ABŞ kinematoqrafiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bu mövzu ilə bağlı Kateqoriya
ABŞ mədəniyyəti

Amerika mədəniyyəti
ƏdəbiyyatDil
Təsviri incəsənətKinemotoqrafiyaTeleviziya
MətbəxTəhsilDinFəlsəfə
MusiqiBayramlarElmTəhsil

ABŞ kinosuAmerika Birləşmiş Ştatlarında, əsasən Hollivudda ("Metro-Goldwyn-Mayer", "20th Century Fox", "Paramount Pictures", "Warner Brothers", "Columbia Pictures") olan kino şirkətlərinin istehsal etdiyi filmlər. ABŞ kinematoqrafiyası XX əsrin əvvəllərindən başlayaraq bütün dünya kinematoqrafiyasına əsaslı şəkildə təsir etmişdir.

ABŞ-də kinofilmlərin istehsalına 1896-cı ildə Nyu-Yorkda başlanılmışdır. Tomas Alva Edisonun qurduğu "Edison" kinostudiyasında dünyanın ilk süjetli filmi, "Qatarın qarət edilməsi" (1903, rejisor E. Porter) çəkilmişdir[1]. 1910–20-ci illərdə kinorejissorlardan D. U. Qriffit tarixi və psixoloji dram, eləcə də epopeya janrını təkmilləşdirdi, T. X. İns "vestern"in (kovboy filmi), M. Sennett ekssentrik komediya janrının əsasını qoydular. ABŞ kino sənayesinin maliyyə kapitalı ilə əlaqəsi, iri kapital qoyuluşu, həmçinin prokatdan gələn külli miqdarda gəlir kinonu ölkədə sənayenin ən mühüm sahələrindən birinə çevirdi. 

Hollivudun "Qızıl dövr" aktyorları
border=none Əsas məqalə: Hollivud

Hollivud filmlərini isə ideoloji təbliğatın əsas silahına çevirdi. Hollivud kino istehsalı "vestern", salon komediyası, "qanqster" filmləri, tarixi, psevdoromantik dram janrları əsasında inkişaf edirdi. Bu filmlərdə R. Valentino, M. Pikford, D. Ferbenks, sonralar Q. Qarbo, K. Qeybl, Q. Kuper və başqa aktyorlar çəkilirdilər. Bir sıra realist rejisorlar (Ç. Çaplin, E. Ştroheym, K. Vidor, C. Ford, F. Kapra, U. Uayler, O. Uelles) öz filmlərində Amerika həyatını əks etdirməyə müvəffəq olmuşlar. 30-cu illərdə həbsxana rejimini və faşizmi ifşa edən filmlər yaradıldı ("Mən katorqa qaçqınıyam", rejisor M. Le Roy, 1932; "Qara legion", rejisor A. Mayo, 1936). U. Disneyin cizgi filmləri dünya şöhrəti qazandı.

Ikinci dünya müharibəsi illəri

[redaktə | mənbəni redaktə et]

İkinci dünya müharibəsi dövründə ekranlara çoxlu revülər və hərbi mövzularda detektiv filmlər buraxıldı. Faşizm əleyhinə "Şimal ulduzu" (1943, rejisor L. Maylstoun), "Yeddinci xaç" (1944, rejisor F. Sinneman) və s. filmlər çəkildi. Bu dövrdə sənədli kino sahəsində daha böyük nailiyyətlər əldə edilmişdir (C. Ford, U. Uayler, F. Kapra və b.-nın filmləri).

Müharibədən sonrakı illər

[redaktə | mənbəni redaktə et]

Ölkədəki demokratik əhvali-ruhiyyəli kino xadimlərinin təqib edilməsi, eləcə də 50-ci illərin əvvəlində kino ilə televiziya arasındakı rəqabət ABŞ kinosunun bədii səviyyəsinin aşağı düşməsinə səbəb oldu. Bütün bunlar kino tamaşaçılarının sayının azalmasına və kino sənətində böhrana gətirib çıxardı. 50-ci illərin ortalarında Hollivud filmləri iflasa uğradı. Bir sıra iri kino kompaniyaları televiziyanın himayəsinə keçir, digər kompaniyalar filmərin sayını xeyli azaldır, bəzən baha başa gələn filmlər istehsal edirdilər.

60–70-ci illər

[redaktə | mənbəni redaktə et]

ABŞ-də filmləri öz vəsaiti hesabına istehsal edən yeni rejissor, aktyor, prodüser nəsli yarandı. Onlar 60–70-ci illər ABŞ kinosənətinin yeni simasını müəyyənləşdirdilər. Rejisorlardan S. Kramer, A. Penn, S. Kubrik, S. Lümet və b. Amerika cəmiyyətini tənqidi mövqedən təsvir edən demokratik məzmunlu realist filmlər yaratdılar. "Təqib", "Bonni və Klayd" (1966, 1967, rejisor A. Penn), "Əldən düşmüş atları güllələyirlər, deyilmi?" (1969, rej. S. Pollak), "Uşaqlara və heyvanlara xeyir-dua ver", "Oklahoma belə yerdir" (1971, 1973, rej. S. Krammer), "L. B. Consun azad edilməsi" (1971, rej. U. Uayler), "Xaç atası" (1972, rej. F. Koppola), "Göy quş" (1976, rejisor C. Kyukor; M. Meterlinkin nağıl-pyesi əsasında) belə filmlərdəndir.

Oskar mükafatı

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Oskar mükafatı
Oskar mükafatı

Amerika Kino Sənəti Akademiyasının hər il təsis etdiyi ən məşhur mükafatı Oskardır. "Oskar"ın ilk təqdimatı 1929-cu ildə olmuşdur, o, 24 nominasiya üzrə keçirilir. "Oskar" mükafatını ən çox "Mikki-Maus" animasiya serialına görə (1932) Volt Disney almışdır. "Oskar"la təltif olunmuş filmlər: "Küləklə sovrulanlar" (1939), "Qandi" (1982), "Son imperator" (1987), "Quzuların səssizliyi" (1991), "Titanik" (1997), "Kralın qayıtması" (2003) və s. Azərbaycan rejisoru və kino dramaturqu Rüstəm İbrahimbəyov "Oskar" mükafatına namizədlərdən biri olmuşdur.

B. Devis, H. Fonda, B. Lankaster, M. Brando, E. Teylor, O. Höpbern, P. Nyumen, P. Steyger, Q. Pek, C. Fond, müasirlərdən A. Banderas, R. Gir, R. de Niro, K. İstvud, N. Keyc, C. Kerri, N. Kinski, C. Kluni, T. Kruz, D. Mur, C. Nikolson, A. Paçino, M. Pfayfer, Ş. Stoun, S. Stallone, C. Travolta, B. Uillis, T. Henks, D. Hofman, C. Roberts, M. Gibson və b. ABŞ-nin məşhur kino aktyorlarıdır. ABŞ-də kino mütəxəssisləri Amerika kino inistitunda (Beverli Hills) və Kaliforniya un-tində (Berkli) hazırlanır. 

Həmçinin bax

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.

  1. Кукаркин А. Большое ограбление зрителя // Кукаркин А., Бояджиев Г., Шнеерсон Г., Чегодаев А. Кино, театр, музыка, живопись в США. — М.: Знание, 1964. — С. 43–47. — 348 с. — 100 000 экз.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]