Biruni
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Əl-Biruni | |
---|---|
Əl-Biruni Əbu Reyhan Muhəmməd ibn Əhməd | |
| |
Doğum adı | محمد بن أحمد البِيرُونيِّ[1] |
Doğum tarixi | |
Doğum yeri | Biruni (şəhər), Özbəkistan |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | fizika, riyaziyyat, astronomiya, təbiət elmləri, tarix, xronologiya, İşçi, hindşünaslıq, yer haqqında elmlər, coğrafiya, fəlsəfə, kartoqrafiya, antropologiya, astrologiya, kimya, tibb, psixologiya, teologiya, farmakologiya, Dinlər tarixi, mineralogiya |
Tanınır | Ensiklopediyaçı, Alim, Fəlsəfə, Astronomiya, Sosyoloji, |
Vikianbarda əlaqəli mediafayllar |
Əl-Biruni Əbu Reyhan Muhəmməd ibn Əhməd (4 sentyabr 973[2], Kayat[d], Xarəzmşahlar dövləti, Samanilər dövləti[3] – 9 dekabr 1048[4], Qəzni, Qəznəvilər dövləti) – iranlı[5][6] ensiklopediyaçı alim və mütəfəkkiri.
Həyatı
[redaktə | mənbəni redaktə et]Əl-Biruni 4 sentyabr 973-cü ildə Xarəzmdə anadan olmuşdur. Əbu Reyhan Məhəmməd əl-Biruni Xarəzm şəhərinin qədim paytaxtı "Kayat" şəhərində dünyaya gəlib. Uşaqalıqdan valideynlərini itrib, tərbiyəsi ilə bir yunan məşğul olub və onda təbiətşünaslığa maraq yaranıb.[7]
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Əl-Biruni XI əsrin ən böyük coğrafiyaşünası hesab olunur. Əl-Biruni tarix, etnoqrafiya, təbiət elmləri, riyaziyyat, astronomiya, mineralogiya və s. elm sahələrinə aid 150-dən çox əsərin müəllifidir. Özünün uzun səyahətləri zamanı İran yaylasını, Xəzər dənizinin şərq və cənub sahillərindəki ölkələri, Mərkəzi Asiyanın böyük hissəsini öyrənmişdir. O, özündən əvvəlki coğrafiyaşünaslardan irəli gedərək, Hind okeanı ilə Atlantik okeanının Afrikanın cənubunda dar bir boğaz vasitəsilə birləşdirildiyini söyləmişdir. Əl-Biruni Pəncaba etdiyi səyahət zamanı hind elminə və mədəniyyətinə aid topladığı materiallar və özünün empirik müşahidələri əsasında Hindistana həsr olunmuş iri həcmli əsər yazmışdır. "Nihâyâtü'l-Emâkin", qısa şəkildə "Hindistan" adlandırılan bu əsərdə Biruni, ilk dəfə olaraq yerin günəş ətrafında hərəkətini və dünyanın hərəkətsiz deyil, dönən bir kütlə olduğunu Kopernikdən 500 il əvvəl söyləmiş və məşhur hind astronomu Brahmaquptanın "Yer hərəkətdə, göylər isə sükunətdədir" fikrini əsaslandırmışdır. Beləliklə, o, Koperniklə başlayan müasir astronomiya və fizikanın ilk təməllərini yaratmışdır. Orta Asiyanın topoqrafiyasına dair əsərində Amudərya çayının bir neçə dəfə öz yatağını dəyişməsi barədəki tədqiqatları xüsusilə maraqlıdır.
Biruni dünyanın bir çox ölkələrinin şəhərləri, o cümlədən Azərbaycanın o zaman məlum olan Bakı, Dərbənd, Bərdə, Beyləqan, Bəzz, Təbriz, Ərdəbil kimi qədim və böyük şəhərlərinin enlik və uzunluq dairələrini göstərmişdir. Ömrünün sonuna yaxın yazdığı "Kitâbü’l-Camahir fi Marifeti'l-Cevahir" kitabında müxtəlif mineralların və qiymətli daşların mənşəyi, xarakteri və mədənləri haqqında geniş məlumat vermişdi.
Əl-Biruni, cisimlərin sıxlığını təyin edən cihaz düzəltmiş və "Xüsusi çəki" kitabında onu təsvir etmişdir. Bu xüsusi qab olub, içərisinə salınan cismin həcminə uyğun çıxarılan suyun həcmini dəqiq ölçmək üçün nəzərdə tutulmuşdur. O, cihazın dəqiq hazırlanmasına səy göstərmişdir. Əl-Biruni mayelərdə xüsusi çəkini ölçmək üçün düzəltdiyi başqa bir cihazın köməyi ilə suyun soyuq və isti hallarda, şirin və duzlu suların xüsusi cəkilərini təyin edərək göstərmişdir ki, suyun sıxlığı ilə onun xüsusi çəkisi arasında bir asılılıq mövcuddur.
Biruninin Gürgəncdə yazdığı "Müqayisəli çəki" adlı kitabında substansiyanın müqayisəli çəkisinin onun kimyəvi xassələri ilə əlaqəsinə aydınlıq gətirilmişdir. İbn Sina substansiyaların transmutasiyası üzrə də elmi tədqiqatlar aparmışdı. Bunların nəticələrini o, "İksir haqqında elmi əsər"ində ("Risolat əl-İksir") təsvir etmişdi. Məlum olduğu kimi, bu kitab 1005-ci ildə Xarəzmdə yazılmışdır.
Biruni 994-cü ildə Amu-Dərya çayının qərb sahili ilə Kot şəhəri arasında yerləşən, Buşkanz şəhərinin ekliptik səthinin ekvatora nisbətən əyilmə ölçüsünü dəqiq təyin etmişdir. 995-ci ildə Biruni Yer kürəsinin modelini hazırlamağa başladı. Bu, müxtəlif şəhərlərin, kəndlərin və coğrafi obyektlərin yerini dəqiq təyin etmək üçün diametri təqribən 5 metrə yaxın olan ilk relyefli qlobus idi.
Gürgəncdə öz elmi fəaliyyəti ilə məşğul olduğu vaxtda Biruni tərəfindən coğrafiyaya, hidrologiyaya, mineralogiyaya aid bir sıra tədqiqatlar da aparılmışdı.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Record #100174240 // VIAF (çd.). [Dublin, Ohio]: OCLC, 2003.
- ↑ Encyclopædia Iranica (ing.). / N. Sims-Williams, A. Ashraf, H. Borjian, M. Ashtiany USA: Columbia University, 1982. ISSN 2330-4804
- ↑ Encyclopædia Iranica (ing.). / N. Sims-Williams, A. Ashraf, H. Borjian, M. Ashtiany USA: Columbia University, 1982. ISSN 2330-4804
- ↑ Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ Bosworth, C. E. The Political and Dynastic History of the Iranian World (A.D. 1000–1217) // Boyle, J.A. (redaktor). The Cambridge History of Iran: The Saljuq and Mongol Periods. Vol. Cambridge University Press. 1968. səh. 7. 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-09.
The Iranian scholar al-Biruni says that the Khwarazmian era began when the region was first settled and cultivated, this date being placed in the early 13th-century BC)
- Frye, Richard Nelson. The Golden Age of Persia. Phoenix Publishing, Incorporated. February 2000. ISBN 978-0-7538-0944-0. 2022-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-09.
The contribution of Iranians to Islamic mathematics is overwhelming. ..The name of Abu Raihan Al-Biruni, from Khwarazm, must be mentioned since he was one of the greatest scientists in World History
- Khan, M. A. Saleem. Al-Biruni's Discovery of India: An Interpretative Study. iAcademicBooks. 2001. səh. 11. ISBN 978-1-58868-139-3. 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-09.
It is generally accepted that he was Persian by origin, and spoke the Khwarizmian dialect
- Rahman, H. U., A Chronology of Islamic History : 570 – 1000 CE, London: Mansell Publishing, 1995, səh. 167, ISBN 1-897940-32-7,
A Persian by birth, Biruni produced his writings in Arabic, though he knew, besides Persian, no less than four other languages.
- Frye, Richard Nelson. The Golden Age of Persia. Phoenix Publishing, Incorporated. February 2000. ISBN 978-0-7538-0944-0. 2022-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-09.
- ↑ * Al-Bīrūnī | Persian scholar and scientist // Encyclopedia Britannica. 25 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 July 2018.
- Lindberg, David C. Science in the Middle Ages. University of Chicago Press. 15 March 1980. səh. 18. ISBN 978-0-226-48233-0. 16 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 July 2018.
A Persian by birth, a rationalist in disposition, this contemporary of Avicenna and Alhazen not only studied history, philosophy, and geography in depth, but wrote one of the most comprehensive Muslim astronomical treatises, the Qanun Al-Masu'di.
- Massignon, L. Al-Biruni et la valuer internationale de la science arabe" // Al-Bīrūnī Commemoration Volume A.H.362-A.H.1362. Iran Society. 1951. 217–219. 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-09.
In a celebrated preface to the book of Drugs, Biruni says, "And if it is true that in all nations one likes to adorn oneself by using the language to which one has remained loyal, having become accustomed to using it with friends and companions according to need, I must judge for myself that in my native Khwarezmian, science has as much as chance of becoming perpetuated as a camel has of facing Kaaba.
- Strohmaier, 2006. səh. 112
- MacKenzie, 2011
- Samian, A.L. Al-Biruni // Selin, Helaine (redaktor). Encyclopaedia of the History of Science, Technology, and Medicine in Non-Westen Cultures. Springer Science & Business Media. 31 July 1997. səh. 157. ISBN 978-0-7923-4066-9. 25 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 July 2018.
his native language was the Khwarizmian dialect
- Lindberg, David C. Science in the Middle Ages. University of Chicago Press. 15 March 1980. səh. 18. ISBN 978-0-226-48233-0. 16 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 July 2018.
- ↑ Məlikov, Ələddin. Mehman. (2020). Görkəmli empirik alim əl-Biruni. İlahiyyat jurnalı. № 2, iyul. Səh. 55–58.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Məmun adına Xarəzm Akademiyası
- MacKenzie, D. N. CHORASMIA iii. The Chorasmian Language // Encyclopaedia Iranica (ingilis). October 18, 2011. İstifadə tarixi: 2018-07-06.
Chorasmian, the original Iranian language of Chorasmia, is attested at two stages of its development. The earliest examples have been left by the great Chorasmian scholar Abū Rayḥān Bīrūnī.
- Strohmaier, Gotthard. Biruni // Meri, Josef W. (redaktor). Medieval Islamic Civilization: A-K, index (ingilis). Taylor & Francis. 2006. ISBN 9780415966917.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 4 sentyabrda doğulanlar
- 973-cü ildə doğulanlar
- 75 yaşında vəfat edənlər
- 9 dekabrda vəfat edənlər
- 1048-ci ildə vəfat edənlər
- Əlifba sırasına görə alimlər
- Özbəkistan alimləri
- Özbək astronomlar
- Özbək riyaziyyatçılar
- Özbəklər
- Riyaziyyatçılar
- İslam filosofları
- Poçt markalarında şəxslər
- Ensiklopediyaçılar
- Özbəkistanda doğulanlar