Kisəli göbələklər

Vikipediya, azad ensiklopediya
(Ascomycota səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Kisəli göbələklər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Yarımaləm:
Şöbə:
Kisəli göbələklər
Beynəlxalq elmi adı

Kisəli göbələklər (lat. Ascomycota) — fungi aləminə aid göbələk şöbəsi.

Bu şöbə 30000-dən artıq növü birləşdirir ki, bu da məlum göbələk növlərinin 30 %-ni təşkil edir. Kisəli göbələklərin əsas əlaməti cinsi proses nəticəsində kisələrin və ya askların, yəni sabit sayda, adətən 8 ask sporundan təşkil olunmuş təkhüceyrəli strukturun əmələ gəlməsidir. Kisələr ya birbaşa ziqotdan ya da bu ziqotdan meydana gələn askogen hiflər əsasında yaranır.

Ümumi xarakteristikası

[redaktə | mənbəni redaktə et]
  1. Bu göbələklərin vegetativ cismi şaxələnmiş haploid mitselilərdən təşkil olunmuşdur, onlarda septalaşaraq arakəsmələrə malikdir.
  2. Kisəli göbələklərin hüceyrə divarının tərkibi xitin və qulikan, o cümlədən, D-qlükozanın polimerlərindən ibarətdir.
  3. Kisəli göbələklərin vegetativ çoxalması ya mitselinin fraqmentləşməsi, ya da mayayabənzər hüceyrələrin bölünməsi yolu ilə həyata keçirilir.
  4. Bu göbələklər arasında qeyri-cinsi çoxalma da geniş yayılmışdır. Bu göbələklərin qeyri-cinsi çoxalması həmişə ekzogen sporlar və ya konidilər vasitəsilə həyata keçirilir.
  5. Kisəli göbələklərin cinsi çoxalması müxtəlif yollarla baş verir. Məsələn çoxnüvəli qametangilərin bir-biri ilə sıx əlaqəsini, qametlərdə differansiyasının getməməsini, nüvənin bir qametdən digərinə keçməsini və s. misal göstərək olar. Eyni zamanda bu göbələklərdə müşahidə olunan spermatogenez və somotoqamiya prosesləri də mühüm əhəmiyyət kəsb edir.
  6. Kisəli göbələklər həyat tsiklində haplofazaya malik olurlar.
  7. Kisəli göbələklər həm homotallik ,həm də heterotallik ola bilirlər.Kisəli göbələklərin əksəriyyəti antibiotiklərin, vitaminlərin, fermentlərin və s. fizioloji aktiv maddələrin produsenti kimi, böyük iqtisadi əhəmiyyət kəsb edir.[3]

Kisəli göbələklər şöbəsi 5 sinifə bölünür:

  1. Çılpaq kisəlilər sinfi — Hemiascomycetetes
  2. Pirenomisetlər sinfi — Pyrenomycetes
  3. Discomisetlər sinfi — Discomycetes
  4. Lokuloaskomisetlər sinfi — Loculoascomycetes
  5. Plektomisetlər sinfi — Plectomycetes
  1. Ruggiero M. A., Gordon D. P., Orrell T. M., Bailly N., Bourgoin T., Brusca R. C., Cavalier-Smith T., Guiry M. D., Kirk P. M. A Higher Level Classification of All Living Organisms (ing.). // PLOS ONE / PLOS ONE Editors PLoS, 2015. Vol. 10, Iss. 4. P. e0119248. ISSN 1932-6203 doi:10.1371/JOURNAL.PONE.0119248 PMID:25923521
  2. Cavalier-Smith T. A revised six-kingdom system of life (ing.). // Biological Reviews Wiley, 1998. Vol. 73, Iss. 3. P. 247. ISSN 1464-7931 doi:10.1111/J.1469-185X.1998.TB00030.X; doi:10.1017/S0006323198005167 PMID:9809012
  3. S.M.Cəbrayılzadə. Mikologiya. Bakı. 2011. səh. 133-135.