Avropa Regional İnkişaf Fondu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Avropa Regional İnkişaf Fondu. 2007–2013-cü illər.

Avropa Regional İnkişaf Fondu (ARİF) — Avropa İttifaqı tərəfindən ayrılmış Avropa Struktur və İnvestisiya Fondlarından biri. Avropa İttifaqının vahid büdcəsindən maliyyələşdirilir. 1975-ci ildə yaradılmış ARİF Avropa İttifaqının regional siyasətinin məqsədlərinin həyata keçirilməsinndə əlaqələndirici rol oynayır və sənayenin tənəzzülünə məruz qalmış, inkişaf etməmiş regionların, eləcə də əlaqələndirici Avropa İttifaqına üzv olan ölkələrdə kənd yerlərinin inkişafına və yenidən qurulmasına yönəlmiş layihələrin maliyyələşdirilməsi üçün əsas alətdir. 1995-ci ildən Finlandiyaİsveçrənin şimal regionlarının inkişafına maliyyə yardımı göstərir. 1995-ci ildə fondun yuxarıda qeyd olunan fəaliyyətlər üzrə maliyyə ayırmaları 9 milyard EKYU-ya yaxın olmuşdur.[1]

  1. Avropa Regional İnkişaf Fondu // Böyük İqtisadi Ensiklopediya (az.). I cild: ABCÇD. Bakı: "Şərq-Qərb" nəşriyyat evi. 2012. səh. 109.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]