47°35′35″ şm. e. 1°19′38″ ş. u.HGYO

Blua

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
şəhər
Blua
fr. Blois
Gerb
Gerb
47°35′35″ şm. e. 1°19′38″ ş. u.HGYO
Ölkə  Fransa
Region [[Mərkəz - Luara vadisi]]
Tarixi və coğrafiyası
Sahəsi 37.46 km²
Mərkəzin hündürlüyü 63–135 m
Saat qurşağı
Əhalisi
Əhalisi 45,903 nəfər (2012)
Sıxlığı 1,200 nəf./km²
Rəqəmsal identifikatorlar
Poçt indeksi 41000[1]
Digər
blois.fr
Xəritəni göstər/gizlə
Blua xəritədə
Blua
Blua
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Blua (fr. Blois) — Fransada şəhər. Luar və Şer departamentinin inzibati mərkəzi.[2]

Əhalisi 49, 6 min (2005) nəfərdir. Luara çayının sahilindədir.[2]

Blua 6-cı əsrdən məlumdur. 9-cu əsr – 13-cü əsrin əvvəllərində Şampan qraflığı ilə sülalə ittifaqında və uzunmüddətli uniyada olan və Fransa krallarına qarşı mübarizə aparan güclü qraflığın mərkəzi idi. 1391-ci ildən Valua sülaləsinin Orlean qolu şahzadələrinin mülkiyyətində, 1498-ci ildən kral domeninin tərkibində olmuşdur. 16-cı əsrdə Bluada Fransa krallarının daimi iqamətgahı yerləşirdi. 157677-ci və 158889-cu illərdə Baş ştatlar Bluada toplanmışdı.[2]

Təpə üzərində müxtəlif dövrlərə aid tikililərdən [dairəvi bürc (Tur-de-Fua, 1440–50); Baş ştatlar zalı (13-cü əsrin əvvəlləri); Orleanlı Karl qanadı (1440–50); son neoqotik üslubda XII Lüdovik qanadı (14951508); renessans üslubunda I Fransisk qanadı (1515–24, memarlar J. Surdo və Domeniko da Kortona); klassisizm üslubunda 3 mərtəbəli Orleanlı Qaston korpusu (1635–38, memar F. Mansar)] ibarət kom pleks olan qəsr (9-cu əsrdən məlumdur) yerləşir. 10–17-ci əsrlərə aid kilsələr, Yepiskop sarayı (18-ci əsrin əvvəli, indi Ratuşa), Luara üzərində körpü (hər ikisinin memarı J.A. Qabriel), 16–18-ci əsrlərə aid çoxsaylı mülklər var. Luara qəsrləri tərkibində Blua Ümumdünya irsi siyahısına daxil edilmişdir.[2]

Kənd təsərürfatı rayonunun (dənli bitkilər,üzümçülük, tərəvəzçilik) mərkəzidir. Elektrotexnika, gön-dəri sənayesi, maşınqayırma müəssisələri var; şokolad istehsal olunur. Turizm inkişaf etmişdir.[2]

Həmçinin bax

[redaktə | mənbəni redaktə et]
  1. Base officielle des codes postaux. La Poste, 2018.
  2. 1 2 3 4 5 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 205. ISBN 978-9952-441-03-1.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]