emporium"a soyğun düzənləyir. Mördok avtomobilini işə salaraq sürətlə həmin obyektə, düz Stuartın üzünə çırpır.
- Rassel Hobbs — zərb ifaçısı. Bruklindəndir. Gənc yaşlarından hip-hopla məşğuldur. Onu doğma şəhərindən Mördok qaçırıb. Rasselin dostları onun gözü qarşısında maşın idarə edən küçə dəstəsinin silahlı hücumu nəticəsində həlak olmuşdur. Ölən dostlarının ruhları onun bədəninə girib. "Clint Eastwood" mahnısında onun dostlarından biri olan Del Tha Ghost Rapper ortaya çıxaraq rep oxuyur.
- Nudl — əsl adı məlum deyil. O, Yaponiyada labaratoriyada yaradılmış super əsgərdir. 10 yaşında olarkən sahibləri ondan qurtulmaq qərarına gəlir. Onu paketləyərək hansısa bir ölkəyə göndərirlər. Bu paket təsadüfən Kong Studios-un qarşısına gedib düşür. O, ingiliscə yalnız bir neçə dənə söz bilir - bunlardan biri də Nudldır.
Studiya albomları
[redaktə | mənbəni redaktə et]- Gorillaz (2001)
- Demon Days (2005)
- Plastic Beach (2010)
- The Fall (2010)
- Humanz (2017)
- The Now Now (2018)
- Song Machine, Season One: Strange Timez (2020)
- Cracker Island (2023)
Mahnıları
[redaktə | mənbəni redaktə et]- Clint Eastwood (2001)
- Man Research (Clapper) (2001)
- 19-2000 (2001)
- Latin Simone (Que Pasa Contigo) (2017)
- O Green World (2005)
- Dirty Harry (2005)
- Feel Good Inc. (2005)
- El Mañana (2005)
- November Has Come (2005)
- DARE (2005)
- Rhinestone Eyes (2010)
- Empire Ants (2010)
- Strobelite (2017)
- Saturnz Barz (2017)
- Andromeda (2017)
- Let Me Out (2017)
- Sex Murder Party (2017)
- She's My Collar (2017)
- Tranz (2018)
- Sorcererz (2018)
- Magic City (2018)
- Fire Flies (2018)
- One Percent (2018)
- Souk Eye (2018)
- The Lost Chord (2020)
- Désolé (2020)
- With Love To An Ex (2020)
- Tarantula (2023)
- Controllah (2023)
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Bananaz (2008)