Eklampsiya
Eklampsiya | |
---|---|
XBT-10 | O15 |
XBT-10-KM | O15, O15.9 |
XBT-9 | 642.6 |
XBT-9-KM | 642.64[1] |
DiseasesDB | 4068 |
MedlinePlus | 000899 |
MeSH | D004461 |
Vikianbarda əlaqəli mediafayllar |
Eklampsiya — ağır preeklampsiya və eklampsiya, az hallarda rast gəlinsə də, hamiləliyin çox ciddi fəsadı hesab olunur. Eklampsiyadan ölüm halları 1,8%, eklampsiyanın başqa ağırlaşmaları 35% təşkil edir. Ağır preeklampsiya hamilə qadınların ölümünə səbəb olan xəstəliklər sırasında qanaxma və emboliyalarla birlikdə ilk 3 yeri bölüşdürür. Preeklampsiya kəskin böyrək çatışmazlığı, serebrovaskulyar və kardiovaskulyar ağırlaşmalar, DDL sindrom ilə təzahür edir, bununla da ana ölümü riskinin artmasına səbəb olur.
Eklampsiya preeklampsiyanın ağırlaşmasıdır;
- Hamiləliyin 3-cü trimestrində və doğuşdan sonra ilk 48 saat ərzində baş verə bilər;
- Hamiləliyin 20-ci həftəsindən başlayaraq və ya doğuşdan 23 gün sonra da meydana çıxa bilər;
- Başqa serebral problemlərlə əlaqəsi olmur;
- Qıcolma tutmalarının və komanın baş verməsi ilə səciyyələnir.[2]
Risk faktorları
[redaktə | mənbəni redaktə et]Risk faktorları arasında mikrovaskulyar patologiyaya səbəb olan xəstəliklər üstünlük təşkil edir:
• Xroniki hipertenziya • Şəkərli diabet • Damar və birləşdirici toxuma xəstəlikləri • Antifosfolipid sindromu • Böyrək xəstəlikləri • Digər risk faktorları hamiləliyin özü ilə və ya hamilə qadının sağlamlıq vəziyyəti ilə əlaqədardır.
Hamiləliklə əlaqəli faktorlar: • Xromosom anomaliyaları
• Çoxdöllü hamiləlik
• Oositin donasiyası və ya donor sperması ilə inseminasiya
• Dölün anadangəlmə inkişaf qüsurları
• Hamiləlik zamanı sidik traktı infeksiyaları
Ana ilə əlaqəli faktorlar:
• Yaşı 35-dən artıq
• Yaşı 20-dən az
• Ailə anamnezində preeklampsiya
• İlk hamiləlik
• Əvvəlki hamiləlikdə preeklampsiya
• Spesifik tibbi şərtlər: hamiləlik diabeti, piylənmə, trombofiliya
• Stress
Fəsadlar
[redaktə | mənbəni redaktə et]Ağır preeklampsiyanın və eklampsiyanın mümkün fəsadları:
• Ağciyərlərin ventilyasiya pozğunluğu
• DDL sindrom
• HELLP sindrom
• Böyrək çatışmazlığı
• Ağciyər ödemi
• Böyüklərin kəskin respirator distress sindromu
• Serebrovaskulyar ağırlaşmalar
• Ürəkdayanma
• Ölüm[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
- ↑ "AĞIR PREEKLAMPSİYA VƏ EKLAMPSİYANIN DIAQNOSTIKASI VƏ INTENSIV TERAPIYASININ ÜMUMI PRINSIPLƏRI Aydın Qədirov". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-19.
- ↑ "Eklampsiyanın gedişi". 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-19.