Dayan Kiton

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Dayan Kiton
ing. Diane Keaton
Doğum adı Dayan Holl
Doğum tarixi (78 yaş)
Doğum yeri Los-Anceles, ABŞ,
Partnyorları
Fəaliyyəti aktrisa, kinorejissor, prodüser
Fəaliyyət illəri 1969 — indiyədək
Təhsili
  • Neyborhud Pleyhaus teatr məktəbi[d]
Üzvlüyü
Mükafatları Oskar mükafatı, "Qızıl qlobus" mükafatı, "BAFTA" mükafatı
IMDb ID0000473
dianekeaton.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dayan Kiton (ing. Diane Keaton; həqiqi adı — Dayan Holl, ing. Diane Hall; 5 yanvar 1946-cı ildə, ABŞ-də Los-Ancelesdə anadan olmuşdur,[1] — ABŞ aktrisası, kinorejissoru və prodüseri.

Dayan Kiton Oskar kino mükafatını, "Qaydalı və qaydasız mükafat" filmindəki roluna görə "Qızıl qlobus" mükafatını, "Enni Holl" filmindəki ən yaxşı qadın roluna görə "BAFTA" mükafatını almışdır. ABŞ hüdudlarından kənarda Frensis Ford Koppalanın "Xaç atası" (1972, 19741990) film trilogiyasında və Allen Vudinin filmlərindəki rollarına görə tanınmışdır. Dayan Kitonun iştirakı ilə çəkilən filmlər 2,7 milyard dollardan çox gəlir qazandırmışdır.[2].

Tərcümeyi-halı

[redaktə | mənbəni redaktə et]

Dalan Kiton aktrisalıq fəaliyyəti üçün anası Dominis Dunnenin qızlıq soyadını götürmüşdür.[3]. 1969-cu ildə o, "Saçlar" musiqisi ilə ilk dəfə səhnəyə çıxmışdır. Elə həmin dövrlərdə onun Allen Vudi ilə uzun müddət davam edən əməkdaşlığı başlamışdır[4], bu əməkdaşlığın ən pik nöqtəsini "Enni Holl" komediyasındakı baş rola görə aldığı Oskar mükafatı oldu.

Dayan Kitonun Allen Vudi ilə münasibətləri çəkiliş meydançasından kənarda da inkişaf etsə də,[5] onlar ayrıldılar və Dayan Kiton Uorren Bitti ilə yaxınlaşdı. Onlar birlikdə tarixi film olan və Oskar mükafatına təqdim olunan "Qırmızılar" filminin çəkilişində birlikdə işlədilər. Onun yaradıcılıq fəaliyyətində 1996-cı ildə çəkilmiş və baş rolda ifasına görə "Oskar"a təqdim olunan "Marvinin otağı" filmi, 2003-cü ildə çəkilmiş "Qaydalı və qaydasız məhəbbət" filmi, rejissoru olduğu "Tvin Piks" serialı və prodüseri olduğu, 2003-cü ildə "Qızıl palma budağı" mükafatı alan "Fil" filmi əsas yer tutur.

Dünya kino tarixində Dayan Kiton plastik cərrahiyəyə kəskin mənfi münasibətilə tanınmışdır.[6]. 2006-cı ildən o, L'Oreal kosmetik firmasının nümayəndəsidir.»[7].

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Dayan Kiton heç vaxt ərdə olmamışdır. O, qızı Deksteri (1996-cı ildə anadan olmuşdur) və oğlu Dyuku (2001-ci ildə anadan olmuşdur) övladlığa götürmüşdür.[8][9].

Məlumatlara görə Dayan Kiton 2011-ci ildə dəri xərçənginə tutulsa da, ona qalib gəlməyi bacarmışdır.[10].

Filmin çəkilmə ili Filmin adı Filmin orijinal adı Fəaliyyəti-rolu
1970 Sevgililər və digər yabançılar ing. Lovers and Other Strangers Joan Vecchio
1972 Xaç atası ing. The Godfather Key Adams
1973 Yatan adam ing. Sleeper Luna Şlosser
1974 Xaç atası 2 ing. The Godfather Part II Key Adams
1975 Eşq və ölüm ing. Love and Death Sonya
1977 Mister Qudbarın axtarışında ing. Looking For Mr.Goodbar Tereza Dann
1977 Enni Holl ing. Annie Hall Enni Holl
1978 İnteryerlər ing. Interiors Renata
1979 Manhetten ing. Manhattan Meri Uilki
1981 Qırmızılar ing. Reds Luiza Brayant
1984 Xanım Soffel ing. Mrs. Soffel Keyt Soffel
1984 Balaca təbilçi qız ing. The Little Drummer Girl Çarli, aktrisa
1987 Radio dövrü ing. Radio Days Yeni il şənliyində müğənni
1987 Körpə ətrafında hay-küy ing. Baby Boom J.C.Viatt
1990 Xaç atası 3 ing. The Godfather: Part III Key Adams
1991 Gəlin atası ing. Father of the Bride Nina Beks
  1. French, Philip. "Then Again: A Memoir by Diane Keaton – review". The Guardian (ingilis). 2011-11-19. 0261-3077. 2017-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-17.
  2. "Diane Keaton - Box Office". The Numbers. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-16.
  3. Dominic Dunne. «Hide and Seek with Diane Keaton». Vanity Fair. February 1985.
  4. "Q&A: Diane Keaton" (ingilis). 2017-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-17.
  5. Lax, Eric. Woody Allen: A Biography (Paperback). ISBN 0-306-80985-0. Da Capo Press; Updated edition (December 2000), p. 308.
  6. Nancy Griffin. «American Original» More Magazine. March 2004.
  7. People and Accounts of Note. Arxivləşdirilib 2017-08-31 at the Wayback Machine June 5, 2006. The New York Times. Retrieved November 6, 2010.
  8. Brad Stone. «Defining Diane». More magazine. July/August 2001.
  9. Paul Fischer. Diane Keaton: Happily Single and Independent Arxivləşdirilib 2016-08-27 at the Wayback Machine. Film Monthly. December 2, 2003. Retrieved March 26, 2006.
  10. "Keaton's Secret Skin Cancer Surgery". IMDb. 2015-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-17.