Aviakompaniya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Delta Hava Yollarına məxsus Boeing 767-300ER.

Aviakompaniya və ya Aviaşirkət,[1] insanların və yüklərin aviavasitələr vasitəsilə (əsasən təyyarə) daşınması ilə məşğul olan kommersiya şirkəti. Sürətli bir daşıma və nəqliyyat növü olan aviasiya nəqliyyatı digər daşıma üsullarından daha baha başa gəlir. Hava nəqliyyatının mühüm bir tərkib hissələrindən biri də ekspress və kuryer yük daşımalarıdır.

Birinci Dünya Müharibəsindən sonra Aviasiya nəqliyyatı sürətlə inkişaf etmişdir. İlk ekspedisiyalar 1919-cu ildə Fransada başlamışdır. Atlantika səyahətləri 1930-cu ildə başlamışdır. Hava nəqliyyatına təyyarə, aviasiya yanacağı, hava limanı, yol və s. elementləri daxildir. Hava limanları böyük, kiçik, yüngül və ya sadə təyyarələri qəbul etmələrinə görə təsnif edilirlər.

Biznes Modelləri

[redaktə | mənbəni redaktə et]

Aviaşirkət sənayesində dörd əsas biznes modeli mövcuddur:

  1. Şəbəkə (Network) daşıyıcıları
  2. Aşağı qiymətli daşıyıcılar (daşınma xərcləri nisbətən ucuz başa gəlir)
  3. Hibrid (Şəbəkə və Aşağı Qiymətli Biznes Modelinin Qarışığından ibarətdir)
  4. Çarter

Bununla belə, qarşıdakı illərdə bu biznes modellərinin fərqliləşəcəyi və çarter tipli biznes modelinin tamamilə ortadan qalxacağı halda, ultra aşağıdan premium xidmətə qədər beş fərqli biznes modelinin sektora hakim olacağı güman olunur [2] .

Bu gün Türk Hava Yolları şirkəti şəbəkə daşıyıcılarına, Ryanair şirkəti isə aşağı büdcəli daşıyıcı şirkətlərinə nümunədir. ABŞ-da JetBlue və Avropada Airberlin hibrid biznes modelini izləyən hava yolları şirkətləri arasındadırlar.

  1. "Arxivlənmiş surət". 10 fevral 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2015.
  2. "Arxivlənmiş surət". 2015-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]