Adi fındıq
Adi fındıq | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Adi fındıq |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Adi fındıq (lat. Corylus avellana) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]Amerikada, Kanadada, Kiçik Asiyada, Avropada təbii halda yayılmışdır.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 3-9 m-ə çatan, sıx çətirli, çox gövdəli ağac və ya koldur, çətiri yumurtavari, sıxbudaqlıdır. Gövdəsinin qabığı açıq-boz, cavan zoğları açıq-qəhvəyi rəngdədir. Tumurcuqları yumurtavari, qırmızımtıl-qonur rənglidir, kənarlarında dəyirmi pulcuqları vardır. Yarpaqları 6-12 sm uzunluqda, 5-9 sm enində, dəyirmi, yumurtavari-dəyirmi və ya oval formadadır, dib hissəsi bir qədər qeyri-bərabər ürəkvaridir, təpə hissəsi kəskin surətdə mişardişlidir, yuxarı hissəsində 5-6 iri dilimvari diş vardır, üst tərəfi tünd-yaşıl, bulanıq, alt tərəfi açıqdır; cavan yarpaqlarının üzəri seyrək tüklüdür, sonralar üst tərəfi çılpaqlaşır, alt yan damarları 8-10 cütdür. Yarpaq saplaqlarının uzunluğu 10-20 mm-dir. Çiçəkləri müxtəlifcinslidir. Erkəkcik sırğaları 2-5 sm uzunluqdadır, 3-5-i bir yerə toplanmışdır. Qozalarının uzunluğu 18 mm-ə qədərdir, kürəvi şəkildən başlayıb yanları sıxılmış şəkilədək müxtəlif formalardadır, açıq rəngdən tutmuş ta tünd-qəhvəyi rənglərə qədər dəyişir, qabığı nazikdir. Fevral-mart aylarında çiçək açır. Meyvələri avqust-sentyabr aylarında yetişir. Vegetativ yolla və ya toxumlar vasitəsilə çoxaldılır.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Kölgəyə, rütubətə davamlıdır, torpağa tələbkardır. Əhəngli torpaqları sevir, kasıb torpaqlarda bitmir.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Zaqatala, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Quba, Xaçmaz, Gəncəd, Daşkəsən, Gədəbəy, Göygöl eləcə də Cənub bölgəsində orta dağ zonası meşələrində bitir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Qozasının tərkibində 65 % yağ, 3,5 % şəkər vardır; müxtəlif şirniyyatların hazırlanmasında istifadə olunur. Qabığı möhkəmdir, müxtəlif mebellərin, səbətlərin düzəldilməsində qiymətli xammaldır. Dekorativ bitki kimi becərilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 998.