Abbas Qəhrəmanov
Abbas Qəhrəmanov | |
---|---|
Doğum tarixi | 24 iyul 1960 (64 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | aktyor |
Təhsili | |
Mükafatları | |
IMDb | ID2947522 |
Abbas Qəhrəmanov (tam adı: Abbas Əhməd oğlu Qəhrəmanov; 24 iyul 1960, İrəvan) — Azərbaycan aktyoru.
Həyatı
[redaktə | mənbəni redaktə et]Abbas Qəhrəmanov 24 iyul 1960-cı ildə İrəvan şəhərində anadan olmuşdur. Əməkdar artist 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirmişdir.[1]
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Abbas Qəhrəmanov institutu bitirdiyi il Akademik Milli Dram Teatrına təyinat almışdır. Aktyor 1981–1983-cü illərdə hərbi xidmətdə olmuş, qayıtdıqdan sonra yenidən Akademik Milli Dram Teatrında çalışmağa başlamışdır. O, 1988-ci ildə Dövlət Gənclər Teatrında aktyor fəaliyyətini davam etdirmişdir. Aktyor 1990-cı ildə yenidən Akademik Milli Dram Teatrında qayıtmışdır.[1]
O, burada Mərvan (B. Vahabzadə "Fəryad"), Qoşqar (K. Kərimov "Cəzasız günah"), Rasim (Q. Rəsulov "Cahargah fantaziyası"), Aparıcı ("Məlik Məmməd" nağılı), Rasim (Ş. Qurbanov "Əcəb işə düşdük"), Ər (R. Akutaqava "Müəmmalı bir qətlin üç versiyası"), Məmmədxan (İ. Əfəndiyev "Hökmdar və qızı"), İsgəndərzadə(Elçin "Ah Paris, Paris…"), Şöklü Məlik (N. Xəzri "Burla xatun"), Aşpaz("Kuraj və uşaqları"), Sahil ("Köhnə ev", Ə. Əmirli), Aparıcı ("Şıltaq Şahzadənin nağılı"), Andronik ("Hələ "sevirəm" deməmişdilər…" R. Novruz), Torvald Helmer (B. Brext "Oyuncaq ev" H. İbsen), Xondulu, Rəşid (İ. Şıxlı "Ölüləri qəbiristanlıqda basdırın"), Durmişxan (O. İoseli "Kaş araba aşmayaydı"), Serjant Trotter (A. Kristin "Tələ"), Dövran (H. Mirələmov Vəsiyyət"), Şah Qacar (Ə. Əmirli "Şah Qacar") və s. tamaşalarda müxtəlif rollar ifa etmişdir.[1]
Aktyor bir sıra televiziya tamaşalarında və filmlərdə də rollar oynamışdır. Bunlardan Şahin ("Nişan üzüyü"), Xansu ("Mənim günahım"), Ragin ("Altıncı palata"), 3-cü qardaş("Yurd yeri"), Buğacxan ("Dədəm Qorqudun kitabı"), Rasim ("Hədiyyə") misal göstərmək olar.[1]
Mükafatları
[redaktə | mənbəni redaktə et]- 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.[1]
- 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.[2]
- 2017-ci il oktyabrın 12-də Prezident mükafatından məhrum edilib. Daha sonra yenidən 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.[3]
- Azərbaycan Respublikası Prezidentinin mükafatı — 7 may 2021-ci il[4], 10 may 2022-ci il[5], 9 may 2024-cü il[6]
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]Filmin adı | İl | Aktyor | Mətn oxuyan | İştirak edən | Filmin növü |
---|---|---|---|---|---|
Mənim günahım | 1985 | Xansu | tammetrajlı film-tamaşa, AzTV | ||
Astana | 1986 | Draqun | tammetrajlı televiziya tamaşası | ||
Dəfn edilməmiş ölülər | 1988 | Fransua | tammetrajlı televiziya tamaşası, AzTV | ||
Müqəddəs oda yanaram | 1991 | Rasim | tammetrajlı bədii film | ||
Altı nömrəli palata | 1994 | Ragin | tammetrajlı televiziya tamaşası | ||
Yurd yeri | 1994 | Ələddin | tammetrajlı film-tamaşa, AzTV | ||
Yurd yeri | 1997 | Ələddin | tammetrajlı bədii film, AzTV | ||
Ailə | 1998 | Alyanın əri | tammetrajlı bədii film | ||
Vahimə | 1998 | Ruhi xəstə | qısametrajlı bədii film | ||
Atillanın atlıları | 2002 | kral | tammetrajlı film-tamaşa | ||
Güllələnmiş heykəllər | 2002 | İbrahim xan | tammetrajlı film-tamaşa, AzTV | ||
Odla qol-boyun | 2002 | Təzəbəy | qısametrajlı bədii film | ||
Bir anın həqiqəti | 2003 | Afiyəddin Cəlilov | çoxseriyalı bədii film | ||
Tənha durna uçuşu | 2003 | Kişi | tammetrajlı film-tamaşa, AzTV | ||
Yanmış körpülər | 2003 | İmran | çoxseriyalı bədii film, AzTV | ||
Arxada qalmış gələcək | 2004 | Ağaəli | tammetrajlı bədii film | ||
Şans | 2004 | Qədir | tammetrajlı bədii film, AzTV | ||
Yoxlama | 2006 | Çolaq (Nodar Mqaloblişvili) | çoxseriyalı bədii film | ||
Cümhuriyyət generalları | 2006 | qısametrajlı sənədli film, AzTV | |||
Günaydın, mələyim! | 2008 | tammetrajlı bədii film | |||
Acılar bitməz | 2009 | İsmayıl, Kamil, Qəzənfər (Vaqif Şərifov, Tofiq Bayramov, Salam İsmayıl) | tammetrajlı bədii film | ||
Cavad xan | 2009 | erməni | tammetrajlı bədii film | ||
Dayanacaq | 2009 | Arvadın atası | qısametrajlı bədii film | ||
Ölüm növbəsi | 2009 | Murtuz | tammetrajlı bədii film | ||
Əzizim Fellini | 2010 | tammetrajlı bədii televiziya filmi | |||
Kuklalar | 2009 | tammetrajlı bədii film | |||
Yaddaş | 2010 | tammetrajlı bədii film | |||
Susmuş vicdan | 2010 | bədii serial | |||
Qaranlıqlar çiçəyi | 2011 | Məmmədəli | bədii serial | ||
Yuva | 2012 | qısametrajlı bədii film | |||
Döngələr | 2012 | çoxseriyalı bədii televiziya filmi | |||
Alo, bu mənəm | 2013 | qısametrajlı bədii film | |||
Tək olanda qorxma… | 2013 | Tamerlan müəllim | bədii serial | ||
Oğurlanmış arzular | 2013 | bədii serial | |||
Qırmızı bağ | 2016 | polis | tammetrajlı bədii film | ||
Ögey ana | 2017 | Zakir | bədii serial | ||
Ağ tük | 2018 | Əmir | tammetrajlı bədii film | ||
Əqrəb mövsümü | 2022 | Qurban Amanov | bədii serial | ||
Alatava | 2024 | Cavanşir | çoxseriyalı bədii film |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 "Abbas Əhməd oğlu Qəhrəmanov" (Azərbaycan). https://azdrama.az/. 30 oktyabr 2020-ci il tarixində arxivləşdirilib.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2024. İstifadə tarixi: 2024-05-09.