Azərbaycan Sülhməramlı Qüvvələri

Vikipediya, azad ensiklopediya
(Azərbaycan sülhməramlı qüvvələri səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Azərbaycan Sülhməramlı Qüvvələri
Növü sülhməram
Yaranma tarixi 1997–h.h.
Ölkə  Azərbaycan
Tabedir Müdafiə Nazirliyi
Tərkibi zabit, gizirəsgər heyəti
Vəzifəsi Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət
Himayədarı Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Təchizatı müasir silahlarla təchiz olunub
Müharibələr Kosovo əməliyyatı, İraq müharibəsi (2003-2011), Əfqanıstan müharibəsi (2001–2021)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Sülhməramlı Qüvvələri (ing. Azerbaijani peacekeeping forces) və ya Bakı N vahidi (ing. Baku N unit) — Azərbaycan Quru Qoşunlarının əsas sülhməramlı hərbi vahidi. 1999-cu ilin sentyabr ayından başlayaraq Azərbaycan Silahlı Qüvvələri Kosovoda, Əfqanıstandaİraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət aparıblar. Azərbaycan Silahlı Qüvvələri tərkibində Azərbaycanın Sülhməramlı ordusu 1997-ci ildə yaranmış, sonradan Azərbaycan sülhməramlı bölməsi adı altında birləşmişdir.

17 fevral 2008-ci ildə Kosovo parlamenti müstəqillik elan etdikdən sonra, 26 fevral 2008-ci ildə Azərbaycanın Prezidenti İlham Əliyev Kosovadan Azərbaycanın sülhməramlı bölməsinin çıxarılması ilə bağlı Milli Məclisə müraciət etdi. Müraciətə Milli Məclis tərəfindən 4 mart 2008 tarixdə baxıldı və 87 səslə (3 səs əleyhinə, 2 səs bitərəf) qəbul edildi.

Azərbaycan sülhməramlı bölməsi 34 hərbçidən ibarət idi ki, bunlardan da biri zabit, biri çavuş və 32-si əsgər idi. Azərbaycan sülhməramlı bölməsi Kosovada Türkiyə sülhməramlı qoşunlarının tərkibində xidmət edirdi. Azərbaycan hərbçiləri Kosovada 18 kəndə nəzarət edirdilər. 15 aprel 2008-ci ildə bölmə Azərbaycana qayıtdı. Ümumilikdə Kosovada 400 azərbaycanlı sülhməramlısı xidmət etmişdir.

Azərbaycan Sülhməramlı Qüvvələri İraqda

Azərbaycan hərbçiləri İraqda BMT-nin Təhlükəsizlik şurası tərəfindən 2003-cü ildə qəbul edilmiş qərar əsasında xidmət edirdilər. Azərbaycan hərbçiləri 14 zabit, 16 çavuş və 120-si əsgərdən ibarət idilər. Hərbçilər İraqın Əl-Xədifə şəhərində yerləşən SES-i mühafizə edirdilər.

Milli Məclisin 11 noyabr 2008-ci il qərarı ilə 150 nəfərdən ibarət azərbaycanlı sülhməramlı hərbçilər İraqda öz vəzifələrini yerinə yetirərək Azərbaycana döndülər. Azərbaycanda onları təntənəli sürətdə Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri, ABŞİraqın Azərbaycandakı səfirləri və yaxınları qarşıladılar.

İraqdakı sülhməramlı əməliyyatlarda 1 azərbaycanlı əsgər həlak olmuşdur.

Əfqanıstanın təhlükəsizliyini təmin edən beynəlxalq qüvvələr strukturunda 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə zabit olmaqla 94 Azərbaycan sülhməramlısı xidmət edib.[1] Bu hərbçilər şəhərində post-patrul xidmətini yerinə yetirirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.[1] İlk vaxtlar Əfqanıstandakı azərbaycanlı sülhməramlılarının sayı 22 nəfər idi. 4 yanvar 2008-ci ildə daha 23 nəfər sülhməramlı göndərildi. Sentyabr ayında daha 45 azərbaycanlı əsgər Əfqanıstana göndərilmişdir.[2]

Kabilin süqutundan sonra Azərbaycan sülhməramlıları türk sülhməramlıları ilə birlikdə Kabil aeroportunu mühafizə və müdafiə etmişdir. 26 avqust 2021-ci ildə Azərbaycan sülhməramlıları Əfqanıstanı tərk etmişdir.[3]

2018-ci ilin noyabrında Azərbaycan BMT-nin sülhməramlı missiyasının komandanlığı altındakı missiyada iştirak etmək üçün 4 azərbaycanlı hərbçidən ibarət hərbi heyətinin Cənubi Sudanda yerləşdirilməsi barədə qərar qəbul edib.[4][5] 30 yanvar 2019-cu il tarixindən Azərbaycan ordusunun 2 zabiti müşahidəçi qismində Cuba şəhərində xidmətə başlayıb.[6]

  1. 1 2 "Azərbaycanın 34 sülhməramlısı vətənə qayıtdı". 2014-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-19.
  2. "Sülhməramlılarımızın bir qrupu Əfqanıstana yola salınıb". 2016-07-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
  3. "Türk askerlerinin Afganistan'dan tahliyesi kararı nasıl alındı?". BBC News Türkçe (türk). 2021-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-28.
  4. "Минобороны: Азербайджан направит миротворцев в Южный Судан" (rus). Эхо Кавказа. 2019-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-31.
  5. "Азербайджанские миротворцы приедут в Южный Судан". 2019-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-07.
  6. "Азербайджанские миротворцы приступили к службе в Южном Судане". haqqin.az. 2019-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-31.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]