Anortit

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Anortit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
CaAl₂Si₂O₈
Strunz təsnifatı VIII/F.03c[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anortit (yun. άνορθός – çəp) – plagioklazlar qrupuna aid süxur əmələgətirən mineral. Albit-anortit izomorf sırasının sonuncu üzvü. Kimyəvi tərkibi Ca(Al2Si2O8) (20,1% – CaO; 36,7% –Al2O3; 43,2% – SiO2). Sinqoniyası triklinikdir. Kristalları prizmatik, lövhəvidir. Yöndəmsiz dənələr formasında, sıx dənəli aqreqatlar şəklində rast gəlinir. , bozumtul, sarımtıl və s. rənglərdə olur. Şüşə parıltılıdır. Sərtliyi – 6–6,5, sıxlığı 2740–2760 kq/m³. Əsasi və ultraəsasi maqmatik süxurları (bazalt, qabbro və s.) əmələ gətirən mühüm minerallardandır. Xalis Anortit az tapılır. Anortitə meteoritlərdə də təsadüf edilir. Digər plagioklazlarla yanaşı saxsı istehsalında istifadə olunur.[2]

  1. Strunz K. H., Tennyson C. Mineralogische Tabellen : Eine Klassifizierung der Mineralien auf kristallchemischer Grundlage, mit einer Einfuhrung in die Kristallchemie. 8 Leypsiq: Akademische Verlagsgesellschaft, 1982.
  2. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 521 – 522. ISBN 978-9952-441-02-4.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]