Ana səhifə

Vikipediya, azad ensiklopediya
(Ana Səhifə səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 200.558 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Rövşən CavadovAzərbaycan həkimi, karateçisi, hərbçisi, milliyətçisi, Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri (1992–1995), Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini (1993–1995). Rövşən Cavadov Bakıda tibb təhsili aldıqdan sonra SSRİ DİN Akademiyasında davam etdirmişdir. O, Əfqanıstan müharibəsi vaxtı cəbhəyə könüllü olmuş, lakin antikommunist fikirlərinə görə onun bu müraciəti hökumət tərəfindən qəbul edilməmişdir. Cavadov bundan sonra Azərbaycanda ilk karate məşq yerlərini açaraq fəaliyyətinə davam etmişdir. Rövşən Cavadov 1980-ci illərin axırlarında siyasi fəaliyyətə başlamış, Qara Yanvar hadisələri zamanı sovet qoşunlarına qarşı göstərdiyi müqavimətdən sonra hərbi fəaliyyətə başlamış və çox keçməmiş hökumət tərəfindən ona polkovnik rütbəsi verilmişdir. Cavadov 1991-ci ilin sonuna qədər respublika XTPD-nin komandanı olmuş, Çaykənd əməliyyatında iştirak etmişdir. O, İsgəndər Həmidov ilə müttəfiq olmuş və Əbülfəz Elçibəyin prezidentliyi dövründə XTPD-yə demək olar ki, qeyri-məhdud nəzarəti ələ keçirmişdi. Onun komandanlığı dövründə XTPD qüvvələri "Goranboy" əməliyyatı əsnasında Ağdərə şəhərinə daxil olmuşdu.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
SoloTürkTürkiyə Hərbi Hava Qüvvələrinin təktəyyarəli aerobatika komandası. İlk çıxış xarakterli uçuş 2010-cu ilin sentyabrında həyata keçirilmiş və qrupun ilk ictimai uçuşu 15 aprel 2011-ci ildə baş tutmuşdur. O vaxtdan bəri "SoloTürk" bir neçə milli və beynəlxalq səviyyəli hava şousunda iştirak etmişdir. Çıxış xarakterli uçuşlarda istifadə olunan manevrlərinin əksəriyyəti komandanın özünə xasdır. Komanda xüsusi olaraq rənglənmiş "General Dynamics F-16C Block 30TM" təyyarəsindən istifadə edir. Təyyarələr aviaşoularla yanaşı real döyüş əməliyyatlarında da iştirak edə biləcək vəziyyətdədir. Üç pilot da daxil olmaqla ümumilikdə 13 heyət üzvü var və nəqliyyat təyyarəsi kimi "CASA CN-235M-100" istifadə olunur. "SoloTürk" çıxış xarakterli uçuşlarına görə bir çox mükafata layiq görülmüşdür.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Nobel mükafatı laureatlarının siyahısıİsveç Kral Elmlər Akademiyası, İsveç Akademiyası, Karolinska İnstitutu və Norveç Nobel Komitəsi tərəfindən şəxslər və ya təşkilatlara fizika, kimya, ədəbiyyat, sülhfiziologiya və ya tibb sahəsindəki fövqəladə uğurlarına görə verilir. Nobel mükafatı 27 noyabr 1895-ci ildə İsveç ixtiraçısı, alim Alfred Nobelin vəsiyyəti əsasında təsis edilmiş və ilk dəfə sahibinə 1901-ci ildə təqdim olunmuşdur. İqtisadiyyat üzrə Nobel mükafatı 1968-ci ildə İsveçin mərkəzi bankı olan Sveriges Riksbank tərəfindən təsis edilib və 1969-cu ildən etibarən iqtisadiyyat elminə verilmiş töhfələrə görə təqdim edilir.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli