Abolla

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Abolla geyinmiş iki yüksək vəzifəli hərbçi

Abolla (yunan dilində:ἀμβόλλα, latın dilində: abolla) - Qədim yunanlarromalılar arasında geniş yayılan, mantiya tipli olub, çiyinə bərkidilən, rəngli yun parçadan hazırlanan qolsuz geyim. Sarı və ya qəhvəyi rəngdə olan abolladan daha çox istifadə olunurdu.[1]. Sonralar abollanı "filosofların plaşı" adlandırmışlar.[2].

Abolla qədim romalıların istifadə etdikləri, dizlərə qədər uzanan ikiqatlı plaşdir. O, fibula adlandırılan metal sancağın köməyilə çiyinə bərkidilən, düzgün olmayan dördbucaqlı formasına malik geyim növüdür.

Əvvəllər bu plaşdan yüksək vəzifəli hərbçilər, sonralar mülki əhali toqanın əvəzinə istifadə edirdilər.[3] Saqum adlanan hərbi plaşdan fərqli olaraq abolla çox zərif parçadan hazırlanırdı. Paltarın nazikliyinə görə qədim Roma şairi Mark Valeri Marsial zarafatla oğrulara məsləhət görürdü ki, oöurluğa gedərkən abolla geyinməsinlər, çünki paltarın altından oğurladıqları əşyalar görünür.[2] Qədim Roma şair və yazıçılarının faciə janrında yazdıqları əsərlərdə abollanı həm də "filosofların günahları" adlandırmışlar.[4] .[5][6][7]

Qədim Yunanıstanda

[redaktə | mənbəni redaktə et]

Qədim Yunanıstanda abollanın yunan filosoflarının geyindikləri xüsusi növü mövcud olmuşdur. Bu paltara Kinik məktəbinə mənsub olan filosoflar daha çox üstünlük verirdilər, digərlərindən fərqli olaraq onlar daha uzun abolladan istifadə edirdilər.[2]. Bu geyim Yunanıstanda e.ə.III əsrdə yayılmağa başlamış və eramızdan əvvəl II əsrdə daha məşhur olmuşdu.

Abolla ("filosofların plaşı") geyinmiş Kinik məktəbinə məxsus filosoflar

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Abolla // Реальный словарь классических древностей / авт.-сост. Ф. Любкер ; Под редакцией членов Общества классической филологии и педагогики Ф. Гельбке, Л. Георгиевского, Ф. Зелинского, В. Канского, М. Куторги и П. Никитина. — СПб., 1885.
  • Аболла // Энциклопедический лексикон: В 17 т. — СПб.: Тип. А. Плюшара, 1835—1841.
  • Аболла // Энциклопедический словарь, составленный русскими учёными и литераторами. СПб., 1861.
  1. Аболла // Словарь иностранных слов, вошедших в состав русского языка. Чудинов А. Н., 1910
  2. 1 2 3 Аболла // Энциклопедический словарь
  3. Abolla Arxivləşdirilib 2013-05-11 at the Wayback Machine In: Smith W. (1870) Dictionary of Greek and Roman Antiquities
  4. Mart. iv. 53, viii. 48
  5. Juvenal, iv. 75
  6. Heinrich, On Juvenal l.c.
  7. Becker, Gallus vol. ii. p. 99