Emi Adams

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Emi Adams
ing. Amy Adams
Doğum adı Amy Lou Adams
Doğum tarixi 20 avqust 1974(1974-08-20)[1][2][…] (50 yaş)
Vətəndaşlığı
Fəaliyyəti kino aktrisası, müğənni, rəqqasə, televiziya aktrisası, teatr aktrisası, aktrisa, səsləndirmə aktrisası[d]
Fəaliyyət illəri 1999-cu ildən
Boyu 1,63 m[3]
Mükafatları "Saturn" mükafatı
IMDb ID0010736
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Emi Lu Adams (20 avqust 1974[1][2][…]) — ABŞ aktrisası. Həm komediya, həm də drama filmlərindəki rolları ilə şöhrət qazanıb. O, üç dəfə dünyanın ən çox qazanan aktrisalarının illik siyahısında yer alıb. Emi iki "Qızıl Qlobus" mükafatı laureatıdır.

Emi Adams karyerasına 1990-cı illərdə musiqili teatrlarda rəqqasəlik edərək başlamışdır. O, 1999-cu ildə "Drop Dead Gorgeous" komediya filmində ilk rolunu almışdır. O, bu dövrlərdə müxtəlif teleseriallarda qısa çıxışlar edir, aşağı büdcəli filmlərdə "ləçər qız" rolunu oynayırdı. Emi 2002-ci ildə kinorejissor Stiven Spilberqin "Bacarırsan tut məni" filmində çəkilib.

Emi Adams İtaliyanın Aviano şəhərində amerikalı ailədə anadan olub.[4] O, dünyaya gələndə atası ABŞ ordusunda xidmət edirdi və İtaliyadakı Caserma Ederle hərbi kompleksində yerləşdirilmişdi.[5][6] Eminin dörd qardaşı və iki bacısı var.[7] O, səkkiz yaşında olarkən Kolorado ştatının Kasl-Rok şəhərinə köçüb. Onun atası hərbidəki işindən ayrıldıqdan sonra gecə klublarında və restoranlarda müğənnilik etməyə başlamışdır.[8] Emi Adams uşaq ikən atasının şoularına getməyi və barda Şirli Temples içməyi sevdiyi xatırlayır.[9] Onun ailəsi imkansız olduğu üçün bahalı tətillərə gedə bilmirdi. Onlar bu səbəbdən düşərgə edir və təbiətdə yürüyşə çıxırdılar.[10] Emi valideynləri ilə birlikdə onların ifa etmək üçün yazdığı qısa məzəli tamaşaları oynamaqdan həzz alırdı.[11]

Emi Mormon inancı ilə böyüyüb, ancaq o, valideynləri 1985-ci ildə boşandıqdan sonra bu dinə etiqad etməyi dayandırdı.[12] Emi dindar olmasa da, tərbiyəsindən sevgi və şəfqət kimi mühüm dəyərləri öyrəndiyini deyir. Valideynləri boşandıqdan sonra atası Arizonada yaşamağa getdi və yenidən evləndi, uşaqlar isə analarının yanında qaldılar. Anası part-time iş kimi bodibildinq yarışlarında iştirak etməyə başlamışdı. O, məşq etmək üçün idman zalına gedəndə uşaqları da özü ilə gətirirdi. Emi Adams uşaqlıqda nadinc uşaq olduğunu deyir.[13]

  1. 1 2 Amy Adams // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Amy Adams // GeneaStar.
  3. Aleph (ivr.).
  4. Dargis, Manohla. "The Versatile and Resilient Amy Adams". The New York Times (ingilis). 2017-10-16. ISSN 0362-4331. April 15, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-05.
  5. "Amy Adams Biography: Actress (1974)". Biography. January 13, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 23, 2014.
  6. Shnayerson, Michael. "Some Enchanted Amy". Vanity Fair. December 18, 2008. December 18, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 31, 2008.
  7. West, Naomi. "Amy Adams: Happily ever after". The Daily Telegraph. November 16, 2007. February 14, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 31, 2008.
  8. Bilmes, Alex. "Amy Adams Interview: Esquire Meets The Star Of 'American Hustle'". Esquire. December 18, 2013. September 21, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 21, 2017.
  9. Koltnow, Barry. "'Enchanted' with Amy Adams". The Orange County Register. November 17, 2007. November 20, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 31, 2008.
  10. McGurk, Stuart. "Amy Adams: David O Russell made me cry every day on American Hustle". GQ. October 7, 2016. September 21, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 20, 2017.
  11. Rochlyn, Margy. "A Disney Princess, Not Winking but Floating". The New York Times. November 4, 2007. June 17, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 31, 2008.
  12. Freeman, Hadley. "Amy Adams: 'I thought, if I can't figure this out, I can't work any more'". The Guardian. November 5, 2016. August 18, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 22, 2017.
  13. Heawood, Sophie. "Amy Adams: punching above her weight". The Guardian. January 23, 2011. September 20, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 22, 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]